TƏCİLİ!!! Dəhşətli döyüşlər YENİDƏN BAŞLAYIR? - Sərhəddə nə baş verir- ŞOK DETALLAR ÜZƏ ÇIXDI
















Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə etdi: Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var:

- Avropa İttifaqı atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi;
- Rusiya bir qədər gözləmə mövqeyində qaldı;
- Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi;

Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı və Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi. Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Və belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi.

Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb;

Yalnız bundan sonra Şoyqu Həsənov və Papikyanla danışdı və atəşkəs əldə olundu. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə döyüşlər saat 18:30-da bağlanıb.

Zakir Həsənov Şoyqu ilə telefon söhbətinin ardınca Hulusi Akarla sərhəddəki vəziyyəti müzakirə etdi: bu, nəticə qaneedici olsa belə Bakının Moskvaya “Türkiyə yanımızdadır” mesajını çatdırmağa hesablanmış ola bilər və Akar bu mesajı verdi.

Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışdı: İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Və diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır.

Döyüşlərin nəticəsi necə oldu?

- Ermənistan tərəfinin çoxsaylı itkiləri var: rəsmi məlumata görə, təkcə əsirlərin sayı 12-dir;
- Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və geri çəkilməyib: Paşinyanın açıqlaması da bunu təsdiqləyir;
- Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi: Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”;

Burada iki məqam da diqqət çəkir:

1. Atəşkəs olsa da, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir;
2. Atəşkəsin əldə edilməsi haqda Ermənistan və Rusiya tərəfindən fərqli olaraq, Azərbaycan rəsmi məlumat yaymayıb;

Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparması və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Və bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq...

Asif Nərimanlı

(Publika.az)

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay