Rusiya hərbi və maliyyə-iqtisadi resurslarını tükədib, sürətlə zəiflədikcə, Kremlin kütləvi qırğın silahlarına əl atma ehtimalı da güclənir; ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada bioloji silahdan istifadəyə qərar vermək üzrə olduğunu iddia edir...

Ukrayna savaşı zaman keçdikcə, daha qorxunc inkişaf ssenariləri vəd etməyə başlayıb. Bu savaşın qısamüddətli olacağı ilə bağlı ehtimallar və proqnozların hamısı artıq boşa çıxıb. İndi əsas ehtimallar ondan ibarətdir ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək.

Rusiya siyasi dairələri hətta Ukrayna savaşını böyük beynəlxalq hesablaşmanın başlanğıcı kimi də təqdim etməyə çalışırlar. Onların fikrincə, hər şey hələ yeni başlayıb və irəlidə daha böyük hərbi-siyasi kataklizmlər qaçılmazdır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev indi baş verənləri ABŞ-ın onilliklər boyu Rusiyaya qarşı yürütdüyü siyasətin nəticəsi hesab edir: "Son 30 ildə ABŞ-ın primitiv oyunlarının məqsədi Rusiyanı düşmən kimi göstərmək idi. Daha sonra növbə Çinə gələcək. Bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq”.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da D.Medvedevin fikirlərinə şərik çıxıb. Onun da fikirləri məhz ABŞ-ın dünya hegemonluğu niyyətləri üzərində indeksləşib: "Hazırda baş verənlər Ukrayna ilə bağlı deyil, ABŞ-ın dünyaya hökmranlıq etmək istəyi ilə bağlıdır. Ukrayna Rusiyanın müstəqilliyini boğmaq üçün alət kimi seçilib".

Ancaq D.Medvedev və S.Lavrovun iddialarında anlaşılmaz olan önəmli bir məqam da var. Belə ki, əgər, indi baş verənlər yalnız Ağ Evin Rusiya əleyhinə "primitiv oyunlar"ının və ya ABŞ-ın dünya hegemonluğu planlarının nəticəsidirsə, onda Kreml niyə buna əsas verirdi? Əgər, indi baş verənlər Ukrayna ilə bağlı deyilsə, Rusiya niyə bu qonşu ölkəyə qarşı belə dağıdıcı müharibəyə başladı? İndi baş verənlərdə Rusiyanın dünyada, eləcə də postsovet məkanında hegemonluq planlarının heç bir rolu yoxdurmu? Əgər, günahkar Ağ Evdirsə, Rusiyanın Ukraynaya hücum etmək əvəzinə, ABŞ və NATO ilə münasibətləri aydınlaşdırması daha məntiqli olmazdımı?

bSnY3AUyYAOhLxvmg4iAwrQyrMI1kBVh.jpg (163 KB) 

Göründüyü kimi, başqalarını ittiham edib, bütün günahı qarşı tərəfin üzərinə yükləyib, bir kənara çəkilmək çox asandır. Əlbəttə, Rusiya siyasətçilərinin iddialarında həqiqət payı da ola bilər. Ancaq Rusiyanın siyasi elitası Kremlin dünyaya və qonşu dövlətlərə törətdiyi saysız-hesabsız problemləri də etiraf etməlidirlər. Çünki, dünyada yaranmış indiki qorxulu vəziyyətə görə ABŞ və Qərb nə qədər günahkardırsa, Rusiya da bir o qədər suç sahibidir. Və bunu inkar etmək reallığı dəyişmir.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə ABŞ və Qərbi Kremllə qarşıdurmanı dayandırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətləri artıq tamamilə qopma mərhələsinə yaxınlaşıb. Və bunun qarşısını yalnız Ağ Evin Ukraynaya müsbət təsirlər göstərəcəyi təqdirdə, almaq mümkün ola bilər.

Belə anlaşılır ki, Rusiyanın vəziyyəti kifayət qədər böhranlı xarakter almağa başlayıb. Ona görə də, Kreml vəziyyətdən müxtəlif çıxış yolları axtarmağa çalışır. Bir tərəfdən, ABŞ və Qərbi ittiham edir, digər tərəfdən isə anlaşma mesajları verir. Ukrayna savaşında yaranmış vəziyyət Rusiyanın beynəlxalq imicini tamamilə korlayıb. Üstəlik, savaş meydanında Rusiyanın hərbi qələbəsindən danışmağa imkan verə biləcək elə bir ciddi səbəb yoxdur. Rusiyanın hərbi itkiləri hər ötən gün daha da artmaqda davam edir, resursları isə sürətlə tükənir. Beynəlxalq sanksiyaların təsiri də tədricən özünü göstərməyə başlayıb.

Hətta Ukraynanın rəsmi dairələri Rusiya üzərində artıq hərbi qələbənin mümkünlüyü barədə danışmaqdan da  çəkinmirlər. Rəsmi Kiyev Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəni bayram edəcəyi vaxtı da elan edib: "Aprelin sonu, mayın əvvəllərində biz Rusiya ordusunun hərbi gücünü tamamilə sındırmış olacağıq. Bu, bizim üçün tam qələbəyə keçid mərhələsi olacaq".

7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB) 

Rusiyanın düşdüyü durum ağırlaşdıqca, Kremlin daha da aqressivliyi, yolverilməz radikal addımlarla təhdidləri gündəmə gətirdiyi də müşahidə olunur. Son vaxtlar Rusiya siyasi dairələrində kütləvi qırğın silahları ilə bağlı açıqlamalara daha tez-tez üstünlük verilməkdədir. Bununla Rusiyanın daha təsirli savaş resurslarının olduğu beynəlxalq rəqiblərə xatırladılır. Və Kremlin həmin silahlardan istifadə edə biləcəyinin də dolayısı ilə mesajı verilir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin hansı hallarda nüvə silahından istifadə edə biləcəyinə aydınlıq gətirib. O, bildirib ki, Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur. Belə düşünmək olar ki, Kreml nüvə silahından istifadə variantını artıq daha aktual vəziyyətə gətirməyə çalışır.

Məsələ ondadır ki, hansı durumun Rusiyanın mövcudluğuna təhlükə yaranması kimi dəyərləndiriləcəyini hazırda Kremldən başqa heç kim bilmir. Yəni, Kreml hər an Rusiyanın mövcudluğuna təhlükənin yarandığı barədə qənaətə gələ bilər. Bu isə dünyada nüvə müharibəsi təhlükəsinin kifayət qədər ciddi olduğunu göstərir.

Ancaq dünya üçün kütləvi qırğın silahları ilə bağlı təhlükə yalnız bununla məhdudlaşmır. Belə ki, ABŞ prezidenti Co Bayden Rusiyanın yaxın vaxtlarda kimyəvi və ya bioloji silahdan istifadə edə biləcəyini iddia edib. Onun fikrincə, Ukrayna savaşında üzləşdiyi uğursuzluqlar Rusiya prezidenti Vladimir Putini artıq küncə sıxışdırıb. Və belə vəziyyətdə prezident Vladimir Putinin kimyəvi, yaxud bioloji silahdan istifadə etmə ehtimalı tamamilə inandırıcıdır.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB) 

Onu da qeyd etmək lazımdır ki, bəzi məlumatlara görə, prezident Co Bayden hər gün ABŞ kəşfiyyatının hesabatlarını alır. Bəzi ehtimallara görə, Ağ Ev sahibinin kimyəvi və bioloji silahla bağlı xəbərdarlığı da məhz ABŞ kəşfiyyatının həmin hesabatlarında yer alan operativ məlumatlara əsaslanır. ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlarının doğrulduğunu da nəzərə aldıqda, dünyanın ciddi şəkildə narahat olması üçün əsaslar var.

Məsələ ondadır ki, Rusiya bir müddət öncə ABŞ-ı Ukraynada kimyəvi və bioloji silah hazırlayan laboratoriyalar yaratmaqda suçlamışdı. İndi Qərb siyasi dairələri Rusiyanın həmin laboratoriyalarla bağlı ittihamları boşuna gündəmə gətirmədiyini düşünürlər və bu mövzudan əsas bəhanə kimi istifadə olunacağından narahatdırlar. Yəni, Qərbdə hesab olunur ki, Rusiya Ukraynada kimyəvi və  bioloji silahdan istifadə edə bilər. Sonra isə bunun ardınca kimyəvi və ya bioloji silah komponentlərinin məhz sözügedən laboratoriyalardan sızdığını iddia edər. Bununla da Kreml Rusiyanın deyil, ABŞ və Qərbin günahkar olduğunu iddia edə bilər.

Göründüyü kimi, istənilən halda, olduqca təhlükəli vəziyyət yaranıb. Dünya bioloji savaşın başlaya biləcəyi mərhələyə sürətlə yaxınlaşır. Əgər, bu, baş verərsə, dünya yalnız qlobal kataklizmlərlə üzləşməklə qalmayıb, həm də beynəlxalq qarşıdurmalarda kütləvi qırğın silahlarının istifadə edildiyi mərhələyə birbaşa keçid etmiş olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Musavat.com

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay