Qarabağdakı separatçılarla Ermənistan rəhbərliyi arasında yaranmış narazılıq daha sərt şəkil almağa başlayıb. QAYNAR.MEDİA xəbər verir ki, Xankəndidə mənzillənmiş terrorçular İrəvanın onların istəklərini yerinə yetirmədiyini, lazımı dəstək vermədiyini, habelə beynəlxalq aləmdə onlar üçün zəruri addımlar atmadığını dilə gətirirlər.

İndiyə qədər qapalı müstəvidə baş qaldırmış tərəflər arasındakı narazılıq artıq üzə çıxmağa başlayıb. Xüsusən də separatçıların rəhbəri Arayik Harutyunyan bunu erməni ziyalıları ilə söhbətdə dilə gətirir. JAMAZ.İNFO xəbər verir ki, Harutyunyan ötən gün Xankəndidə bir qrup İrəvandan gəlmiş ziyalılarla görüşdə bildirib ki, o, Nikol Paşinyanın Qarabağa səfər etməsinə icazə verməyəcək. “Mən Nikolun Artsaxa gəlməsinə icazə verməyəcəyəm. Amma Qukasyan, Saakyan və digərləri gələrsə, onlarla görüşməyə hazıram. Bir şərtlə ki, hansısa restoranda deyil, mənim otağımda”.

Xatırladaq ki, bir qədər əvvəl separatçıların əsas nümayəndələri olan Arkadi Qukasyan və Bako Saakyan Xankəndinə gedərək, orada Arayiklə görüşmək istəyiblər. Təklifləri bu olub ki, görüş restoranlardan birində reallaşsın. Lakin Harutyunyan bu təklifi qəbul etməyib. O deyib ki, görüş yalnız onların otaqlarında ola bilər.

İndi isə Arayiklə Nikolun arasında yaşayan bu gərginliyin konkret səbəbləri bilnmir. Bəzi erməni mənbələri yazır ki, narazılığa səbəb Nikol Paşinyanın Arayik Harutyunyana verdiyi vədlərə əməl etməməsidir. Həmin vədlər isə 44 günlük müharibədən sonraya aiddir.

Digər bir qism isə hesab edir ki, Arayik Harutyunyan Nikol Paşinyanın Qarabağa səfər etməməsini ört-basdır etmək üçün özünü qabağa verib. Məsələn, “Hraparak” nəşri yazır ki, Harutyunyan “Matrosov” kimi, “sinəsini” qabağa verərək, Paşinyanı qorumaqla məşğuldur. “Ermənistanda hamı bilir ki, Nikol Paşinyanın Qarabağa səfər etməməsi, daha dəqiqi, səfər edə bilməməsi nə ilə bağlıdır. Bəllidir ki, bu, İlham Əliyevin tələbidir və o, Paşinyana Xankəndinə getməyə qadağa qoyub. Arayik Harutyunyan isə “Matrosov” kimi sinəsini qabağa verərək, onu qorumaqla məşğuldur”.

Bu məsələdə diqqət çəkən bir məqam daha var. Harutyunyanın məhz indi dilə gəlməsi və Paşinyanın Qarabağa gəlməsinə qadağa qoyması daha çox bizneslə bağlıdır. Güman ki, Ermənistanın baş naziri Xankəndidəki separatçıya müharibədən sonra itirdiyi biznesi bərpa etmək imkanı yaradacağını vəd edib. Çünki Harutyunyanı həmişə biznes maraqlandırıb, müharibəyə qədər onun Qarabağda dəyəri milyonlarla dollar olan biznesinin olduğunu gizlədən də yoxdur. Görünür, Paşinyan bu vədinə əməl etməyib və nəticədə aralarında narazılıq yaranıb.

Mənbə
jamaz.info

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay