"Rusiya Müdafiə Nazirliyi guya ABŞ-ın Ukrayna şəhərlərində kütləvi qırğın silahlarıyla bağlı təxribat hazırladığına dair bəyanat yayıb və bununla da özünün gələcək addımlarına haqq qazandırıb”.

"AzPolitika.info” xəbər verir ki, Ukraynanın "Unian.net” portalında Rusiyanın nüvə zərbəsi planlarıyla bağlı dərc edilən yazıda Kremlin 3 ssenari üzərində düşündüyü bildirilir.

Qeyd edək ki, doğrudan da Rusiya MN Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov guya ABŞ-ın Ukraynada təxribat hazırladığı və bu planın "Rusiya silahlı qüvvələrinin uğurlarına” cavab olduğunu bəyan edib. Məqsəd isə bununla da Rusiyanın BMT Təhlükəsizlik Şurasından qovulmasına, Hindistan və Çin kimi ölkələrin də Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və s. hesablanıb. Artıq Kreml təbliğatçıları intensiv şəkildə bu mövzunu öz verilişlərində "fırlatmağa” başlayıblar.

Lakin Ukrayna tərəfi hesab edir ki, Rusiya tərəfi həmişəki kimi, gələcəkdə atacağı addımlara əsas yaratmaq üçün bu cür saxta məlumatlar yayımlayır və bəyanatlar verir. "Unian.net” portalındakı sözügedən yazıda qeyd olunur ki, Rusiyanın Ukraynada tətbiq etməsi mümkün olan plan üç ssenaridən ibarətdir: "Rusiyanın nəzərdən keçirdiyi obyektlər arasında Xarkovdakı yüksək radiasiya təhlükəli obyektlər və Kiyevdəki bioloji obyektlər var, eləcə də Rusiya nüvə enerji obyektlərinə hücumları mümkün sayır”. Söhbət Rusiyanın bu tip obyektləri vurması ehtimalından gedir. Artıq bir neçə dəfə həmin obyektlərin ətrafında müəyyən silahlı insidentlər və təxribatlar yaşanıb.

Digər iki variantı da qeyd edən portal, yazır: "İşğalçıların mümkün saydıqları ikinci sseanariyə görə Rusiya qoşunları "kiçik həcmli” kütləvi qırğın silahları ilə zərbə endirə bilərlər. Hədəflər sırasında Mariupol var. "Azov” döyüşçüləri artıq hərbçilərlə yanaşı dinc sakinlərin də yerləşdiyi "Azovstal”da onlara qarşı zəhərli maddələrdən istifadə olunduğunu bildiriblər. ABŞ və ATƏT-in məlumatlarına görə isə bunlar gözyaşardıcı qazla kimyəvi maddələrin qarışığı olub. Üçüncü ssenari isə daha az ehtimal olunandır. Bu, Slavyansk və Kramatorsk istiqamətində bioloji silahdan istifadə edilməsidir”.

Xatırladaq ki, son olaraq kütləvi qırğın silahları mövzusunu Rusiya tərəfindən XİN rəhbəri Sergey Lavrov gündəmə gətirib. O, ""xüsusi əməliyyat”ın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə variantını nəzərdən keçiririk” deməklə, müharibənin növbəti fazalarında nüvə silahından istifadənin mümkünlüyünə eyham vurub. Lakin əksər ekspertlər hesab edirlər ki, nüvə silahından istifadə Rusiyanın və onun rəhbərliyinin sonunu tezləşdirəcək və istənilən nüvə zərbəsinə qarşılıq olaraq, böyük ehtimalla cavab zərbəsi endiriləcək. Hətta Böyük Britaniyanın Baş naziri Boris Consonun xəbərdarlıq etdiyi, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, Britaniyanın da öz NATO müttəfiqlərilə məsləhətləşmədən belə, dərhal Rusiyaya nüvə zərbəsi endirəcəyini söylədiyi bildirilir. Məşhur rusiyalı jurnalist və siyasi xadim Andrey Piontkovski isə son açıqlamalarının birində Rusiyanın nüvə silahından istifadəsini əhəmiyyətsiz və mümkünsüz saydığını deyib. Çünki Putin bunun son olacağını anlayır və ölmək istəmir: "Putin ölümdən daha çox qorxur, nəinki Ukraynadakı məğlubiyyətindən”

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay