NATO baş katibinin Rusiyadan tələbi həm də Cənubi Qafqazda "erməni faktoru"nu hədəfə alır və Qərbin separatizmi deyil, dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir; Rusiya sülhməralı qüvvələri rəsmi Bakının tələb edəcəyi təqdirdə, ərazidən dərhal çıxarılmazsa, Xankəndi və ətraf bölgədə Azərbaycanın icazəsi olmadan yerləşdirilmiş hərbi kontingent statusu qazanmış olacaq...
ABŞ və Qərbin Rusiya ilə qarşıdurması bəzi yeni maraqlı məqamların ön plana çıxmasıyla diqqəti çəkir. Son vaxtlara qədər unudulmuş hesab edilən bəzi ərazi mübahisələri növbəti dəfə aktuallaşdırılmağa başlayıb. Və bütün bunlar yaxın gələcəkdə Rusiya üçün müəyyən problemlər yarada bilər.

Məsələ ondadır ki, Rusiya Ukraynanın Krım yarımadasının ilhaq edib və onu beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, öz ərazisinə qatıb. Son vaxtlara qədər belə təsəvvürlər var idi ki, Qərb siyasi dairələri Rusiyanın bu zorakı davranışına göz yumacaq və mümkün qədər tolerant yanaşmağa çalışacaq. Əslində, Qərbdə Krım yarımadasının ilhaq olunmasına siyasi məzmunlu etirazlar olsa da, hətta Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edilsə də, bu məsələni kəskin qarşıdurma mövzusuna çevirməkdən yayınmağa üstünlük verirdilər.

Son vaxtlar isə Rusiya separatçıların nəzarətində olan Donbas üçün xüsusi status tələb etməyə başlamışdı. Kreml buna paralel olaraq, həm də Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etməyə cəhd göstərirdi. Və Rusiyanın bu davranışları isə həm Ermənistanda, həm də Xankəndi və ətraf bölgədə olan erməni separatçılarda yenidən keçmişə dönüş ümidləri yaratmışdı.

Ancaq rəsmi İrəvanın və erməni separatçıların bu ümidləri çox tez boşa çıxdı. Qərb siyasi dairələri Rusiyanın separatizmi dəstəkləmə cəhdlərinə kifayət qədər sərt reaksiya verməklə, belə geri dönüş xəyallarının mənasız olduğunu təsdiqlədi. Və hətta separatizm meyllərinin müasir dünya üçün qəbuledilməz olduğunu da qabartdı.

Buna misal kimi, NATO baş katibi Yens Stoltenberqin separatizm fəaliyyətinin geniş yer aldığı MDB məkanı üçün olduqca böyük əhəmiyyət daşıyan açıqlamasını göstərmək olar. Çünki həmin açıqlama Rusiyaya qarşı yönəlmiş olsa da, əslində, MDB məkanında mövcud olan separatizm fəaliyyətini də birbaşa hədəfə alır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıların narahatlıq keçirmələri üçün ciddi səbəblər mövcuddur.

Məsələ ondadır ki, NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxartmalıdır. NATO baş katibinin bu tələbi Rusiyanın MDB məkanında separatizmi dəstəklədiyinin açıq ifadə olunması anlamı daşıyır. Çünki, Rusiya qoşunları Ukrayna, Gürcüstan və Moldovada birmənalı şəkildə separatçıları müdafiə etmək vəzifəsini yerinə yetirir.

Ona görə də, hesab etmək olar ki, əslində, NATO baş katibinin bu tələbi Ermənistanın, eləcə də, Xankəndi və ətraf bölgədəki erməni separatçıların da ümidlərini sıfırlayır. Çünki, son vaxtlar rəsmi İrəvan və Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərindəki erməni separatçılar Kremlin Donbas üçün status tələb etməsindən, eləcə də, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpasına yönəlik cəhdlərindən uzaqgedən nəticələr çıxartmağa başlamışdılar. Və Rusiyanın Donbas separatçıları ilə yanaşı, Xankəndi və ətraf bölgədəki erməni separatçıları üçün də status mövzusunu aktuallaşdıracağına ümid bəsləyirdilər. NATO baş katibinin açıqlaması isə bu ümidlərin mənasız olduğunu göstərir. Çünki NATO-nun, eləcə də, Qərbin separatizmi dəstəkləmədiyi, dövlətlərin ərazi bütövlüyünü daha ön planda tutduğu təsdiqlənmiş olur.

Digər tərəfdən, NATO baş katibinin Rusiyadan Ukrayna, Gürcüstan və Moldovada olan hərbi qüvvələrini çıxartmağı tələb etməsi yaxın perspektivdə Azərbaycanın maraqlarına da cavab verə bilər. Düzdür, bu tələbi hələlik məzmun baxımından, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya edilən Rusiya sülhməramlı qüvvələrinə aid etmək mümkün deyil. Ancaq ermənilər rus sülməramlıların bölgədə müddətsiz qalmasında israr etsələr də, bunun mümkün olmayacağı artıq indidən məlumdur. NATO baş katibinin Rusiyaya yönəlik tələbi isə yaxın gələcəkdə bu məsələ ilə bağlı Azərbaycanın əlini daha da gücləndirə bilər.

Məsələ ondadır ki, NATO baş katibinin tələbində “Rusiya, ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini... çıxartmalıdır” vurğusu da yer alır. Ona görə də, indiki halda, bu tələb Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları üçün hələlik aktual deyil. Çünki, həmin bölgədə rus sülhməramlı qüvvələri üçtərəfli anlaşma çərçivəsində, o cümlədən də, Azərbaycanın razılığı ilə yerləşdirlib.

Ancaq rus sülhməramlıların bölgədə dislokasiya müddəti sona çatdıqdan sonra rəsmi Bakının onu uzatmaqdan imtina edəcəyi təqdirdə, vəziyyət ciddi şəkildə dəyişmiş olacaq. Yəni, Rusiya sülhməralı qüvvələri rəsmi Bakının istəyinə uyğun şəkildə ərazidən dərhal çıxarılmazsa, Xankəndi və ətraf bölgədə Azərbaycanın icazəsi olmadan yerləşdirilmiş hərbi kontingent statusu qazanmış olacaq. Bu halda, NATO baş katibinin tələbi Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycan üçün də aktual xarakter daşımağa başlayacaq. Və bu baxımdan, rəsmi Bakı yaxın perspektivdə NATO baş katibinin tələbindən Azərbaycanın maraqları çərçivəsində yararlanmaq şansı qazana bilər.

Göründüyü kimi, NATO baş katibinin tələbi əslində, Azərbaycanın perspektiv maraqları baxımından, olduqca önəmli məzmun daşıyır. Bu tələbi müəyyən mənada, Cənubi Qafqazda "erməni faktoru"na ağır zərbə kimi də dəyərləndirmək olar. Çünki, Ermənistanda nəhayət ki, Qərbin sepratizmi dəstəkləməyəcəyinu anlamağa məcburdurlar. Bunu nə qədər tez anlasalar, Ermənistanın geopolitik reallıqlar ilə barışıb, mövcud şərtlər çərçivəsində davranması da asanlaşa bilər. Və bu baxımdan, NATO baş katibinin tələbindən rəsmi İrəvanın, eləcə də, erməni separatçıların məmnun qalmayacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert, "Yeni Müsavat"

Son xəbərlər

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay