Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, əslində uzun illər Azərbaycan-Ermənistan "Dağlıq Qarabağ" münaqişəsinin həlli missiyasını yerinə yetirmək məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın fikirlərinin, qərarlarının, istəklərinin üst-üstə düşdüyü, ortaq məxrəcə gəldikləri yeganə məsələ elə məhz Azərbaycanın adı ilə bağlı imiş.

Qarabağ probleminin, Azərbaycan torpaqlarının işğlalı faktının 30 il Minsk Qrupunun vasitəçiliyi çərçivəsində həllini tapmaması bunu təsdiq edən ən böyük faktdır. Uzun illər ərzində üzərlərinə düşən missiyanı yerinə yetirmək əvəzinə Azərbaycanın işğal altında olan torpaqlara səfər edərək orada qarınlarını və ciblərini dolduraraq bölgəyə növbəti səfərə kimi işğal faktının aradan qaldırılması istiqamətində daşı-daş üstə qoymayan Minsk Qrupunun bu mehriban-düşmənlərinin arası Ukraynadakı savaşla ciddi şəkildə gərildi. Hətta vəziyyət o dərəcəyə çatdı ki, Fransa hər vasitə ilə Rusiyanı Ukrayna cəbhəsində ciddi yaralamaq, zəiflətmək üçün böyük səy göstərən tərəf kimi diqqət mərkəzinə düşdü. Fransa bununla Rusiyanın gücünün diqtə etdiyi ərazilərdə, bölgələrdə mövcud olub əsas söz sahibi kimi dominant tərəfə çevrilərək rəsmi Moskvanı oyundan kənarlaşdırmaq məqsədi güdür.

Bunun təsdiqi olaraq Emanuel Makronun son açıqlamasına nəzər yetirmək kifayətdir. Makron "Rusiya- Ukrayna müharibəsi Avropanın yeni erasının başlanğıcıdır" deməklə, əslində Ruisya erasının bitməyə doğru getdiyini, daşların yerini dəyişəcəyini, yeni dünya düzəninin formalaşdığını qeyd etmək istəyir. Təbii ki, quyruğu qapı arasında qalanda, işi düşəndə müttəfiqi olan Rusiyanı iqtisadi, hərbi güc olaraq siyahıdan silməyə tələsən Fransanın əlinə oynamağın bir adı var:

Ağaya xəyanət!

Ukrayna-Rusiya müharibəsi dünyada dəngələrin dəyişməsi istiqamətində olduqca kritik hadisə kimi tarixə düşə bilər. Belə ki, bu müharibənin necə yekunlaşacağından, nəticəsindən asılı olmayaraq yarartdığı gərginlik fonunda çoxqütblülük, iqtisadi qloballaşma, dünya nizamındakı proseslər və hadisələrdə dəyişikliklər artıq indidən özünü tam çılpaqlığı ilə göstərməyə başlayıb. Dövlətlər arasında qarşılıqlı əlaqə və asılılıqlar artdığı bir vaxtda, dünyada gücün yenidən bölüşdürülməsi tendensiyası dayanmadan güclənir ki, bu gün apardığı savaşa görə az qala hər kəsin qınaq obyektinə, sanksiyalarının əsas hədəfinə çevrilən Rusiya müttəfiqlərinin yenidən bəlirlənməsi istiqamətində ciddi sınaq qarşısındadır. Bu nöqteyi nəzərdən uzun illər Ermənistanı öz qanadları arasında saxlayan, onu başqa bir dövlətin köləsi, buyruqçusu olmağa imkan verməyən Rusiya görünür elə ən böyük xəyanəti də yenə rəsmi İrəvandan aldı.

Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə əlaqədar düşdüyü mürəkkəb vəziyyətdən Ermənistanın öz maraqları üçün istifadə etməsi bu dəfə də diqqətdən yayınmadı. Erməni baş nazirin, iki daşın arasında Fransaya səfərinə bundan başqa ad vermək olmur. Paşinyan Makronla görüş üçün artıq Parisə yola düşüb. Bu vurhavurda heç şübhəsiz ki, Paşinyanın əsas məqsədi Rusiyanın Ukrayna cəbhəsində xeyli qan itirməyindən, başının qarışmağından, dünya dövlətlərinin tətbiq etdiyi ardı-arası kəsilməyən sankasiyalar nəticəsində qüvvəsinin azalmasından istifadə edərək çoxdankı arzusunu reallaşdırmaq məqsədi güdür. Görünür rəsmi İrəvan Qərbə üz tutmaq, özünə orada yeni sığınacaq tapmaq üçün bundan yaxşı fürsətin düşməyəcəyini fikirlərşir.

Əslində bu addım Paşinyanın Rusiyaya qarşı ilk belə addımı deyil. Biraz keçmişə nəzər salsaq görərik ki, Ermənistanın Rusiyaya xəyanət siyasəti əslində ilk nümunə deyil. Xüsusən də 44 günlük müharibənin gedişində Ermənistan hərbi-siyasi rəhbərliyi Rusiyanı Azərbaycanla savaşa qoşmaq, tərəflərindən iştirak etmələri üçün rəsmi Moskvaya və KTMT-yə etdiyi ardıcıl müraciətlərinin nəticə verməməsinin qisasını yenə Fransa və digər Qərb dairələrinə sığınmaqda axtarsa da, Rusiya Ermənistana əsl ağasının kim olduğunu anında verdiyi qulaqburma ilə göstərdi. Görünür Paşinyan hakimiyyətinin təkcə dərs çıxarmadığı Azərbaycanla 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyət deyil.

Əvvəllər də Qərbə sığınmaq və Rusiyaya arxadan zərbə vurmaq cəhdi üçün fürsət arayan Ermənistan görünür indi bu zamanın yetişdiyi qənaətindədir. Belə olmasaydı bu yeni proseslər məngənəsində Rusiyanın ən əsas rəqiblərindən olan Fransaya təcili səfər planı arxa plana atıla bilərdi. Lakin görünür Paşinyan fikrində qətidir. O, bu həmləsi ilə həm Cənubi Qafqazda Rusiya varlığını Fransa amili ilə əvəz etməyin zamanının yetişdiyini düşünür, həm də ölkəsinin NATO-ya üzv olması yolunda Rusiyanın büdrəməsini Ermənistan üçün açılan yol hesab edir. Lakin Paşinyan bu dəfə də yarımçıq düşüncəsi ilə diqqət çəkir. Erməni baş nazir və komandası unudur ki, Cənubi Qafqazda günü-gündən güclənən bir Azərbaycan amili var və rəsmi Bakının razılığı olmadan heç bir qüvvə onun ərazisinə daxil ola bilməz. Bu məsələni aktuallaşdıran Şuşa Bəyannaməsinin də artıq ratifikasiya edildiyini nəzərə alsaq, o zaman Fransanın bu riskə gedərək axmaq görünmək istəyəcəyi də inandırıcı deyil.

Amma sən saydığını say, gör rəsmi Moskva nə düşünür?! Ermənistanın "Qrapark" nəşrində yayılan məlumatlar da Rusiyanın rəsmi İrəvanın ikili oyun oynadığından duyuq düşdüyündən yazıb.

Nəşr qeyd edib ki, Rusiya Ermənistanın anti-Rusiya davranışından narahatdır və hesab edir ki, respublikanın hakimiyyəti gizli şəkildə Avropa və ABŞ "xod" axtarmaqda davam edir: "Bizdə olan məlumata görə, Rusiyanın güc strukturları hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı özünü necə ifadə etdiyini başa düşmək üçün erməni mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir".

Hiss olunur ki, Rusiya artıq Paşinyanın ikili oyunlarına dözmək fikrində deyil. Əgər Rusiyanın rəsmi İrəvandan sədaqət və müttəfiqlik sübutunu tələb etməsi Moskva üçün arzuolunmaz nəticələnərsə, o zaman gələcək Ermənistan üçün heçnə yaxşı vəd etmir.

Rusiya-Ukrayna müharibəsi fonunda Moskva ilə Parisin gərginləşən münasinbətləri hələ günlər öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətlə bağlı fransalı siyasətçilərin bəyanatların şərh edərkən etdiyi açıqlamada açıq sezildi. Rusiya XİN rəhbərinin yerli və xarici mediaya müsahibəsində "Xoruz fransalıların belə desək, milli simvoludur. Buna görə də, onlar çox tez-tez xoruzlanırlar", - ifadəsi Fransa ilə Rusiya arasında gərginliyin episentirinin nə qədər böyük olduğndan xəbər verirdi. Amma görünür fürsətcil İrəvan ayının caynağından xilas olmaq üçün yalnız sirkin uyğun olduğunu unudub. Hazırki dünya isə cəngəlliyi xatırladır, burada yalnız güclülər qalib gəlir.

Təhməz Əsədov
Milli.Az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay