Gündəm / Siyasət
24.02.2022, 09:53
SON DƏQİQƏ! Kiyevə gödən raketlər "YAGIR" - Paytaxtda QAN SU YERİNƏ AXIR - Dəhşətli GÖRÜNTÜLƏR
Bu anlarda Ukrayna paytaxtı Kiyevdə davamlı şəkildə tükürpədici həyəcan siqnalı verilir.
Bu barədə Musavat.com Ukrayna mediasına istinadən məlumat verir.
Telekanalların yaydığı kadrlardan görünür ki, şəhərdə az da olsa, avtomobillərin hərəkəti nəzərə çarpır.
Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var.
Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay