Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

2020-ci ilin 27 sentyabrında başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində ikinci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabr tarixində şanlı qalibiyyətlə bitən Vətən müharibəmiz hər bir azərbaycanlının, hər bir türkün qəlbində kök salmış durmadan qanayan Qarabağ acısına bir dərman oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu. Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı.

Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi.

Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir. Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və qətiyyətlə nail olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.

44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən Vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünün itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...

Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi.

Azərbaycan respublikasının vətəndaşı olaraq hər birimiz fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçiririk ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Xalqımız bu Qələbəni böyük coşqu, sonsuz sevinclə qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmininə nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu böyük Ermənistan mifi darmadağın edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.

8 Noyabr Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.

Böyük Zəfər Günü – gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. 44 günün ən şərəfli qələbəsi qeyrət qalamız Şuşanın ermənilərdən geri alınması ilə yaddaşlarda qalacaq. Şuşa qələbəsindən sonra düşmənin təslimçilik bəyannaməsinə qol çəkməsi isə qələbələrimizin ən möhtəşəmi oldu. İndi biz möhtərəm prezidentimizin qətiyyəti sayəsində qələbə sevincini yaşayırıq. Bu qələbəni bizə nəsib eliyən ali baş komandanımıza, əsgərlərimizə təşəkkürümüzü bildiririk. Azadlığımız,ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik!

Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Zəfərin mübarək Azərbaycan!


Ramin Qasımov,
"Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktoru.


Qaynar.media

Son xəbərlər

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

CÜTLÜK CİNAYƏTKAR

Qazax İcra Başçının Müavini Məmməd Aliyevin Bacısı Oğlu Həm Bələdiyyə Sədri, Həmdə Xəstəxanada Işləyir? – ARAŞDIRMA

Məşhur baş həkim işdən çıxarıldı, vəzifəsi kiçildi

Kimlərinsə "milcəkdən fil düzəltmək eşqi" və ya əslində Astara şəhər 6 saylı orta məktəbinin direktoru Ülviyyə Bayramova kimdir

Afiyəddin Leysanovdan növbəti ŞİKAYƏT – Vətəndaş Vilayət Eyvazovdan kömək istəyir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay