TƏCİLİ! Rusiyanın dəhşətli Ukrayna planı İFŞA EDİLDİ - Qırıcılar, İsgəndərlər, ballistik raketlər ilk dəfə göründü
Ukrayna sərhədinin şimalındakı Luninets hava bazasına çox sayda S-400 sistemi və SU-25 qırıcı təyyarələri cəmləşdirilib.
Rusiya-Ukrayna gərginliyi hər keçən gün təhlükəli hal alır. Peykdən çəkilmiş son fotolar gərginliyin hansı həddə çatdığını tam çılpaqlığı ilə üzə çıxarıb.
QAYNAR.MEDİA bildirir ki, Qazet.az bu barədə cnn-international kanalına istinadən xəbər verir.
5 fevral tarixində peykdən lentə alınmış görüntülər Rusiya-Ukrayna sərhədinin son durumunu göstərib. Fotolarda Rusiyanın Ukrayna sərhədinin 30 kilometrliyinə böyük miqdarda tenika yığdığı görünür. Ukrayna sərhədinin şimalındakı Luninets hava bazasına çox sayda S-400 sistemi və SU-25 qırıcı təyyarələri cəmləşdirilib.
Rusiya-Ukrayna və Belarus sərhədlərinin kəsişmə xəttində isə vəziyyət daha da gərgindir. Buradakı Reşnitsa adlı ərazidə çox sayda tank, top və zirehli avtomobil yığılıb. Rusiya tərəfi bu ərazidə daha da irəli gedərək müharibə üçün xüsusi çadır şəhərciyi də qurub. Reşnitsanın cənubunda yerləşən Yelskdə isə saysız hesabsız İskəndər raketləri toplanıb. Peyk fotolarına və kəşfiyyat məlumatlarına görə Rusiya ümüumilkidə 150 minlik əsgəri heyətini Ukrayna sərhədinə doğru yığıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay