“S-400”-ün ARDINCA GƏMİLƏR VƏ SUALTI QAYIQLAR... - Türkiyə ABŞ-ın təzyiqlərinə rəğmən Rusiya ilə daha da yaxınlaşır

Qərbin sanksiya təhdidinə baxmayaraq, NATO üzvü olan Türkiyə Rusiya müdafiə sənayesi ilə əməkdaşlığı möhkəmləndirməyə söz verib. Bu əməkdaşlığa qırıcı təyyarələr, aviasiya mühərrikləri, sualtı qayıqlar və “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alınmsı daxildir.

Sentyabrın sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bayden administrasiyası ilə münasibətləri yoluna qoymaq müəssər olmadı və ona görə də, o, müdafiə sənayesi sferasında əməkdaşlıq üçün üzünü şərqə tərəf çevirdi.

”CBS” telekanlaının “Ölkə ilə üzbəüz”(Face the Natioan) proqramına verdiyi müsahibəsində Ərdoğan deyib ki, ABŞ Türkiyəyə “F-35” qırıcılarını və həmçinin də “Patriot” zenit-raket komlekslərini çatdırmaqdan imtina etdikdən sonra Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri almağa məcbur olub.

Rusiya komplekslərinin alınması sövdələşməsi Tramp administrasiyası dövründə Türkiyə ilə NATO ölkələri arasındakı münasibətlərə əngəl yaratmışdı və bu əhval-ruhiyyə yeni administrasiya zamanı da davam etməkdədir.

Bu məsələ ilə əlaqədar Ərdoğan qeyd edib: ”Gələcəkdə bizim hansı ölkədən və hansı həcmdə silah sistemləri almamıza heç kim qarışa bilməyəcək. Heç kim buna müdaxilə edə bilməz. Qərar vermək hüququ yalnız bizə məxsusdur”.


Türkiyəni “F-35 Lightening II” qırıcısının inşaası ilə bağlı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq konsorsiumdan xaric ediblər. 2020-ci ilin dekabrında Vaşinqton Ankaraya qarşı “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsi ilə təsir göstərmək” qanununa müvafiq olaraq sanksiya tətbiq edib.

ABŞ ilk dəfədir ki, öz müttəfiqlərinə qarşı bu qanunu tətbiq edir. Senatın beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendes öz “twitter” səhifəsində yazıb: “Bu qanun Rusiya hərbçiləri və kəşfiyyat sektoru ilə geniş həcmli biznes quran istənilən subyektə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Türkiyənin Rusiyadan yeni silah alışı özü ilə yeni sanksiyalar gətirəcək”.

Lakin Türkiyə geri çəkilmək fikrində deyil. “Defense News” ilə söhbəti zamanı yüksək vəzifəli Türkiyə məmurlarından biri deyib: ”İkinci partiya “S-400” alınması ilə bağlı danışıqlar davam edir. Hazırda bu danışıqların səviyyəsi strateji və siyasidir. Biz hələ ki, texniki detalları, maliyyə məsələlərini razılaşdırmamışıq”.

29 sentyabrda Ərdoğan Rusiyanın Soçi şəhərinə Vladimir Putinlə görüşə yollanmışdı. Rusiya lideri ilə görüşünü şərh edən Ərdoğan bildirib: ”Biz, təyyarələr üçün mühərrik istehsalı və qırıcılarla bağlı hansı addımlar atacağımızı hərtərəfli müzakirə etdik”.


Türkiyə prezidenti əlavə edib ki, digər tədbirlər sırasına gəmilər və sualtı qayıqların tikintisi də daxil ola bilər. Geriyə dönərkən Ərdoğan jurnalistlərə deyib ki, Türkiyə, özünün “F-35” proqramından çıxarılmasının kompensasiya edilməsinə nail olmaq niyyətindədir. Ola bilər ki, bu, ”G-20” sammitində ABŞ Prezidenti Co Baydenlə keçiriləcək görüşdə edilsin.

Rəcəb Tayyib Ərdoğan məsələyə belə aydınlıq gətirib: “Biz 1,4 milyard dollar həcmində ödəniş etmişik. Bəs, bu necə olacaq? Biz bu pulları asanlıqla qazanmırıq. Ya onlar bizə təyyarələrimizi verəcəklər, ya da ki, pullarımızı qaytaracaqlar”.

Hazırda Türkiyə Almaniyanın böyük tərsanələrindən birində altı sualtı qayığının müştərək istehsalı proqramının reallaşdırılması ilə məşğuldur.

Amma Ərdoğanın sözlərinə görə, bu proqramın reallaşması Türkiyənin nəzərdə tutduğu templə getmir. Ərdoğan deyib: ”Bizim alternativ axtarmağımız da mümkündür”.

Türkiyə artıq bir neçə ildir ki, özünün “TF-X”(Turkish Fighter Experimental) qırıcılarının hazırlanması ilə məşğuldur. Amma bunun üçün Britaniyanın “BAE Systems” şirkətinin 115 milyon dollarlıq müqavilə çərçivəsində layihə hazırlamasına baxmayaraq, bu proqramın həyata keçirilməsi çox ləng gedir.

“TF-X” layihəsini reallaşdıracaq Türkiyənin “Turkish Aerospase Industries” şirkəti hələ ki, gələcək qırıcı təyyarə üçün mühərrik seçə bilməyib. Bu şirkət, ”TF-X” qırıcısının 2025-ci il və ya 2026-cı ildə havaya qalxacağına ümid bəsləyir.

“Defense News” – (ABŞ
)

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay