Gündəm / Siyasət
5.02.2022, 13:37
TƏCİLİ XƏBƏR! Rusiya Ukraynanı işğal edir... - “Blumberq” XƏBƏR VERDİ, YARIM SAAT SONRA...
“Blumberq” informasiya agentliyinin “Canlı yayım” bölməsində “Rusiya Ukraynanı işğal edir” başlıqlı xəbər paylaşılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yarım saat ərzində saytda qalan başlığa klik edən istifadəçilər xəta səhifəsinə yönləndirilib.
Məsələ ilə bağlı açıqlama verən agentlik bir neçə ssenari üçün manşet hazırladıqlarını və “Rusiya Ukraynanı işğal edir” başlığını səhvən yayımladıqlarını bildirərək istifadəçilərdən üzr istəyib:
“Baş verən yanlışlığa görə təəssüf edirik. Başlıq aradan qaldırıldı və səbəbi araşdırılır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay