Xəbər verdiyimiz kimi bu gün hücuma keçən Rusiya qoşunları Xarkov vilayəti istiqamətində Ukrayna ordusunun müdafiə xəttini yarıb və ölkənin içərilərinə doğru irəliləyib. Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılıb. Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında da partlayış səsləri eşidilib.

Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayışlar olub. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən müharibə ilə bağlı ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şoltz, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Polşa Prezidenti Andjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonda danışıb.

“Putini Ukraynaya və bütün dünyaya qarşı müharibəni dərhal dayandırmağa çağırırıq. Putin əleyhinə koalisiya yaradılır. Təcili sanksiyalar tətbiq edilməli, Ukrayna müdafiə edilməli və maliyyə dəstəyi göstərilməlidir. Dünya Rusiyanı sülhə məcbur etməlidir”, – deyə, V.Zelenski bildirib.

Rusiya Prezidenti Vladimir Putin də ölkə əhalisinə müraciət edib. Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin daha sonra dünya ölkələrinə də xəbərdarlıq edib: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Ukrayna Rusiya müharibəsi qonşu ölkələrə də sıçraya bilərmi? Üçüncü dünya müharibəsinin başlaması ehtimalı nə dərəcə doğrudur? Putinin dünya ölkələrinə xəbərdarlığı konkret olaraq hansı nəticələr doğura bilər

QAYNAR.MEDİA xəbər verir ki, Medianews.az saytının suallarını cavablandıran siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşın qonşu ölkələrə sıçrama ehtimalı olsa da, hələlik bu, o qədər də real görünmür: “Çünki Rusiyaya indi üzləşdiyi problemin daha da böyüyərək, qlobal xarakter alması lazım deyil. Halbuki, Qərb siyasi dairələri hesab edirlər ki, Ukraynaya qarşı açılan savaş yaxın gələcəkdə Avropanın təhlükəsizlik maraqlarına qarşı ən real təhdidə çevrilə bilər. Ona görə də, ABŞ və Qərb hazırda nəyin bahasına olursa-olsun, Rusiyanın durdurulması üzərində düşünür”.

Onun sözlərinə görə, ABŞ və Qərb Rusiya ilə hərbi münaqişəyə girmək niyyətindən çox uzaqdır: “Ağ Evdə və Qərb siyasi dairələrində hesab edirlər ki, Rusiya ilə hərbi münaqişəyə bulaşarlarsa, bu, üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. ABŞ və Qərb hətta savaşda Rusiyanın çətin vəziyyətə düşəcəyi təqdirdə, Kremlin nüvə silahından istifadə edə biləcəyindən də narahatdır.

Ekspert daha sonra qeyd edib ki, Prezident Vladimir Putinin ABŞ və Qərbə müraciət edərək, beynəlxalq rəqiblərini Ukraynadakı hərbi əməliyyatlara müdaxilə etməkdən çəkinməyə çağırması da, məhz belə bir təhlükədən xəbər verir: “Kreml sahibinin “Müdaxilə edənlərə elə cavab verəcəyik ki, onlar bununla hələ öz tarixlərində üzləşməyiblər” deməsi də, Rusiyanın ABŞ və Qərbi açıq mətnlə təhdid etməsi anlamına gəlir.

Halbuki, prezident V.Putinin bu təhdidinə əslində, elə bir ciddi ehtiyac yox idi. Çünki, ABŞ və Qərb onsuz da Rusiya ilə müharibə təhlükəsindən maksimum səviyyədə yayınmağa çalışır. Prezident Co Bayden son açıqlamasında Ukraynaya qarşı savaşla bağlı Rusiyaya sərt reaksiya veriləcəyini bildirib. Ancaq onu da vurğulayıb ki, ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə girmək kimi bir niyyəti də yoxdur. Yəni, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə yalnız beynəlxalq sanksiyaların tətbiqi ilə cavab verməyi düşünürlər.

Belə anlaşılır ki, ABŞ və Qərb Ukraynaya açılan müharibəni əsas gətirərək, Rusiyanı sanksiyalarla tədricən zəiflətmək ssenarisi üzrə hərəkət etmək niyyətindədir. Ona görə də, qlobal savaş və üçüncü dünya müharibəsi ilə bağlı ehtimal hələlik o qədər də real görünmür”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay