Mənfur qonşularımız Ukrayna olayları fonunda da xam xəyallarından və revanşist xülyalarından qalmırlar. Öz həyasız iddialarından əl çəkmirlər. Bilə-bilə ki, bəşəriyyəti az qala, üçüncü dünya (nüvə) müharibəsinin astanasına gətirən Rusiya-Ukrayna toqquşmasının qayəsində məhz Kremlin separatçılığa dəstəyi və işğalçılıq siyasəti dayanır.

Məsələn, eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının üzvü, müdafiə nazirinin sabiq müavini Artak Zakaryan öz facebook səhifəsində yazıb: “Rusiyanın Ukraynanı zəifləmiş şəkildə tərk etməsi Ermənistanın dövlətçiliyinə birbaşa təhlükədir. Belə bir məqamdan Türkiyə və Azərbaycan istifadə edəcək. Yox, Moskvanın tələbləri yerinə yetirilsə, Ukrayna iki yerə bölünəcək. Bu isə öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq miqyasda tətbiqi üçün növbəti presedent yaradacaq və bizə “artsax”ın işğal olunmuş ərazilərinin (?! - Z.S.) azad edilməsi, Ermənistanın suverenliyinin gücləndirilməsi istiqamətində səylərimizi gücləndirməyə imkan yaradacaq”.

Əvvəla, Moskvanın tələbləri yerinə yetirilə bilməz. Əks halda, bu onu yeni işğalçılıq hərəkətlərinə şirnikləndirə, Ukraynanın ardınca digər suveren ölkələr də hədəfə gətirə bilər.

İkinci o səbəbə ki, o halda Putin hakimiyyəti daha da möhkəmlənəcək, dünyada pis-yaxşı formalaşmış düzən, təhlükəsizlik sistemi alt-üst olacaq. Ondan sonra kim güclüdürsə, oxşar bəhanələrlə, Krılovun təmsilindəki kimi, öz qonşusuna hücum edib onun torpaqlarını yağmalamaq sevdasına düşəcək...

Elə buna görə BMT Baş Məclisində ötən həftə Ukrayna ilə bağlı Rusiyanı sərt şəkildə qınayan qətnamənin əleyhinə Rusiya daxil, cəmi 4 dövlət səs verdi – Belarus, Suriya, Eritreya və Şimali Koreya. Yəni, Rusiya faktiki təkləndi. Səsvermə zamanı hətta marionet Ermənistan belə, beynəlxalq rəyə qarşı getməkdən çəkindi, bitərəf qaldı.

Bu, 1945-ci ildən sonra dünyanın həmrəy şəkildə şumal qonşumuza ilk kəskin etirazı və xəbərdarlığı idi. Moskvaya qarşı total sanksiyalar və təcrid siyasətinə qlobal səviyyədə verilən xeyir-dua idi. Bunun ardınca Rusiyanın özü üçün düşmən ölkələrin siyahısını tərtib eləməsinin nə anlamı qalır ki? Ondansa, 4-5 dost ölkənin siyahısını tutsaydı...

Amma diqqət edin, Zakaryan qotur Ermənistanı Rusiyaya tay tutur. Lap fərz edək ki, o boyda qırğın-qiyamətdən sonra, ən əsası, üçüncü dünya savaşı olmasın deyə, həmçinin, Ukrayna böyük ölçüdə rusun caynağından həmişəlik qopsun deyə, Qərb Krımın və iki separatçı qurumun Rusiyaya keçməsi ilə barışsa belə (təbii ki, Kiyevin razılığı ilə!), bu o anlama gəlməyəcək ki, ardınca “artsax”ı da Azərbaycandan alınıb Ermənistana veriləcək. “Cin ayrı, şeytan ayrı”.

Ermənilər hələ də köhnə havadan çıxıb bölgədəki və dünyadakı yeni reallıqları düz “oxuya” bilmirlər. Haylara heç cür çatmır ki, Ermənistanın əsas varlıq qarantı olan Rusiyanın Ukrayna müharibəsindən klassik anlamda qalib çıxmaq şansı yoxdur. Putin yalnız “Pirr qələbəsi”nə ümid edə bilər. Bütün variantlarda Azərbaycanla Türkiyənin Qərb üçün dəyəri, önəmi artacaq ki, azalmayacaq. Müharibə bitsə belə, Rusiyanın hər yerdə zəiflədilməsi prosesi gedəcək – Krım onun ərazisi kimi tanınsa da, tanınmasa da.

Söhbət həm də Avropa enerji bazarından Rusiyanı sıxışdırıb çıxarmaqdan gedir. Bu isə “izqoy” Ermənistana yox, məhz Azərbaycana yeni əlverişli geosiyasi dividentlər vəd edir. O sırada Orta Asiya, hətta İran qazının qitəyə nəqli üçün ölkəmizin tranzit xabına çevrilməsi mütləq gündəmə gələcək. Çünki Avropa, ümumən Qərb artıq öz dərsini götürüb. Qlobal sabitlik və təhlükəsizlik sistemi üçün Rusiyanın nə boyda təhdid kəsb elədiyini anlayıb. Bu üzdən rus neft-qazından asılılığın aradan qaldırılması yaxın illərdə Qərbin əsas prioritetlərindən olacaq.

Sirr deyil ki, şimal qonşumuz ən əvvəl bu asılılığa arxayın olaraq Ukraynaya təcavüz edib. Çünki Rusiyanın əsas gəliri, ordunun maliyyələşməsi neft-qaz satışına bağlıdır. Bunsuz o, dişləri olmayan canavara bənzəyərdi. Deməli, Ukrayna böhranından sonra Rusiya ilə daha böyük haqq-hesab çəkiləcək. Bundan Ermənistana da “pay” düşəcək. Ukraynada “gəmisi” batmaqda olan 3-5 ölkədən biri kimi...

Zahid SƏFƏROĞLU

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay