ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Ukrayna raket atəşi ilə Rusiyaya açıq xəbərdarlıq edir” başlıqlı məqalə dərc olunub.

QAYNAR.MEDİA xəbər verir ki, Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, Rusiya ötən ilin payızında Ukrayna sərhədinə yenidən qoşun yığmağa başlayanda əvvəlcə ABŞ Kiyevə hərbi yardım məsələsində susmağa üstünlük verdi: “O zaman Vaşinqton Ukraynaya yalnız çoxdan göndərməli olduğu silahları yollamaqla kifayətləndi. İndi vəziyyət dəyişib. Hazırda ABŞ-ın silah-sursatla dolu yük təyyarələri açıq-aşkar Kiyevin Borispol hava limanına enir. Ukrayna ordusu bu yaxınlarda həmin silahları öz hərbi poliqonunda mediaya nümayiş etdirib”.

Məqalədə qeyd olunur ki, son iki həftədə Kiyevə Amerikanın 585 tona yaxın hərbi texnika ilə yüklənmiş yeddi təyyarəsi uçub: “Fevralın 4-ü yeddinci təyyarə Kiyevə çatanda Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” hesabında bunun hələ son olmadığını, yardımların davam edəcəyini yazıb”.

“Nyu-York Tayms” yazır ki, ABŞ Ukraynaya döyüş sursatları ilə yanaşı, xeyli sayda raket də çatdırıb: “Onların arasında Vaşinqtonun 2018-ci ildən Ukraynaya ixrac etdiyi tank əleyhinə “Javelin” raketləri də var. Bundan başqa Amerikadan Ukraynaya qum torbası ilə örtülmüş istehkamları, partlatmağa və yeraltı bunkerləri qismən məhv etməyə imkan verən, çiyinə almaqla atılan raketlər də göndərilib”.

Məqalədə vurğulanır ki, Ukraynada keçirilən rəy sorğusunda respondentlərin yarıya qədəri Qərb silahlarının Rusiyanı çəkindirəcəyinə inandığını deyib: “Respondentlərin yalnız üçdə biri bunun əksini, yəni Qərbin Kiyevə silah yardımının Rusiyanı daha da qıcıqlandırıb hücuma təhrik edəcəyini söyləyib”.

Qəzetin yazdığına görə, politoloq Mariya Zolkina Ukraynanın yeni silahları ictimaiyyətə nümayiş etdirmək siyasətinin Rusiyanı hücumdan çəkindirməyə yardımçı olacağını bildirib: “Bu cür tədbirlər, silahların mediada nümayişi Ukraynanın müdafiəsiz, Rusiya üçün asan şikar olduğu barədə mifləri dağıtmağa imkan verir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə deyib: “Ukrayna nə qədər güclü olsa, Rusiya aqressiyadan bir o qədər çox çəkinər. Biz nə qədər çox müdafiə silahı alsaq, onlardan istifadə edəcəyimiz ehtimalı da bir o qədər az olar”.

Başqa ölkələrin də Kiyevə silah yardımı göstərmək qərarını verdiyini, Böyük Britaniyanın Ukraynaya 2000-ə yaxın tank əleyhinə yüngül raket göndərdiyini xatırladan “Nyu-York Tayms” qeyd edir ki, ABŞ-ın razılığı ilə Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) Ukraynanın hava hücumundan müdafiə sistemindəki boşluqları aradan qaldırmaq məqsədilə bu ölkəyə “Stinger” zenit raketləri yerləşdirəcək. Polşa da Ukraynaya zenit raketləri göndərəcəyini bəyan edib.

“Nyu-York Tayms”ın məlumatına görə, Amerikanın bunkerləri dağıtmaq üçün göndərdiyi raketlərin nümayişi zamanı bu silahları yalnız ukraynalı hərbçilər idarə ediblər. Raketlərdən istifadə etməyi isə onlar ABŞ-da Milli Qvardiyanın 53-cü Piyada Briqadasının təlimlərində öyrəniblər.

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay