TƏCİLİ !!! KREMLİN XƏRİTƏLƏRİ SÜLHÜ YAXINLAŞDIRIRMI? - Şok detallar üzə cıxdı...














Rusiyanın “RİA Novosti” agentliyi vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən yayımladığı xəbərdə noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.

Xəbərdə görüşün noyabrın 8-i və ya 9-da keçirilə biləcəyi vurğlanıb. Bu o deməkdir ki, Kreml görüşün İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırır. Kremlin görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil. Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”.

Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb.

Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibənin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır.

“RİA Novosti” agentliyinin yayımladığı xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib.

Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılırb ki, “bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər”.

İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb.

“RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir. Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir. Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir.


O son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini “Valday`dakı müzakirələrdə səsləndirib.

Buna baxmayaraq, “RİA Novosti”nin yayımladığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur. Paşinyan buna hələ hazır deyil.

Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq.

Maraqlıdır ki, Vladimir Putin “Valday`dakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...”

Başqa sözlə Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutunyan ətrafındakılara deyib ki, onlardan tərksilah olunmağı tələb edirlər...

“Atlas” Araşdırmalar Mərkəzi

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay