Fakt
 Bu gün, 23:50     6

Bir neçə gün öncə redaksiyamıza Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı çoxlu şikayətlər daxil olub.

Bir neçə gün öncə saytımızda gedən - Laçında korrupsiya əməlləri: Vaqif Hüseynov Katos kənd orta məktəbini "özəlləşdirib” - başlıqlı yazıda məktəbin direktoru Hüseynov Vaqif Yaqub oğlu şəxsi maraqları zəminində qohumlarının adlarını iş ştatlarına qeyd etməklə onlara saxta yolla əmək haqqı yazdırdığı barədə məlumat verilmişdi. Bundan başqa, Katos məktəbinin direktoru Vaqif Hüseynov bacıları Baxışova Şəkürə, Güləliyeva Gülxarə və digərlərini məktəbdə texniki işçi kimi adlarını ştata salmaqla onlara saxta yollarla əmək haqqı yazdırdığı məlum olub. Ağcabədi rayonu Taxta körpü ərazisində yaşayan Baxışova Şəkürənin qohumları da qeyd edir ki, o ümumiyyətlə Katos kənd orta məktəbinə getmir və "qaravulçu” ştatı üzrə işini icra etmir.

Yazıda Ağcabədi rayonu Aran kəndində yaşayan Gülnarə Xudaverdiyeva da direktorun yaxın qohumu kimi məktəbdən əmək haqqı aldığı vurğulanıb. Adı olub özü olmayan bu işçilərin sırasına direktorun Hüseynov soyadını daşıyan bir neçə qohum şəxsi də əlavə etmək olar – deyə yazı müəllifi faktları aidiyyatı orqanların diqqətinə çatdırmışdır.

Redaksiyamıza müraciət edən Laçın rayon Şeylanlı kənd sakini Alıyev Mürşüd Əbdül oğlu yuxarıda qeyd olunan faktların həqiqət olduğunu bildirməklə, Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun qanunsuz əməlləri ilə bağlı Laçın rayon prokurorluğuna rəsmi qaydada müraciət etdiyini bildirdi. Mürşüd Alıyevin bildirdiyinə görə onun təqdim etdiyi faktlar əsasında prokurorluqda araşdırmalar başlamış və məktəb direktorunun qanunsuz əməllərinə hüquqi qiymət veriləcəyinə inanır.

Vətəndaşın bizə ünvanladığı müraciətdə qeyd olunur ki, 9 illik Katos kənd orta məktəbinin direktoru saxta yollarla hərbidən yayınıb. V. Hüseynov psixoloji durumu yerində olmadığı ilə bağlı əldə etdiyi saxta sənədlə hərbidən yayınsada, onun məktəb direktoru işləməsi narahatçılıq yaradır və qanun pozuntusudur. (Bununla bağlı aidiyyatı qurumlara redaksiyamız tərəfindən sorğu təqdim olunub).

İxtisasca müəllim olmayan Vaqif Hüseynov direktor kimi işləməsi üçün imtahanlardan bal toplamayıb. "Mənim arxamda Eşqi Bağırov dayanıb" - deyən direktorun diplomu saxta olan müəllimləri işlə təmin etdiyi danılmaz faktdır. Məktəbdə adı gedən şagirdlər sinifdən sinifə qanunsuz yollarla keçirilir. Jurnallarda elə şagirdlər var ki, onlar ümumiyyətlə məktəbə gəlmirlər.
Direktorun Bakıda yaşayan azyaşlının adını məktəbin şagird siyahısına salması təkrar olunan qanunsuzluq kimi təkzibolunmaz faktdır. Həmin şagirdlərin adlarını növbəti yazıda qeyd edəcəyik.

Xatırladaq ki, bir neçə gün öncə Laçın rayonun Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun özbaşınalığı və korrupsiya əməllərindən bəhs edən araşdırmanın müəllifi hazırda təhdid olunmaqdadır. Direktor Vaqif Hüseynov və onun qohumları jurnalistə zəng edərək yazdığı yazıya görə ona cəzalandıracaqlarını və başına oyun açaqlarını, hətta yazı müəllifinin dilini kəsəcəkləri ilə hədələmişlər.

Bununla yanaşı tez –tez sosial şəbəklərə içki qəbul edib əyyaşlıq fotolarını paylaşan Vaqif Hüseynovun evindən sosial şəbəkədə hansısa maddənin təsiri altında çıxışlar edən qohumu video çıxışı zamanı da jurnalistləri və saytları hədələmişdir və həmin görüntülər təqdim olunacaq. Qeyd edək ki, direktorun bu qohumu Vaqif Hüseynovun sifarişi ilə Laçın icra başçısı Aqil Nəzərli haqqında da təhqiredici çıxışlar etməkdədir. Onların jurnalisti hədələmələri ilə bağlı telefon zənglərinin səs yazılarını növbəti yazıda diqqətinizə çatdıracağıq.



Yazı müəllifi ona qarşı olunan hədə -qorxularla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və olunan şikayət üzrə Daxili İşlər Nazirliyinin aidiyyatı idarəsi tərəfindən araşdırmalar aparılmaqdadır. Biz ümid edirik ki, aidiyyatı dövlət orqanları məktəb direktoru Vaqif Hüseynov və qohumlarının qanunsuz əməllərinə hüquqi qiymət verilməsini təmin edəcək. Həmkarımıza qarşı olunan təhqidlərlə bağlı aparılan araşdırmanı diqqətdə saxlayacağıq. Onu da qeyd edək ki, artıq bir neçə media kapitanı və jurnalist həmkarlarımız Vaqif Hüseynovun jurnalisti hədələməsi ilə bağlı cənab Prezidentə, Təhsil nazirliyinə, Baş prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Sabah həmin müraciətin tam mətni saytımızda ictimailəşdiriləcək.

Xatırladaq ki, Vaqif Hüseynovun tez – tez adını hallandırdığı və yaxını olduğunu söylədiyi Təhsil nazirliyində şöbə rəisi cənab Eşqi Bağırova müraciət olunub və ümid edək ki, Katos kənd orta məktəbinin direktorunun özbaşınalığı və saxtakarlığı araşdırılacaq, onun vətəndaşlardan rüşvət alması kimi faktlar ört-basdır edilməyəcək.

Redaksiyamıza göndərilən daha bir neçə fakt üzrə araşdırmalarımız davam edir. Bizə ünvanlanan faktlar sırasında insanlığı sarsıdan məqamların olduğunu qeyd etməliyik. Nə qədər acı olsada Vaqif Hüseynovun qohumları vasitəsilə azyaşlı üşağı atasına qarşı faciə adlandırılacaq çəkilişə cəlb etməsi və bu yolla insanları şantaj etməsi kimi görüntüləri aidiyyatı orqanlara ünvanlamaq məcburiyyətindəyik. Bir atanın və azyaşlı uşağın bu cür aşağılanması əslində utancvericidir. Xatırladaq ki, həmin çəkilişlər V.Hüseynovun yaxın qohumu tərəfindən həyata keçirilib.

Dəyərli oxucular. Biz növbəti yazıda Laçın rayonu Katos kənd orta məktəbində baş verən digər qanun pozuntuları ilə bağlı araşdırmalarımızı diqqətinizə çatdıracağıq.

Aygün Mustafayeva

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər