Səs yazısı yayılan direktora “torba” tikilib? - Əvvəl Təhsil Nazirliyinə şikayət edilib, sonra isə...

Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovaya aid edildiyi iddia edilən səs yazısından sonra əldə olunan məlumatlar müəyyən əsaslandırmaya ehtiyac yaradır.
Və diqqəti hardasa təhsil şöbəsinin üzərinə çəkir.

Qaynar.media xəbər verir ki, faktinfo.az saytına Ağstafadan daxil olan səhih məlumata görə, bir müddət əvvəl Mətanət Məmmədovadan Təhsil Nazirliyinə şikayət edilib. Şikayət müəllimlər - Vüsalə Məmmədova, İradə Nağıyeva, Lətafət Rüstəmova, Şəhla Məmmədova və Lalə Abdullayeva tərəfindən ünvanlanıb. Məlum şikayət məktubunun göndərilməsindən direktorun xəbəri olmadığı kimi, həmin məktubdakı əsaslandırmalar Mətanət Məmmədovanın vəzifəsindən uzaqlaşdırılmasına da yetərli olmayıb. Hətta şikayətçilərdən biri sonradan şikayətini geri götürmək istəsə də, bu dəfə buna rayon təhsil şöbəsində imkan verilməyib. Həmin müddətdə isə təhsil şöbəsi məsələnin uzadılmasında maraqlı tərəf kimi görünüb. Bundan sonra məlum səs yazısı saxta profil üzərindən (saxta adla) sosial şəbəkəyə ötürülüb.

Burada xüsusi yanaşma tələb edən məqam ondan ibarətdir ki, direktor Mətanət Məmmədovadan Təhsil Nazirliyinə ünvanlanan şikayət zamanı direktora aid səs yazısı da şikayətçilərin əlində olubmu, olubsa həmin müddət nədən sosial şəbəkədə paylaşılmayıb? Əgər olmayıbsa, necə ola bilib ki, direktor ondan şikayət edən şəxslərdən biri Vüsalə Məmmədova ilə sonradan kabinetində rahat şəkildə danışa bilib? Sizcə, bu mümkün ola bilərdimi?!

Böyük ehtimalla, şikayət məktubu nazirliyə ünvanlandığı müddətdə şikayətçilərin əlində səs yazısı da olub, sadəcə yayımlamaq istəmədikləri “səs yazısı”nı növbəti mərhələyə saxlayıblar, hansı ki, şikayət məktubu direktoru “bitirməyəcəyi” təqdirdə dövrüyəyə buraxılacaq – kimi düşünməyə əsas yaradır. Bu isə hardasa fikir yürütməyə rəvac verir ki, “prosses” idarə edilən olub. Yox, səhv ediriksə, nədən şikayətçi müəllimlər “problemin” aradan qaldırılması üçün ilk əvvəl direktorun özünə yazılı və ya şifahi müraciət etməyiblər? Yaxşı, direktor qalsın bir kənara, müəllimlər şikayətlərini birbaşa rayon təhsil şöbəsinin müdirinə ünvanlaya bilməzdimi? Çünki istənilən rayon təhsil şöbəsinin müdiri müəllimlərin Təhsil Nazirliyinə şikayət etməsini istəməz? Belə ki, həmin şikayət məktubu təhsil şöbəsi müdiri üçün də mənfilərlə yekunlaşa bilər! O zaman necə olub ki, özü də zamanla Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimi işləmiş,orada böyümüş,məlum şikayətçi müəllimləri yaxından tanıyan Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalov Təhsil Nazirliyinə ünvanlanan şikayət məktubunun göndərilməsindən xəbərsiz olub və ya buna etinasız yanaşıb? Təxminən bir aya yaxın müddətdən sonra isə səs yazısı sosial şəbəkəyə çıxarılıb.

Bütün bunlar deməyə əsas verir ki, həm şikayət məktubu, həm də səs yazısı adları məlum şəxslərin işi deyil, bu işin arxasında idaredici şəxs və ya şəxslər olub. Bu hal isə direktor olmaq üçün rüşvəti əvvəldən verib, “torba” tikməyə daha yaxın bir “uşaq oyuncağı”na bənzəyir. Belədirsə, bu hal cəmiyyət, Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimləri üçün “məktəb direktoru məndən 3 saat dərsin pulunu tələb etdi”, “izdivacı”ndan min dəfə qorxuludu.Bunu araşdırmaq lazımdı ki,belə köhnə ənənələri kimlər davam etdirir.

P.S. Ağstafa rayon Təhsil Şöbəsinin dəhlizlərində nələr danışılır?

Rayonda saxta diplomlu məktəb direktorlarını hansı icra başçısının zamanında təyin ediblər?

Müəllimlərə Bakı şəhərində dərs saatları neçə manata satılır, bu Ağstafa rayonu ilə müqayisədə neçə faiz yüksəkdir?

Ağstafa rayonunda nisbətlə götürdükdə, barmaqla sayılacaq şəffaf işləyən neçə nəfər məktəb direktorunun üzərində dayanmaq olar?

Səs yazısı olduğu iddia edilən Mətanət Məmmədova ilə işlənilməlidirmi? - Səbəb və reallıq nələr yazılmasını diqtə edir?

Bu və ya digər suallarla bağlı irəliləyən günlərdə mövzuya qayıdacağıq.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay