Bölgə
11.12.2023, 11:51
Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR
Balakən rayon Q.Nağıyev adına Kortala kənd tam orta məktəbinin direktoru barədə ciddi itdihamlar irəli sürülür
Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Balakən rayon Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir: "Məktəbinin direktoru Abdullməcid Məmmədov şagirdlərdən müxtəlif bəhanələrlə hər ay pul yıgır. Müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Yuxarı siniflərdə bir cox şagirdlər dərsə gəlmir, ancaq nədənsə onlara "qayıb" yazılmır. Məktəbdə nizam-intizam aşagı səviyyədədir. Ancaq bu hal məktəb direktorunu narahat etmir. "
Kənd sakinləri adından daxil olan məlumatda daha sonra qeyd olunur ki, Abdullməcid Məmmədov 1991-ci ildən bu məktəbin direktorudur. Necə-necə təhsil müdirini yola salıb. Hec kim bu direktora "gözün üstə qaşın var" deyə bilmir. Yəqin ki, yeni təyin olunmuş Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev tərəfindən göstərilən faktların aradan qaldırılması ücün ciddi tədbirlər görüləcək.
Araşdırmamız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay