SON DƏQİQƏ! Rusiyanın adamı BAŞ NAZİR, ZELENSKİ İSƏ... - Moskvanın danışıqlardakı şərtləri açıqlandı
“Rusiya danışıqlarda Ukraynanın “dnr” və “lnr”-in müstəqilliyini, Krımı isə Rusiya ərazisi kimi tanımasını, eləcə də Yuri Boykonun Baş nazir təyin olunmasını istəyib”.
QAYNAR.MEDİA bildirir ki, “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu tanınmış bolqarıstanlı jurnalist Xristo Qrozev özünün sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.
Qrozev Rusiya ilə Ukrayna arasındakı həm rəsmi, həm də qeyri-formal, gizli danışıqlarda iştirak edən mənbələrinə istinad edərək yazıb ki, Rusiya üç şərt irəli sürüb: “Danışıqlar heyətinə yaxın olan iki nəfər mənə Rusiyanın şərtlərini açıqlayıblar:
1. Zelenski formal olaraq Prezident qalır, lakin Rusiya Boykonu Baş nazir təyin edir.
2. Ukrayna “lnr”, “dnr” və Krımı tanıyır.
3. NATO barədə heç bir söhbət ola bilməz.
Zelenski bu şərtləri qətiyyətlə rədd edib”.
Qeyd edək ki, Ukraynada rusiyapərəst siyasi bloka rəhbərlik edən Yuri Boyko son prezident seçkilərində cəmi 11 faiz səs toplayaraq, 4-cü yeri tutmuşdu.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay