Araşdırma
13.12.2023, 15:14
Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət
Şəmkir rayon Abbaslı 2 saylı kənd tam orta məktəbində baş verən özbaşınalığın və rüşvətxorluğun səbəbi nədir?
Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Abbaslı kənd 2 saylı kənd tam orta məktəbində qanunsuzluqlar baş verir: "Ümumtəhsil orta məktəblərində təhsil qanununa əsasən hər bir uşaq təhsil almaq üçün məktəbdə olmalı, müəllim tərəfindən gələcəyin savadlı kadrları kimi yetişdirilməlidirlər. Ancaq bu təhsil ocagında dərslərə davamiyyət olduqca aşagı səviyyədədir. Məktəbin direktoru Kubra Musayeva yaş həddinə görə vəzifəsindən ayrılıb. Hazırda direktor vəzifəsini icra edən Mirsahib müəllim jurnalda adı gedib, amma məktəbə gəlməyən şagirdlərə "gözün üstə qaşın var" demir. Bir necə nəfər drektor olmaq yarışına qoşulub. Müəllimlər vaxtında işə gəlmir, 5-ci saatdan sonra dərslər keçirilmir. Xahiş edirik Şəmkir rayon təhsil sektorunun müdiri Elşən Ələsgərov bu qanunsuzluqlar barədə müvafiq tədbirlər görsün.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.media
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay