Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərək, bir sıra fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, həmin çıxışında Azərbaycan haqqında bəzi hədyanlar danışan Paşinyan, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini çıxarmayacaqlarını, Zəngəzur Dəhlizini açmayacaqlarını da dilə gətirib.

Bu gün isə Ermənistanda nəşr olunan "Hraparak” qəzeti qəribə, həm də maraqlı bir iddia ilə çıxış edib. Qəzet yazır ki, Paşinyanın hökumətin iclasında çıxışı cəmiyyəti aldatmaq, onun başının altına yastıq qoymaq məqsədi daşıyıb və blefdir. Erməni nəşri bunu belə əsaslandırıb ki, baş nazir Azərbaycanla gizli şəkildə danışıqlar aparır və bu prosesə Avropa Birliyinin nümayəndələrini cəlb edib. "Əgər Paşinyan blef etmirsə, niyə çıxışında "Azərbaycan və Ermənistanın bir birlərinin ərazi bütövlüyünü tanıması bizim üçün məqbuldur” deyir? Qarabağa heç bir yardım etməyən, adicə qaz problemini belə aradan qaldırmayan Nikol, necə olur ki, belə cəsarətli çıxışlar edir? Özü də Brüsseldə keçiriləcək görüş öncəsi”.

"Hraparak” daha sonra yazır ki, onlarda hökumət mənbələrindən əldə edilmiş bir sıra məlumatlar var. Həmin məlumata əsasən Nikol Paşinyan çıxışından bir gün əvvəl Azərbaycanın təqdim etdiyi 5 şərti qəbul etdiklərini, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarını (Qarabağ da daxil olmaqla) Avropa Birliyinin nümayəndələri vasitəsi ilə Bakıya çatdırıb. "Nikol Paşinyan nəinki şərtləri qəbul edib, nəinki Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna razılaşıb, hətta Azərbaycan tərəfinə sülh sazişini tez zamanda bağlamaqla bağlı yalvarıb. Bu yalvarışlardan sonra Brüssel görüşü razılaşdırılıb”.

Xatırladaq ki, Avropa Birliyinin rəhbəri Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək. Bəzi ekspertlər hesab edirlər ki, həmin görüşdə tərəflər yeni sənəd imzalayacaqlar. Həmin sənəd isə sülh sazişinin hazırlanmasını ehtiva edəcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən keçirdiyi brifinq zamanı bildirib ki, Ermənistandan müsbət siqnallar almağa başlayıblar. Onun sözlərinə görə, bu siqnallar yaxın zamanda sülh sazişinin imzalanması prosesinin start götürməsinə vəsilə ola bilər. O qeyd edib ki, rəsmi Bakı sülh danışıqları ilə bağlı prosesə hazırdır.

Qaldı, "Hraparak” qəzetinin iddiasına, bu barədə konkret nəsə demək çox çətindir. Çünki əlimizdə yetərli qədər sübut yoxdur. Hətta bununla bağlı məlumata belə malik deyilik. Lakin erməni xislətinə az-çox bələd olduğumuzdan belə bir qənaətə gələ bilərik ki, Nikol Paşinyan dara düşdüyündən Azərbaycan tərəfinə yalvara da bilər, xahiş də edə bilər. Ona görə ki, bu ermənilərin xarakteridir.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay