SON DƏQİQƏ!!!Raşinyan Azərbaycanla bağlı TƏCİLİ AÇIQLAMA: “Noyabrın 9-da... "















Ermənistanın Baş naziri Nikol Paşinyan öz ölkəsinin ictimai televiziyasına geniş müsahibə verib. “AzPolitika.info” xəbər verir ki, Azərbaycanda qeyd olunan Zəfər Günü ərəfəsində verilən müsahibədə Ermənistan rəhbərinin fikirləri həmişəki kimi ziddiyyətli olub və Baş nazir Azərbaycanın ünvünına yenə saxta ittihamlar səsləndirib.

Əvvəlcə, üçtərəfli komissiyanın işindən razılığını bildirən Nikol Paşinyan növbəti dəfə Rusiyaya minnətdarlıq edib. Daha sonra sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışan ölkə başçısı Azərbaycanı bu il mayın 12-dən etibarən “Ermənistanın suveren ərazilərinə” daxil olmaqda günahlandırıb.

Belə olan şəraitdə isə sərhədlərin müəyyənləşdirilməsinin mümkün olmadığını iddia edib: “Mən bəyan etmişdim ki, Rusiyanın təklif etdiyi delimitasiya və demarkasiya ilə bağlı sənədi imzalamağa hazıram. Lakin sərhəddə hər gün atəşkəs rejiminin pozulduğu şəraitdə bu prosesi təsəvvür etmək çətindir”.

Bununla yanaşı, Paşinyan sərhədlərin müəyyənləşdirilməsilə bağlı təklif olunan xəritələrin hüquqi əsasını da sual altına alaraq, bildirib ki, sərhədin haradan keçməsindən daha çox, bunu müəyyən edəcək prosesin hüquqi əsasları vacibdir.

Daha sonra Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün planlaşdırıldığı barədə dediklərinə münasibət bildirən Paşinyan “Hal-hazırda noyabrın 9-da hər hansı görüş keçirilməsinə dair razılıq yoxdur”, - deyə bildirib.

Kommunikasiyaların açılmasına dair suala cavab verən Ermənistanın Baş naziri deyib ki, əvvəlcə hazırda iki ölkə ərazisindən keçən mövcud yolların potensialından istifadə olunmalıdır, sonra isə “lazım gələrsə və ehtiyac olarsa(!)”, digər marşrutların çəkilişi həyata keçirilə bilər.

Bununla yanaşı, Paşinyan qeyd edib ki, hər iki ölkə öz ərazisindən keçəcək yolları özü inşa edəcək: “Bizim fikrimizcə, Erasx-Ordubad-Mehri-Horadiz dəmir yolu və avtomobil yolunu hər tərəf özünə düşən ərazidə inşa etməlidir.”

O, əlavə edib ki, üçtərəfli razılaşmanın 9-cu bəndində göstərilənlərə uyğun olaraq, “Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyət əlaqəsinin qarantıdır”.

Baş nazir həmçinin, Ermənistanın sülhün tərəfdarı olduğunu və sülh müqaviləsi təşəbbüsünün Azərbaycanın inhisarına alınmasının doğru olmadığını bildirib. O, qeyd edib ki, bununla bağlı Ermənistanın da dəfələrlə təklifləri olub. Lakin o, bu prosesin ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilməli olduğunu qeyd edib.

Göründüyü kimi, Ermənistan başçısı gah sərhədlərin müəyyənləşdirilməsinin vacibliyindən, Rusiyanın təkliflərini qəbul etdiyindən danışır, gah da Rusiyanın təqdim etdiyi xəritələrin özünü şübhə altına alır və üstəgəl, Azərbaycanı sərhəddə guya atəşkəsi pozmaqda günahlandırır.

Həmçinin, bir yandan sülh müqaviləsinin bağlanmasına tərəfdar olduğunu söyləyir, digər yandan hər hansı görüşün planlaşdırılmadığını iddia edir və prosesə nə yolla olursa-olsun Avropadakı havadarlarını və ABŞ-ın indiki ermənipərəst administrasiyasını cəlb etməyə çalışır. Bu isə o deməkdir ki, diplomatiya cəbhəsində hələ müharibə tam şiddəti ilə davam edir və qarşıda bizi xeyli “ağır döyüşlər” gözləyir.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay