Dünən saytmızda “Lənkəranda orta məktəb direktoru icra başçısının müavini olan qardaşına arxalanaraq “at oynadır” -Şikayət" başlıqlı tənqidi məqalə dərc etmişdik. Bu gün Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Sevər xanım Ağayeva redaksiyamızla əlaqə saxlayaraq qarşı tərəf kimi öz mövqeyini dərc etməyimizi xahiş etmişdir. Biz qarşı tərəfin də mövqeyini dərc etmək kimi KİV-in prinsiplərini rəhbər tutaraq sözügedən məktəbin direktoru Sevər Ağayevanın mövqeyini dərc etməyi özümüzə borc bildik. Qarşı tərəf kimi Sevər Ağayevanın mövqeyini olduğu kimi sizə təqdim edirik:

“Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayeva ilə bağlı qaldırılan iddialarla bağlı açıqlama

Məlumat üçün bildiririk ki məqsədli şəkildə yazan Hikmət Rüstəmov Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin sabiq təsərrüfat müdiridir. Hikmət Rüstəmov hazırda işsizdir və Liman şəhəri 1 nömrəli tam orta məktəb ilə heç bir əlaqəsi yoxdur.

Məktəbin sabiq təsərrüfat müdiri H.Rüstəmov 05.03.2021-ci il tarixində məktəbin texniki işçisi Tofiq Hüseynov ilə münaqişə yaradaraq, məktəbdə etik davranış qaydalarına əməl etmədiklərinə və daxili intizam qaydalarını kobud şəkildə pozduqlarına görə məktəbin sabiq direktoru S.Ağayeva tərəfindən hər iki işçiyə töhmət verilmişdir.

R.H. buna etiraz etmiş, direktoru hədələmiş və sağlamlığına xətər yetirmişdir. Məktəbin müəllimləri tərəfindən məktəbə tibbi personal dəvət olunmuş və hüquq mühafizə orqanlarına müraciət edilmişdir.

Məlumat üçün bildiririk ki, Hikmət Rüstəmovun yaxın qohumları müxtəlif dövrlərdə Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində işlə təmin olunublar.

Bundan əlavə H.Rüstəmov bacısını işlə təmin edilməsini tələb etmişdir. Məktəbin direktoru Hikmətə əlavə ştatın, yəni iş yerinin olmadığından bunun mümkün olmadığını blldirib. O, müxtəlif yollarla məktəb direktorunu şantaj edərək məktəbin texniki işçisi T.Hüseynovun kişi olduğunu əsas gətirərək işdən çıxardıb bacısını işlə təmin etməyi tələb edib. Əlavə olaraq qeyd edirik ki, Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbində məktəbin sabiq direktoru S.Ağayevanın heç biri qohumu çalışmır.
13 mart 2021-ci il tarixli N-3(049) – 336/2021 saylı qərar ilə H.Rüstəmov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 10(on) gün müddətinə həbs edilmişdir.

16 mart 2021-ci il tarixdə Şirvan Apeliyasiya Məhkəməsinin qərarı ilə şikayətçi haqqında 6 gün inzibati həbs tədbiri görülmüşdür.
Məktəbin İlk Həmkarlar Təşkilatının 30 mart 2021-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
01 aprel 2021-ci il tarixində sabiq təsərrüfat müdirinin öhdəsində olan mal-materialları təhvil verilməkdən ötrü məktəbə dəvət olunsa da, məktəbə gəlməkdən imtina edib. Azad edildikdən sonra 2 (iki) il müddətində bütün təşkilatlara müraciət etmiş, amma iddiası əsassız olmuşdur. İddiaların əsassız olduğunu görsə də öz çirkin əməllərindən əl çəkməyib.

Buna misal olaraq göstərə bilərik ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktəbin sabiq direktoru S.Ağayevanın odun, təmir, vəsiqə və test pulu yığması ilə bağlı ərizə ilə müraciət edib və yaxın qohumlarına və dostlarına imzalatdırıb. Hətta həmin məktubu sosial şəbəkələrdə də paylaşmışdır.

Məlumat üçün bildiririk ki, məktəb binasının istilik sistemi qazla işləyir. Heç bir odundan istifadə olunmur. 2020/2021 –ci tədris ili pandemiya dövrünə təsadüf etdiyi üçün testlər onlayn formada aparılıb. Kağızdan istifadə edilməyib.Bu səbəblərdən müraciətin araşdırılması zamanı iddia əsassız sayılıb.

Rüstəmov Hikmət Əlizadə oğlunun müraciəti əsasında Dövlət Əmək Müfəttişliyi xidmətinin Lənkəran Regional Ərazi şöbəsində də işə baxılmış və qərar qəbul edilmişdir.

İddiaçı məsələ ilə bağlı 23.06.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə, 10.08.2021-ci il tarixdə isə Şirvan Apeliyasiya Məhkəməsinə müraicət etmişdir və bu iddialar əssasız sayılmışdır.

Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin və Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə elmi-tədqiqat laboratoriyasının Hüquq və insan resursları qrupunun əməkdaşları tərəfindən 17 noyabr 2021-ci il tarixdə məktəbdə yoxlama keçirilib.

Ağayeva Sevər Adil qızı 2012-ci il Mart ayından Lənkəran rayonunun S.Əliyev adına Haftoni Qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib. İlk gündən məktəbdə müəllimlərin peşəkarllıq səviyyəsinin yuksədilməsi və təhsilin idarə edilməsinin qabaqcıl təcrubə əsasında yenidən qurulması sağlam bir mühitin yaradılması əsas hədəflərindən olmuşdur.Məktəbdə həmfikir məsləkdaşlar komandası yaradaraq hər bir müəllimin peşəkar inkişafı üçün müsbət şərait yaratmağa nail olmuşdur.

Bütün bunların nəticəsidir ki, məktəbin şagirdləri müxtəlif müsabiqə və yarışlarda fərqləndiklərinə görə diplom və sertifakatlara layiq görulmuşlər.

2015-2016 –cı tədris ilində məktəbin VII sinif şagirdi Səlimzadə Lamiyə Respublika fənn müsabiqəsində Biologiya fənnindən III yerə layiq görülmüş və fəxri fərmana təltif olunmuşdur. 6 məzun Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur.

2016-2017-cı tədris ilində Məktəbin şagirdləri “Sərhəd” hərbi idman oyunlarında zona birinciliyində I yeri tutduqlarına görə fəxri fərmanla təltif olunmuşlar.

Məktəbin VII sinif şagirdi Quliyev Elvin Rahib oğlu Respublika fənn müsabiqəsində kimya fənnindən I yerə layiq görülmüş və fəxri fərmanla, qızıl medala layiq görülmüşdür. Məktəbi bitirən 30 məzundan 11 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Ən yuksək nəticə 458 bal olmuşdur.

2017-2018-ci tədris ilində Məktəbin şagirdləri “Sərhəd” hərbi idman oyunlarında zona birinciliyində I yeri tutduqlarına görə fəxri fərmanla təltif olunmuşlar.

Lənkəran Dövlər Universitetində regionun orta məktəblərinin IX,X, XI sinif şagirdləri və Kollec tələbələri üçün Fizika fənni üzrə keçirilən olimpiadada II (ikinci) yeri titduğuna görə məktəbin XI sinif şagirdi Kişizadə Şölə Elçin qızı diploma layiq görülmüşdür.

Azərbaycan Respublikasının Təhsil İnstitutu Məktəblilərarası III Fənn müsabiqələrində şagirdi qalib olduğuna görə məktəbin Kimya müəllimi Əhmədov Əli Mirtofiq oğluna Təşəkkürnamə təltif olunmuşdur. Məktəbi bitirən 24 məzundan 8 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Ən yuksək nəticə 669 bal olmuşdur.

2018-2019 tədris iində IX sinif şagidi Hüseynova Şehnur fevral ayında Bakıda keçirilən “Sabahın alimləri” VIII Respublika müsabiqəsində Biologiya fənni üzrə iştirak etmişdir. IX sinif şagidi Hüseynova Şehnur və Biologiya müəllimi Ağayeva Sevər “Sabahın alimləri” VIII Respublika müsabiqəsində adi Sertifikat və Amerika Sertifikatına layiq görülmüşlər.

Lənkəran Dövlət Universitetində keçirilən zona fənn olimpiadasında XI sinif Biologiya fənni üzrə III yeri tutduğuna görə Səlimzadə Lamiyə Cavid qızı diploma layiq görülüb.

Xaricdə Təhsil mərkəzinin təşkil etdiyi Azərbaycan üzrə 1-ci Bilik yarışmasında üstün nəticələrinə görə Səlimzadə Lamiyə Cavid qızı, Mənsimova Aysel Ramin qızı Sertifikata layiq görülüb

,,Ş Ə H İ D Ş Ə H Ə R’’ Respublika Uşaq rəsm müsabiqəsində fəal iştirakına görə Kaspi Təhsil mərkəzinin Lənkəran nümayəndəliyi tərəfindən VIII sinif şagirdi Əliyev Elşən Vüsal oğlu Təşəkkürnaməyə layiq görülüb.

Məktəblər arasında respublika çempionatının rayon mərhələsində,, Atletika ‘’ növü üzrə I- yeri tutduğuna görə S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi Diploma layiq görülmüşdür və respublika yarışına vəsiqə qazanmışlar.

Baxşıyeva Aytən Fəxri qızı “ Dostluğun sehri” III Beynəlxalq Rəsm müsabiqəsində “ Mənim arzularım” II –yeri tutduğuna görə Diploma layiq görülmüşdür.

Abbasova Nigar Rövşən qızı VII Beynəlxalq Rəsm müsabiqəsində iştirak etmiş və sertifikata layiq görülmüşdür.

2018 -2019- cu tədris ilində məktəbin Coğrafiya müəllimi Məmmədova Rəsidə Salman qızı ,, Təhsildə İnkişaf və inovasiyalar üzrə III Qrant müsabiqəsində qalibi olmuşdur. 2018-2019-ci tədris ilində məktəbi bitirən 30 məzundan 11 –i Respublikanın müxtəlif ali məktəblərinə daxil olub.Ən yuksək bal 595 bal olmuşdur

2019-2020-ci tədris ilində məktəbin I X sinif şagidi Hüseynova Şehnur və Əlili Emin fevral ayında Bakıda keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində Biologiya fənni üzrə iştirak etmişdir. X sinif şagidi Hüseynova Şehnur, Əlili Emin və Biologiya müəllimi Ağayeva Sevər “Sabahın alimləri” IX Respublika müsabiqəsində Sertifikata layiq görülmüşlər.
Ağayeva Sevər Adil qızı biologiya ixtisası üzrə fəlsəfə doktorudur 19 elmi əsərin, bir monoqrafiyanın müəllifidir.

Ağayeva Sevər Adil qızı direktorların işə qəbul müsabiqəsində uğur qazanaraq 2022-ci ilin noyabr ayından etibarən Elm və Təhsil Nazirinin müvafiq əmri ilə Lənkəran rayonu Liman şəhər 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb. "

Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB
Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru S.Ağayevanın haqqında qaldırılan iddialarla bağlı TƏKZİB

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay