Məktəb elm, təhsil ocağı, gələcəyimizə işıq tutan ziya mənbəyidir. Təəssüf ki, bəzən bu müqəddəs məkanda elə hadisələrlə qarşılaşırsan ki, sadəcə heyrətlənirsən. Xüsusilə məktəb direktorları ilə müəllimlər arasında baş verən problemlər bir çox hallarda kütləvi narazılığa səbəb olur.

QAYNAR.MEDİA xəbər verir ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbin valideynləri və bir qrup müəllimi məktədə baş verən qanunsuzluqlardan şikayətçidir. Redaksiyanın elektron poçtuna daxil olan müraciətdə qeyd edlir ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbində baş verənlər heç bir pedaqoji qayda-qanuna uyğun gəlmir. Burada yalnız bir qanun hakimdir-məktəbin direktoru İlahə Həsənlinin şəxsi maraqları! Təhsil sahəsində tətbiq edilən yeniliklərə məhəl qoymayan, bütün pedaqoji prosesi öz bildiyi məcraya yönəldən direktor müəllimlərin ixtisasını, diaqnostik qiymətləndirmə balını, stajını nəzərə almır, dərs bölgüsünü, ibtidai sinif təyinatını öz maraqları çərçivəsində aparır, məktəbdə xüsusilə yuxarı siniflərdə dərsə davamiyyət, pandemiyaya qarşı tədbirlər yox səviyyəsindədir. Şikayət məktubunda bildirilir:

“Təhsil müəssisəsinə rəhbərliyi pedoqoji və idarəçilik qabilliyyəti kollektiv arasında mənfi reputasiyalı olan İlahə Həsənliyə həvalə ediblər. Bu şəxs isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək bütün idarəçiliyi şəxsi prinsip, şəxsi maraqları çərçivəsindən həyata keçirir. Nəticədə şəxsi prinsiplər meydanına çevrilən təhsil ocağı bir vaxtlar Sumqayıt şəhərinin və bütövlükdə ölkənin ən nümunəvi məktəblərindən biri olduğu halda indi təlim və tərbiyyənin bərbad ünvanına çevrilib. Direktorun təsəvvüründə məktəb sanki bir təhsil ocağı deyil özəl müəssisə, şirkətdir. Odur ki, heç bir əsasnaməyə uyğun olmadan istədiyi dərsi istədiyi adama verir.

Ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni şagirdlərdə ümumi dünyagörüşünün formalaşdırılmasında böyük rol oynayır. Xüsusilə fənnin məzmun xəttində ictimai əhəmiyyətli mövzular üstünlük təşkil edir. Bu baxımdan fənnin daha savadlı və pedoqoji stajlı müəllimlər tərəfindən tədris olunması məqsədəuyğun hesab olunur. Lakin İ.Həsənli burada da şəxsi maraqlarını ön plana çəkir, “Həyat bilgisi” və bu sıradan olan dərsləri rüşvət müqabilində paylanır. Ümumiyyətlə Sumqayıt şəhər 11 saylı tam orta məktəbində fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması adi hal alıb. Hər dərs ilinin əvvəlində müəllimlərin “sanballı dərs saatı” ilə təmin olunmasının qiyməti 200-300 manat miqdarında müəyyənləşib. İbtidai sinif məllimlərinə birinci siniflərin verilməsinin qiyməti isə 1000 manatdır. Direktor İlahə Həsənlinin daha bir gəlir mənbəyi isə şagirdlər üzərində qurulub. Belə ki, 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi üçün də ayrıca qıymətlər formalaşdırılıb. Şagirdlərlə bağlı daha bir qazanc mənbəyi isə birinci və digər yuxarı siniflərə qəbuldandır. Məktəbdə şagirdlərin elektron yerdəyişmə prosesi kobud şəkildə pozulur. Aktiv olmayan sistem şəraitində tədris ilinin istənilən vaxtı məktəbə yeni şagirdlər qəbul olunur. Şagird qəbulunda baş verən bu qanunsuzluqların nəticəsidir ki, 650 yerlik tutumu olan Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagird sayı 3000-ə yaxınlaşır. İndiki pandemiya dövründə, şagirdlərin maksimum şəkildə yaxın təmasdan çəkinməli olduğu bir vaxtda bu xüsusilə yolverilməzdir. Amma direktor İ.Həsənlini şəxsi gəlirləri maraqlandırdığından məktəbdə heç dezinfeksiya işləri də aparılmır və bunun üçün ayrılan pullar mənimsənilir. Məktəbdə baş verənlərə etiraz edən müəllimlər isə direktor tərəfindən açıq-açığına təhdid edilir. 11 saylı məktəbin direktoru İ. Həsənova oturduğu postda Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadəyə güvəndiyinin aşkar ifadə etməkdən çəkinmir.”.
Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə direktor İlahə Həsənlinin qanunsuzluqlari ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri E.Əmrullayevə müüraciət etməyi planlaşdırır: “Bir neçə şəxsin maraqları naminə minlərlə şagirdin təhsili təhlükə altındadır. Tezliklə tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Odur ki, bir müəllim, bir valideyn olaraq tezliklə məsələyə müdaxilə etmənizi, baş verənləri durdurmanızı xahiş edirəm. Balalarımızın təhsilini, gələcəyini bir neçə şəxsin ambisiyalarına qurban verməyin!”\Rubrika.Az\

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay