Böyük ehtimalla kəşfiyyat servisləri Rusiyanın hərbi əməliyyatlara başlayakən Ukraynada ABŞ hərbi kontingentinin olacağı təqdirdə, silahlı toqquşmanın qaçılmaz xarakter daşıya biləcəyi barədə prezident Co Baydenə artıq ciddi xəbərdarlıq ediblər; Prezident Putinin NATO-nu nüvə zərbəsi ilə hədələməsindən sonra Ağ Ev sahibi də amerikalılar və rusların bir-birinə atəş açacağı təqdirdə, dünya müharibəsinin baş verəcəyini vurğulayıb...

Ukrayna böhranının yaxın vaxtlarda nizamlanma ehtimalı o qədər də inandırıcı görünmür. Əksinə, Ukrayna böhranı ətrafında yaranmış situasiyanın daha da təhlükəli istiqamətlər almaqda olduğu müşahidə edilir. Və belə vəziyyət yaxın vaxtlarda proseslərin nəzarətdən çıxma ehtimalını gücləndirir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna böhranı ətrafında dünyanın bir çox nüfuzlu dövlətlərinin və beynəlxalq qurumların maraqları kəskin şəkildə toqquşur. Avropa Birliyi bir tərəfdən Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, dağıdıcı sanksiyalara məruz qala biləcəyi ilə hədələyir. Digər tərəfdənsə, Rusiya ilə qarşılıqlı münasibətlərin qorunmasına cəhd göstərir. Və hətta dolayısı ilə savaş variantının arxa plana keçiriləcəyi halda, Rusiyanı müdafiə edəcəyini sezdirir.

Xüsusilə də, Avropa Birliyinin əsas avanqard dövləti hesab olunan Almaniya Ukrayna böhranından ciddi şəkildə narahatlıq keçirir. Rəsmi Berlin Ukraynanın ABŞ başda olmaqla, bəzi Qərb ölkələri tərəfindən silahlandırılmasına qarşı çıxır. Almaniyanın hava məkanını Ukraynaya silah göndərən ölkələrin üzünə bağlayır. Və Ukraynaya dağıdıcı silahların satılmasından imtina edir.

Eyni zamanda, rəsmi Berlin “Şimal axını-2” layihəsinin işə salınmasında israrlı mövqe tutur. Halbuki ABŞ bu layihənin bloklanmasını tələb etməklə, Rusiyanın maliyyə-iqtisadi imkanlarını zəiflətməyi hədəfləyirdi. Ancaq hələlik bu məsələ ilə bağlı ABŞ və Almaniya arasında ciddi fikir ayrılıqları mövcuddur.

Rusiya ilə tarixən ciddi problemləri olan Polşa və Baltikyanı ölkələr istisna olmaqla, Şərqi Avropa dövlətləri Ukrayna böhranı üzərindən Rusiyanın öz sərhədləri içərisinə sıxışdırlmasına yönəlik prosesləri dəstəkləməyə həvəs göstərmirlər. Bu dövlətlər Ukrayna ucbatından ABŞ və NATO ilə Rusiya arasında silahlı insident yaranacağı təqdirdə, hərbi toqquşmalarda iştirak etməyəcəklərini qətiyyən gizlətmirlər. Halbuki, Şərqi Avropa ölkələri də NATO-nun üzvləri sırasında yer alırlar.
TƏCİLİ! Bayden dünya savaşını ANONS ETDİ: Putin isə barmağının “nüvə düyməsi”ndə olduğuna EYHAM VURDU
Böyük Britaniya və ABŞ Rusiyaya qarşı beynəlxalq təzyiq kampaniyasında paralel addımlar atırlar. Bu iki dövlətin Ukrayna və Rusiya siyasəti demək olar ki, eyni mərkəzdə hazırlanır. Rəsmi London Ukraynaya hücum edəcəyi təqdirdə, Rusiyanı dağıdıcı sanksiyalarla hədələyir. Həm də bu ölkənin baş naziri Boris Çonson Rusiya qoşunları Ukrayna sərhədlərini keçərsə, “rus analarının çox sayda tabut alacağı” barədə xəbərdarlıq edir.

Son vaxtlar Kreml təmsilçiləri tərəfindən verilən bütün açıqlamalardasa, Rusiyanın Ukraynaya hərbi müdaxilə etmək niyyətinin ümumiyyətlə, olmadığı açıq şəkildə vurğulanır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna ilə savaşı təsəvvür etmirik” deyir. Və Qərb siyasi dairələrini Ukrayna böhranı ətrafında vəziyyəti süni şəkildə gərginləşdirməkdə suçlayır.

Rusiya xarici kəşfiyyat servisinin rəhbəri Sergey Narışkinin son açıqlaması isə Kreml təmsilçilərinin dedikləri ilə müqayisədə daha təhlükəli məzmun daşıyır. Belə ki, S.Narışkin Ukraynanın Qərb dövlətlərinin verdiyi müasir silahlardan istifadə etməklə, yaxın günlərdə Donbas bölgəsində hərbi əməliyyatlara başlayacağını bilidirib: “Bu barədə kəşfiyyat məlumatları var. Ukrayna belə bir addım atarsa, Rusiya buna seyirçi qala bilməz”.

Göründüyü kimi, Rusiyada istənilən halda, savaş ehtimalını istisna etməyənlər də olmamış deyil. Ola bilsin ki, Kreml Rusiyanın savaşa başlaması üçün Ukraynanın buna bəhanə verməsini vacib hesab edir. Bəzi ehtimallara görə, Rusiya belə bəhanələri Ukraynadakı agentura şəbəkəsi sayəsində süni şəkildə də yarada bilər.
TƏCİLİ! Bayden dünya savaşını ANONS ETDİ: Putin isə barmağının “nüvə düyməsi”ndə olduğuna EYHAM VURDU
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları Qərb siyasi dairələrində ciddi narahatlıq doğurub. Buna qədər Rusiyanın Ukrayna ilə savaşı ilk başladan tərəf olmayacağını vurğulayan prezident V.Putin üstüörtülü şəkildə ABŞ və Qərbə neytral qalmağı məsləhət görüb: “Biz Rusiyanın NATO ilə müharibədə qaıib gəlmək şanslarının qeyri-bərabər olduğunu anlayırıq. Ancaq Ukrayna ətrafında vəziyyəti süni şəkildə gərginləşdirib, savaş törətmək istəyənlər Rusiyanın güclü nüvə dövləti olduğunu da qətiyyən unutmamalıdırlar”.

Belə anlaşılır ki, Kreml sahibi Rusiyanın heç bir halda, öz mövqeyindən geri çəkilməyəcinə eyham vurmaqla yanaşı, həm də üstüörtülü şəkildə ABŞ və NATO-nu nüvə müharibəsi ilə təhdid edir. Ona görə də, prezident V.Putinin “barmağım nüvə düyməsinin üzərindədir” xəbərdarlığı da nəzərə alındıqda, hazırda bütün dünya üçün olduqca təhlükəli mərhələnin başlanmaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Bu vəziyyətdən ən təhlükəsiz çıxış yolu isə silahların atəş açmasından yayınmaq ola bilər.

Əslində, ABŞ da təhlükənin tamamilə real olduğunu qətiyyən gizlətmir. Ancaq Ağ Evin yanaşması Rusiyanın sona qədər öz sərhədləri içərisinə sıxışdırılmasına hədəflənib. Yəni, Ağ Ev Rusiyaya qarşı beynəlxalq səviyyədə başlatdığı total təzyiq kampaniyasını ABŞ-a sərfəli nəticə əldə olunana qədər davam etdirmək niyyətindədir. Və hətta Ağ Evin bütün vasitələrlə Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinə çalışdığı da qətiyyən diqqətdən yayınmır.

Maraqlıdır ki, rəsmi Kiyevin narazılığına baxmayaraq, Ağ Ev ABŞ vətəndaşlarına yönəlik Ukraynanın təcili tərk edilməsi ilə bağlı çağırışlarını davam etdirir. Prezident Co Baydenin bu barədə son açıqlaması isə kifayət qədər ciddi çaşqınlıq yaradıb. Çünki Ağ Ev sahibi ABŞ vətəndaşlarına açıq şəkildə xəbərdarlıq edib ki, savaş başlasa, onların Ukraynadan çıxarılmasına yönəlik heç bir xilasedici əməliyyatlar keçirilməyəcək.

Belə anlaşılır ki, prezident Co Bayden ABŞ vətəndaşlarına nə qədər gec deyil, canlarını vaxtında xilas etməyi məsləhət görür. Bunu etməyənlərəsə, savaş situasiyasında heç bir köməyin göstərilməyəcəyini bildirir. Və bu məsələdə ABŞ-ın Rusiya ilə silahlı insidentə cəlb olunma ehtinalından narahat olduğu nəzərə çarpır.

Məsələ ondadır ki, Ağ Ev sahibi öz açıqlamasını dünya müharibəsinin baş verə biləcəyi ilə bağlı təhlükədən danışmaqla yekunlaşdırıb: “Əgər, amerikalılar və ruslar bir-birinə atəş açmağa başlasalar, bu, dünya müharibəsi demək olacaq”.

Təbii ki, ABŞ kimi bir superdövlətin lideri dünya müharibəsi barədə xəbərdarlıq edirsə, deməli, buna ciddi yanaşmaq lazımdır. Ən azından ona görə ki, Ağ Ev sahibi dünyada baş verə biləcək hadisələr barədə əvvəlcədən xəbərdar olan şəxslərin sırasında önəmli yer tutur. Böyük ehtimalla kəşfiyyat servisləri Rusiyanın hərbi əməliyyatlara başlayacağı mərhələdə Ukraynada ABŞ hərbi kontingentinin olacağı təqdirdə, silahlı toqquşmanın qaçılmaz xarakter daşıya biləcəyi barədə prezident Co Baydenə artıq xəbərdarlıq ediblər. Və bu səbəbdən də, ABŞ-ın Rusiya ilə hərbi toqquşmadan yayınmağa çalışacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay