Rusiya ilə Ukrayna arasında başlayan qanlı müharibənin bir ayı tamam oldu. Bir ay ərzində minlərlə canlı qüvvə və hərbi texnika itirən Rusiya Ukraynada ciddi bir irəliləyişə nail ola bilmədi. Ancaq bütün bu hərbi uğursuzluqlara və Qərbin sanksiyalarına rəğmən, Kreml rəhbərliyi hələ də öz məkrli planlarından əl çəkmək niyyətində deyil. Ukrayna ordusunun uğurlu hərbi əməliyyatları qarşısında heç nə edə bilməyən ruslar son günlər daha da azğınlaşaraq mülki əhalini və günahsız insanları hədəf almağa başlayıblar.

Müharibənin davam etdiyi bir vaxtda isə bəzi sualların cavabı hələ də qeyri-müəyyən olaraq qalır: "Müharibə nə zaman bitəcək? Kim qalib gələcək? Putinin və Rusiyanın taleyi necə olacaq?”.

"AzPolitika.info” xəbər verir ki,  Almaniyanın məşhur "Bild” nəşri "Putinin Ukraynadakı qanlı müharibəsi belə bitə bilər” başlıqlı məqalədə 5 ssenarinin mümkün olduğunu qeyd edib. Həmin materialın maraqlı hissəsini oxuculara təqdim edirik:

Ssenari 1: "Putin qazansa nə olacaq?”

"Bild” nəşri yazır ki, bu ssenari Kreml liderinin arzularının gerçəkləşməsi deməkdir: "Belə olan halda Kiyev meydanında rus bayrağı dalğalanacaq, Ukraynanın prezident sarayı zəbt olunacaq və parlamentə rusyönlü yeni deputatlar gətiriləcək. Putin yüksək rütbəli ukraynalı hərbçiləri, siyasətçiləri və ona müqavimət göstərməyə çalışan hərkəsi həbs etdirəcək. Ukraynada zülmkar bir rejim yaranacaq. Belə olan halda Baltikyanı ölkələr və Polşanın təhlükəsizliyi də sual altına düşəcək”.

Bununla belə, qəzet Rusiya ordusunun müharibə başlayandan bəri Ukraynanın böyük şəhərlərini ələ keçirə bilmədiyini qeyd edərək, "Xoşbəxtlikdən bu variant mümkün deyil”- deyə, şərh edib.

Ssenari 2: "Putin məğlub olsa nə olacaq?”

"Bild” nəşri hazırda bu ssenarinin də gerçəkləşməsinin mümkün olmadığını qeyd edir. Bunun baş verməsinin müharibənin davam etmə müddətindən asılı olduğunu bildirir: "Əgər ruslar Ukraynada məğlub olsalar Rusiya iqtisadiyyatı çökəcək, daxildə etiraz aksiyaları başlayacaq və Putin bu məğlubiyyətdən sonra hakimiyyətdən getməli olacaq. Hazırda Qərb ölkələrinin tətbiq etdiyi iqtisadi sanksiyalar yavaş-yavaş Rusiyada hiss olunmağa başladığından, müharibə əleyhdarlarının sayı hər ötən gün artır”.

Ssenari 3: "Rusiya geri addım atsa nə baş verəcək?”

Qəzet yazır ki, Putin heç vaxt məğlubiyyəti etiraf etməsə də, Rusiya prezidentinin öz imicini qorumaq üçün Donbas bölgəsindəki bəzi torpaqları ələ keçirərək müharibəni dayandırması da mümkün ssenarilərdən biridir: "Bu baxımdan Mariupol şəhəri hər iki tərəf üçün kritik əhəmiyyət kəsb edir. Əgər Putin Mariupolu alsa, müharibəni dayandıra və əsgərlərinə "qələbə” ilə evə qayıtmaq şansı yarada bilər. Ancaq hazırda bu ssenarinin də reallaşması mümkün deyil”.

Ssenari 4: "Danışıqlar nəticə versə, nə olacaq?”

"Bild” nəşri bildirir ki, Ukrayna müqavimət göstərməkdə davam edərsə, Putin müharibədə qalib gələ bilməyəcəyini anlayaraq danışıqlar masasına otura bilər:"Rusiya bu danışıqlarda Ukraynanın NATO və Aİ ilə yaxınlaşmasının qarşısını ala bilər. Bu ssenari mümkün görünür. Ancaq hər şey müharibənin gedişindən asılı olacaq”.

Ssenari 5: "Müharibə uzansa nə olacaq?”

"Bild” nəşri müharibənin bitmə ehtimalının az olduğuna diqqət çəkib: "Putin bütün xəbərdarlıq və çağırışlara baxmayaraq müharibəni davam etdirsə, Rusiya Ukraynada ikinci Əfqanıstan məğlubiyyəti ilə qarşılaşa bilər. Sovet İttifaqı Əfqanıstanda 10 il döyüşdü və ciddi itkilər verdi. Bu məğlubiyyətin adınca SSRİ-nin parçalanması sürətləndi. Əgər eyni ssenari Ukraynada təkrarlansa, bu dəfə də Rusiya imperiyası adlanan bir ölkə mövcud olmayacaq”

QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay