SON DƏQİQƏ: Yüzlərlə yoluxma, XEYLİ SAYDA ÖLƏN VAR - Məktəblər baglanır - VİDEO
Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu vəziyyət Bərdə də yaşanıb. Rayonun 2 məktəbi fəaliyyətini dayandırıb.
Oğuz rayonunun Mehdi Kərimov adına Bayan Kənd tam orta məktəbində 5 müəllim, 21 şagirddə koronavirus xəstəliyi aşkarlanıb. Dünəndən etibarən dərslər disdanst formaya keçirilib.
Məktəbin direktoru "XəzərXəbər"ə bildirib ki, hazırda təhsil müəssisində dezinfeksiya işləri aparılır.
Eyni mənzərə Bərdə də müşahidə olunur. Rayonda yerləşən 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbində ənənəvi dərslər koronavirusa görə 14 günlük dayandırılıb.
Qeyd edək ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərinin hər birinin 4 sinfi, şəhər 6 saylı orta məktəbdə 3 , Mirzəxan Kənd orta məktəbində 1 , Yeni Əyricə kənd orta məktəbində 5 , şəhər 7 saylı orta məktəbdə isə bir sinifdə dərslər müvəqqəti olaraq dayandırıb.
Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən isə 505 sinif (0,6 faiz) distant formaya keçirilib.
Bu barədə Təhsil və Səhiyyə Nazirlikləri birgə məlumat yayıb.
Qeyd olunub ki, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: “Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3 477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1 755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay