“Nə “Azərsu” yaxın durur, nə də Suraxanı Rayon İcra Hakimiyyəti...” - ŞİKAYƏT + VİDEO
Qaraçuxurdakı qəzalı yataqxananın sakinləri ölkə rəhbərliyindən kömək istəyir

“Görüntülərdə əks olunan problemlə əlaqədar olaraq, Nazirlər Kabinetinə, Milli Məclisə, Bakı Şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və “Azərsu” ASC-yə müraciət ünvanlamışıq. Amma təəssüf ki, adıçəkilən qurumların heç biri problemin həllində köməklik göstərməyiblər.”

Bu sözləri “AzPolitika.info”-ya müraciətində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsi bina 24 ünvanında yaşayan şikayətçi Sədullayev Hamlet Elxan oğlu bildirib.

Qeyd olunan ünvandakı bina ailəvi yataqxanadır.

H.Sədullayev binanın 1980-ci ildə tikildiyini, lakin indiyə qədər binada heç bir təmir-bərpa işlərinin aparılmadığını bildirir: “Hal-hazırda bu bina qəzalı vəziyyətdədir. Binanın zirzəmisi su içindədir, kommunal xətlərin hamısı köhnəlib və sıradan çıxıb. Bu səbəbdən də, xətlərdə tez-tez qəzalar və sızmalar baş verir. Nəticədə də yuxarı mərtəbələrdən axan su beton plitələrin arasına dolur və mənzillərə axır. 2021-ci ilin avqustundan bəri bu problemdən əziyyət çəkirik. Görüntülərdən də aydın olur ki, yuxarıdan axan su mənzilləri yararsız hala salıb. Eyni zamanda binanın təməl strukturu da günü-gündən zəifləyir. Problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, heç bir nəticəsi olmayıb”.

Şikayətçi H.Sədullayev problemlə bağlı ünvanladığı məktublara lazımı cavab verilmədiyini bildirir: “3 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyinə ünvanladığımız məktuba cavab olaraq bildirilib ki, 2012-ci ildən etibarən, su və kanalizasiya xətlərinin işinin təşkili İcra Hakimiyyətindən alınaraq, “Azərsu” ASC-nin tabeçiliyinə verilib. Ona görə də, qeyd olunan narazılıqla bağlı müvafiq quruma müraciət etməyimiz tövsiyyə olundu. Ancaq problemi nə “Azərsu” həll edir, nə də icra hakimiyyəti. Heç biri yaxın gəlmir.

Digər qurumlardan isə heç bir cavab ala bilməmişik. Bədbəxt hadisələr baş verməsin deyə bina sakinləri olaraq aiddiyyatı qurumların hamısına əvvəlcədən məlumat vermişik. Problemə etinasız yanaşanlar yəqin ki, yalnız hansısa bədbəxt hadisə baş verdikdən sonra tədbir görməyi düşünürlər”.

Şikayətçi qeyd edir ki, müraciət etdikləri qurumlar heç olmasa suyun məhz haradan axdığını müəyyən etmək üçün belə köməklik göstərmirlər: “Gəlib baxıb, çıxıb gedirlər. Heç olmasa təyin etmirtlər ki, binanın yüksək mərtəbələrindəki axıntının mənbəyi hardadır. Müəyyən etsələr, bəlkə öz hesabımıza bir təhər təmir edərdik. Ancaq bunu da etmirlər. Bu qədər etinasızlıq, biganəlik, öz işinə və insanlara qarşı məsuliyyətsizlik sakinləri bezdirib. Düşdüyümüz acınacaqlı durumla maraqlanan yoxdur!”.

Şikayətçi ölkə rəhbərliyinə və müvafiq qurumlara mətbuat vasitəsilə müraciət edərək, sözügedən binadakı acınacaqlı vəziyyəti aradan qaldırılmasını xahiş edirlər.


“AzPolitika.info”

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay