Təcili!!! KRİTİK SOÇİ GÖRÜŞÜ: Paşinyanın YALANLARI, Putinin TƏLƏSİ və Əliyevin SİYASİ İRADƏSİ













Bu gün Soçidə Putin-Əliyev-Paşinyan görüşündə erməni tərəfi hansısa sənədi imzalaya bilər və ya mətbuata deklarativ açıqlama verə bilər. Putinin indi əsas məqsədi dekabrın 15-də Brüsseldə baş tutacaq Əliyev-Paşinyan görüşünün əhəmiyyətini azaltmaqdır.

Hərçənd, Rusiya prezidenti Putin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında son telefon danışığında Əliyev-Paşinyan görüşü də müzakirə mövzusu olub.

Rusiyanın mövqeyi belədir ki, sərhədlərin delimitasiya, demarkasiya məsələsi həll edildikdən sonra kommunikasiya xəttləri açılsın. Güman edirəm ki, Soçidə Putin və Paşinyan arasında baş-başa görüşdə həm bu məsələlər, həm də “3+3” layihəsinə toxunulacaq. O ki qaldı Dağlıq Qarabağın yekun statusuna, Rusiyanın mövqeyi lap əvvəldən məlumdur: Dağlıq Qarabağın yekun statusunun həll edilməsi qeyri-müəyyən vaxta təxirə salınır.

Gördüyünüz kimi, “qeyri-müəyyən” məsələsi bütövlükdə Rusiyanın maraqlarına cavab verir. Bu, o deməkdir ki, status məsələsi həll olunmayınca Dağlıq Qarabağda rus “sülhməramlıları” qalmaqda davam edəcək.

Bu baxımdan, mən məramı sülh olmayan rus hərbçilərinin 4 il sonra Qarabağı tərk edəcəyinə qətiyyən inanmıram-baxmayaraq ki, optimist insanam.

Digər tərəfdən, fikir verirsinizsə, artıq ruslar da “Zəngəzur koridoru” sözünü dilə gətirmirlər. Hətta Rusiya, Azərbaycan və Ermənistanın birgə təşkil etdiyi və 8 raundu keçirilmiş üçtərəfli komissiyanın rusiyalı üzvü Aleksey Overçuk da bunu açıq vurğulayıb. Belə çıxır ki, “dəhliz” sözü əvəzinə “kommunikasiya” və ya sadəcə olaraq, “yol” sözündən istifadə ediləcək.

Məncə, bu bizə də sərf edir, lakin bir halda ki, Laçın koridorunda Azərbaycanın gömrük xidməti fəaliyyətə başlasın. Açığı deyim ki, rusların buna razı olacağına inanmıram. Bunu ona görə deyirəm ki, əgər bizə Zəngəzur üzərindən Naxçıvana gedərkən, erməni postunda yoxlanış olacaqsa, Laçın koridorunda da eyni şey olmalıdır. Yəni, yurisdiksiya təktərəfli olmamalıdır.

Paşinyanın dünənki fikirlərindən belə bir nəticə hasil olur ki, o da anlayır ki, bundan sonra Azərbaycanla müharibə etməyə onun nə gücü var, nə də resursları.

Bundan əlavə, Nikol Paşinyan onu da dedi ki, Dağlıq Qarabağ problemi ərazi yox, hüquq məsələsidir. O, dedi ki, MDB yarananda dövlətlər bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Ancaq Paşinyan bu məsələdə doğru danışmır. Bəli, Azərbaycan 1991-ci ildə Alma-Atı müqaviləsinə görə, MDB ilə üzvlük prosesini başlatmışdı. Ancaq Azərbaycan rəsmi olaraq MDB-yə 1993-cü ilin dekabrın 24-də daxil olmuşdu. Belə ki, həmin tarixdə MDB-yə üzvlük sənədi Milli Məclisdə ratifikasiya olunmuşdu.


MDB-dən söz düşmüşkən, Türkmənistan bu “ölü” təşkilatı 2005-də, Gürcüstan 2007-də, Ukrayna isə 2014-cü ildə tərk edib.

Heç Rusiyanın da 9 üzvü olan bu mənasız quruma güvəndiyinə ehtimal vermirəm. Onsuz da Rusiya KTMT və Avrasiya İttifaqı ilə öz vassallarına nəzarət edir.

Paşinyanın bu gün ən böyük arzusu, strategiyası hakimiyyətdə qalmaqdır. Nikolun son seçkidə qazandığı 54% səs onu daha da həvəsləndirdi.

İndi ən ideal variant o olardı ki, Rusiya moderatorluğu olmadan Əliyev və Paşinyan görüşə biləydi. Müsbət haldır ki, artıq hər iki ölkənin müdafiə nazirləri arasında direkt kontaktın olması haqqında razılıq var.

Rusiyanın iştirakı olmadan Əliyev-Paşinyan təmaslarının keçirilməsində hər iki tərəf maraqlı olmalıdır. Elə Aİ-nin təşəbbüsü ilə Brüsseldə keçiriləcək görüşlə bu prosesə start vermək olar.

Daha sonra Əliyev-Paşinyan görüşü üçün ən uyğun məkan Gürcüstanın paytaxtı Tbilisidir. Zənnimcə, Tbilisi variantına Avropa İttifaqı da isti yanaşa bilər. İnanmıram ki, Rusiya Əliyev-Paşinyan görüşünün Tbilisidə baş tutmasını arzulasın.

Ancaq biz qafqazlılar siyasi iradə nümayiş etdirməyi bacarmalıyıq.

Yenə də təkrar etməkdə fayda görürəm ki, Cənubi Qafqazın problemləri Soçidə və ya Moskvada deyil, elə regionun daxilində danışıqlar yoluyla nizamlanmalıdır.

Rusiyadan gələn xeyir gəlməz olsun.

Az çəkmədik ki…

Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay