Bir müddət bundan öncə Qazax rayon sakinlərindən bəzilərinin (etika naminə ad hallandırmırıq) Nyus.az saytının redaksiyasına çatdırdıqları məlumatları eşitdikcə şoka deyil, sanki “şökə düşməli” olduq. Çünki, çatdırılan məlumatlar olduqca sensasiya doğura biləcək məlumatlardır. Məsələn, Qazax Su-Kanal İdarəsi əməkdaşının iddiasına görə, bu idarənin əbədi və əzəli rəhbəri, “əlahəzrət fironu” hesab olunan Alı Hüseynovun atdığı addımlara lazımi qiyməti vermək üçün, gündəlik onun iş fəaliyyətini kənardan olsa belə analiz etməyə ehtiyac duyulur.

Bəzi iddialara görə, Alı Hüseynov “arxa-dayağı” güclü olan vəzifə sahiblərindən olduğu üçün, o, gündəlik yeyib-içməyindən geri qalmır, bir sözlə günü-güzəranı kefdə-damaqda olur. Dolaşan söz-söhbətlərdə iddia olunur ki, Qazax rayon sakinlərindən bəziləri Alı Hüseynovu ikili vəzifə sahibi olan şəxs hesab etməkdən də ehtiyat etmirlər. Buna da əsas səbəb, onun həm ştat cədvəli üzrə Qazax Su-Kanal İdarəsinin rəisi vəzifəsini daşıması, həm də qeyri-ştat cədvəli üzrə Baş Nazirin müavini, yaxın qohumu olan cənab Şahin Mustafayevin rayondakı heyvandarlıq təsərrüfatına rəhbərlik etməsi olur. Bu kimi səbəblər üzündəndir ki, hal-hazırda Alı Hüseynov rayon ərazisində “toxunulmaz şəxs” statusuna sahib olan vəzifə sahibi hesab olunur və bir kimsə ona iş prosesində “risk edib güldən ağır” söz deyə bilmir. Çatdırılan məlumatlarda o da qeyd olunur ki, Qazax Su-Kanal İdarəsinin rəisi tabeliyində çalışan şəxslərdən bəzilərini özünə aid işlərin görülməsinə cəlb edir, idarənin balansında olan texnikalardan fərdi təsərrüfatlarda istifadə etməyə icazə verir. Bu şəxs dövlətin idarəyə ayırdığı yanacağı, geyim formalarını, bir çox avadanlıqları, nəqliyyat vasitələrinə verilən detalları və s. satır və belə bir yolla daha çox qazanc əldə etməyi bacarır. Bundan əlavə o, su-boru xətlərinin dəyişdirilməsi zamanı fantastik maxinasiyalara qol qoyur. Yəni, Alı Hüseynov hansı ərazidə su-boru xətlərinin dəyişdirilməsinə ehtiyac olduğu təqdirdə könə su-boru xətlərini bir qədər təmizlətdirir, rənglətdirir və belə bir yolla da, təkrar onlardan istifadə etdirir. Amma, rəsmi sənədlərdə təzə su-boru xətləri alınıb deyə rəsmiləşdirmələr həyata keçirilir və bu yolla da büdcə vəsaitlərini mənimsəyirlər.

Daha düşündürücü hal isə, Qazax Su-Kanal İdarəsi rəisinin xarakterik xüsusiyyəti haqda az-çox məlumatı olanlar bilirlər ki, o, əlaltdan müxalif yönümlü şəxslərin maliyyə dayağı hesab olunur. Buna da əsas səbəb, Alı Hüseynovun müxalif yönümlü şəxslərə qarşı rəğbət hissinin formalaşmasıdır. Düzdür, bu yöndə tam dəqiq məlumata sahib olmasaq da, bilib eşitdiyimiz həqiqət ondan ibarətdir ki, Alı Hüseynovun müxalif düşərgəyə meylli şəxslərə xüsusi simpatiyası var. Qarşı tərəfi də dinləyə bilərik. Araşdırmamız davam edəcək. //Nyus.az//

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay