ŞOK İDDİA: 3 saylı xüsusi təhsil məktəbində əqli qüsurlu UŞAQ ALVERİ - Direktor isə deyir ki...

Azərbaycanda məktəb direktorunun əqli qüsurlu şagirdləri müəllimlərə 600 manata satdığı iddia olunur.

Qaynar.media xəbər verir ki, bu barədə Sonxeber.az-a müraciət edən 3 saylı xüsusi təhsil məktəbinin müəlliməsi S.Əhmədova (red. - ad şərtidir) məlumat verib.

O, qeyd edib ki, 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Heydərova əqli qüsurlu şagirdləri müəllimlərə pul qarşılığında satır:

"Hətta bəzən bir şagirdi iki müəllimə satır. Əslində dövlət məktəblərində şagirdlərin satılmasının özü belə, biabırçılıqdır. Pul verməyəndə də valideynlərin əli ilə bizə müxtəlif oyunlar oynayır.

Belə ki, Nüşabə Heydərova əgər bizə 3 uşaq satırsa, birini elə seçir ki, 2-3 ildən sonra onun valideynini öyrədib oyunlar oynaya bilsin. Valideyni bizə qarşı öyrədib, əleyhimizə çıxarır. Sonuncu dəfə də Binə qəsəbəsində yaşayan şagirdimlə bağlı mənə problem yaratdı. Məktəbə Bakı Şəhəri Təhsil İdarəsindən yeni işçi gəlib. O, Binə qəsəbəsində yaşayan bir şagird istəyirmiş. Nüşabə Heydərova da mənim Binə qəsəbəsində yaşayan şagirdimin valideynini öyrədir ki, haqqımda şikayət ərizəsi yazsın. Nüşabə Heydərova qurduğu belə bir oyunla şagirdimi alıb Bakı Şəhəri Təhsil İdarəsindən göndərilən müəlliməyə verdi.

Bundan əlavə, Binə qəsəbəsində yaşayan digər şagirdimin valideyninə də komissiya üzvü kimi zəng edərək mənə qarşı çıxarmağa çalışıb. O valideynin öyrədilməsi ilə bağlı əlimdə sübutlar da var.

ŞOK İDDİA: 3 saylı xüsusi təhsil məktəbində əqli qüsurlu UŞAQ ALVERİ

Mən də direktorun qəbuluna gedib söylədim ki, bu şagirdi mənə pulla satıb, amma hazırda valideyni öyrətdiyinə görə mənə evə girməyə icazə vermir.

"Sən tək tərəfi dinləyib qərar vermisən. Məni dinləməmiş şagirdi məndən alıb, həmin müəlliməyə vermisən. Belədirsə, mənim 600 manatımı qaytar ki, mən yeni uşaq götürüm", - deyə etirazımı açıq şəkildə bildirdim.

Nüşabə Heydərova bizdən hər 2-3 ildən bir hər şagirdə görə 600 manat pul alır. Əvvəl 500 manata satırdı. Amma son dövrlər qiyməti 600 manata qaldırdı.

Pulumu geri istəyəndə isə direktor məni hədələməyə başladı. Nüşabə Heydərova əlindəki şikayəti Təhsil Nazirliyinə göndərəcəyini deyərək məni qorxutmaq istədi. Mən də şikayətin Təhsil Nazirliyinə göndərilməsini istədiyimi bildirdim. Söylədim ki, Təhsil Nazirliyi gəlib, şikayəti araşdırsın.

Eyni zamanda, Nüşabə Heydərova dəfələrlə qadına yaraşmayan, əxlaqsız ifadələrlə məni təhqir edib, kobudcasına otağından qovub. Ən önəmlisi isə, hər dəfə məni 18 saat dərslə saxlayacağı ilə hədələyir. Harınlamış bu insan əqli qüsurlu şagirdləri satması və müəllimələrlə qul kimi davranması ilə fəxr edir.

Nüşabə Heydərova məktəbi özünün biznesinə çevirib. Dövlətin məktəbində şagirdləri pulla müəllimlərə satır. Direktorun ətrafında olan Təranə və Zümrüd adlı müəllimlər poliklinikalarla danışıb, o uşaqları alırlar. Biz özümüz o uşaqları almaq istəsək, qiymət 600 manatdan baha çıxır. Yəni hərtərəfli biz müəllimlərin qarşısını kəsirlər.

Nüşabə Heydərova mənim dərs saatımı yarıbayarı azaltdı. Məni təhqir edir, tərbiyəsiz olduğumu bildirir. Mənim tərbiyəsiz olduğumu hardan görüb?! Mən işinə bağlı, iki uşaq anasıyam.

Nüşabə Heydərova barəsində Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Bununla yanaşı, Bakı Şəhəri Təhsil İdarəsinə də şikayət ərizəsi göndərmişəm. Amma təəssüf ki, hələ də şikayətimə baxan yoxdur. Nüşabə Heydərova mənə heç kimdən qorxmadığını, onun arxasında, qardaşı ilə yanaşı, vəzifəli şəxslərin dayandığını və şagirdləri "əcəb edib" satdığını deyir. Mən sadəcə ədalətin bərpa olunmasını və məktəbi, şagirdləri öz şəxsi biznesinə çevirdiyinə görə direktorun qanunla cəzalandırılmasını istəyirəm. Bu gün Nüşabə Heydərova məndən başqa, digər müəllimləri də incidir, şagirdlərini əllərindən alaraq, dərs saatlarını azaltmaqla hədələyir.

Vəzifə səlahiyyətlərini aşaraq, dövlətin məktəbini özünün biznesinə çevirən Nüşabə Heydərova müəllimlərlə öz qulu kimi davranır və əqli qüsurlu şagirdlərin üzərində pul qazanır. Əqli qüsurlu şagirdlərdən bu formada istifadə etməsi və əşya kimi satması insan hüquqlarına ziddir. Dövlətin himayəsində olan uşaqların satılması yolverilməzdir!

Əminəm ki, qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də digər səlahiyyətli strukturlar təhsilimizə ləkə olan Nüşabə Heydərovanın cəzalandırılması istiqamətində xüsusi göstərişlər verəcəklər və ədalət bərpa olunacaq".

***

Sonxeber.az sözügedən məktəblə əlaqə saxlayaraq, direktordan məsələ ilə bağlı açıqlama alıb.

Nüşabə Heydərova səslənən iddiaların əsassız olduğunu bildirib.

O, heç kəsdən uşağını almadığını, əqli qüsurlu uşağın müəllimini valideyn şikayəti əsasında dəyişdiyini və buna dair sübutunun olduğunu deyib.

Direktor problemin sırf müəllimlə valideyn arasında olduğunu və onları dəfələrlə aralarında razılaşmağa səslədiyini, lakin müəllimin özünün həmin valideynlə işləmək istəmədiyini bildirib.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay