ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

ATİAHİ-nın Astara rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır.

Qaynar.media-a daxil olmuş məqalədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara rayon Komitəsinin sədri

Cabir Hüseynovun
fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmaqdadır. Məqalədə iddia olunur ki, Cabir Hüseynov İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır.

Vurgulanır ki, Cabir Hüseynov Astara rayonu üzrə təhsil sektorunun bir-birini əvəz edən müdirləri ilə birgə bir çox maxinasiyalarda iştirak edib. Qeyd olunur ki, uzun illər komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxs yenə də öz işini davam etdirməkdədir. Məqalədə deyilir:

" ATİAHİ-nın Astara rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Cabir Hüseynovdan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər Rusiyanın müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqlarında həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Biz bir daha AHİK-nın məqsəd və məramlarının açıqlandığı məlumatlarda təqdim olunan bəzi əsas konsepsiyaları diqqət mərkəzinə çəkmək istəyirik: “Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Lakin bu gün Astaradan aldığımız məlumatlara görə, bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Astara rayon Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil."

Daha sonra məqalədə deyilir: “Həmkarların Astara rayon Komitəsi indiyədək heç bir təhsil işçisinin hüquqlarını müdafiə etməyib. Amma əslində bu gün Astaranın təhsil sistemində vəziyyət tamamilə başqa cürdür. Yəni, həmkarlar komitəsinin öz üzvlərinin hüquqlarını qoruması qalsın bir tərəfə, hələ üstəlik təhsil sektorunun rəhbərliyinə bu hüquqların pozulmasında köməklik də göstərir. Başqa sözlə desəm, həmkarların Astara rayon Komitəsi bu gün faktiki olaraq, Astara rayonu üzrə təhsil sektorunun əlində müəllimlərə qarşı əsil təhdid alətinə çevrilməkdədir. Daha doğrusu, uzun illər bu belə olub, rayon təhsil şöbəsinə rəhbərlik etmiş müdirlər bu alətdən birbaşa məktəb direktorlarına qarşı, onlar isə öz növbələrində, artıq müəllimlərə qarşı gen bol istifadə edirlər.

Məsələn, əgər hər hansı bir məktəb direktoru, müəllim və yaxud digər bir təhsil işçisi sektor müdirinin növbəti maxinasiyalarından birinə qarşı etiraz etməyə və ya həmin maxinasiyada bilavasitə onun üçün nəzərdə tutulmuş müəyyən hərəkəti yerinə yetirməkdən boyun qaçırmağa qalxarsa, bu zaman çox qısa müddət ərzində həmin şəxsin işindəmi, davranışındamı mütləq bir “pozuntu” aşkar olunacaq. Bundan sonra isə, həmin əməkdaşın məsələsinə artıq birbaşa həmkarlar komitəsinin islasında baxılacaq və ona qarşı hətta işdən çıxarılmasına qədər, müəyyən qərar qəbul ediləcək. Bu vəziyyət də, təbii ki, Cabir Hüseynovun bütün qanun pozuntularında və maxinasiyalarda təhsil şöbələrinin müdirləri ilə əlbir olmasının nəticəsi kimi formalaşıb...”

Ardı var.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Qaynar.media

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay