Bölgə
14.12.2023, 13:01
Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir
Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir.
Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir: "Ümumtəhsil orta məktəblərində təhsil qanununa əsasən hər bir uşaq təhsil almaq üçün məktəbdə olmalı, müəllim tərəfindən gələcəyin savadlı kadrları kimi yetişdirilməlidir. Ancaq şəhər Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunlara riayət etməyərək jurnalda adı gedib, amma məktəbə gəlməyən şagirdlərdən ödəniş alınaraq dərslərdən yayındırılır. Məktəbdə hər ay şagirdlərdən müxtəlif adlarla pul yıgılır. Məktəbdə şagirdlərin dərslərə davamiyyəti zəifdir. Xahiş edirik Qazax – Tovuz Regional Təhsil İdarəsi məktəbdə yol verilən nöqsanların aradan qaldırılması ücün tədbirlər görsün. "
Xatırladırıq ki, Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin direktoru Vəfa Pirvəliyevadır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay