TƏCİLİ!!! Rusiya 92 minlik ordunu sərhədə yeritdi: QAN SU YERİNƏ AXACAQ















"Rusiya Ukraynaya hücum edəcəkmi? Bu, hazırda beynəlxalq aləmdə ən çox səslənən sualdır. Dekabrın əvvəllərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Stokholm toplantısında da əsas müzakirə mövzusu Ukrayna idi. Heç kim müharibə istəmədəyini dedi, ancaq hamı müharibədən danışdı".

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ukrayna ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putinin dekabrın 7-də video format çərçivəsindəki iki saatlıq müzakirəsinin də əsas mövzusu idi:

“Prezidentlər yekun qərara gəlmədilər, yalnız dialoqu davam etdirəcəklərini bildirdilər. Co Bayden Vladimir Putindən təminat almaq istəyirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Öz növbəsində Vladimir Putin də Co Baydendən təminat almaq istəyirdi ki, NATO Şərqə doğru genişlənməyəcək və Ukrayna Şimali Atlantika Blokuna üzv olmayacaq. Bayden bununla bağlı Putinə təminat verə bilmədiyi kimi Putin də Baydenə heç bir təminat verməyib.

Vladimir Putin illərdir eyni fikri təkrarlayır:

“1990-ci illərdə Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Ona görə indi bizə yazılı təminat lazımdır ki, NATO bundan sonra şərqə doğru genişlənməyəcək. Bu bizim qırmızı çizgimizdir”.

Buna cavab olaraq Bayden və NATO rəhbərliyi Moskvanın tərtib etdiyi “qırmızı cizgini” tanımadıqlarını bəyan ediblər. Həqiqətən Ukrayna və Gürcüstan müstəqil dövlətlərdir və istədikləri təşkilata, o cümlədən NATO-ya üzv ola bilərlər. Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu imperiya təfəkkürüdür”.

Bəs bölgədə vəziyyət necədir?

Politoloq vurğulayıb ki, Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya sərhəddə 92 mindən çox hərbçi cəmləşdirib:

“Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilini yanvar və fevral aylarında başlaya bilər. Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir. Bu ssenariyə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski də jurnalistlərə verdiyi son geniş müsahibədə ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar ssenari ilə ilhaq olunmuşdu. Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək”.

E.Şahinoğlu əlavə edib ki, Rusiyadakı siyasi mərkəzlərin 2014-cü ildəki planı belə idi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı:

“Məqsəd Ukraynanın parçalanması idi. O zaman bu plan alınmadı və Rusiya Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Ukraynada 2014-cü ildə ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar. Buna baxmayaraq, Ukraynanın parçalanması barədə bu gün də Moskvada planlar tərtib edənlər var. Mariupol və Odessa Ukrayna üçün strateji liman şəhərləridir. Ukrayna üçün əsas problem odur ki, bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı az deyil. Ona görə də Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır.

ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar. Bu gün də Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyünün əleyhinədirlər. Vaşinqtonun Paris və Berlinə təzyiq edib bu məsələni həll etməsi aktuallaşıb, əks halda Rusiya münasib vaxtda Ukrayna ərazisinə müdaxilə planında imtina etməyəcək. Ukraynanı qorumağın başqa bir variantı da var: ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay