Gündəm / Siyasət / Dünya
19.04.2022, 11:38
TƏCİLİ! Nüvə raketləri ilə yüklü təyyarələr KALUQADA GÖRÜNDÜ - Ruslar nüvə silahına ƏL ATIR?
Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva”nı itirməsinin əks-sədaları davam edir.
"Moskvanın qisası” adlanan yeni hücum strategiyasının bütün Ukraynada can almağa davam etdiyi vaxtda dünyanı ayağa qaldıran görüntü yayımlanıb. Belə ki, Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarələri Rusiyanın qərbində, Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən təyyarə döyüş təyyarələri və yanacaq dolduran təyyarə ilə müşayiət edib.
Görüntülər Ukrayna prezidenti Zelenksinin Rusiyanın Ukraynada nüvə və kimyəvi silahlardan istifadə etmək riski olduğunu elan etməsindən bir neçə saat sonra ortaya çıxıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay