10 noyabr bəyanatının 4-cü bəndində nəzərdə tutulan müddəa (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir - red) bu günə kimi həllini tapmır. Yoxsa Rusiya bu bəndin icrasını həyata keçirməkdə çətinlik çəkir?

Müharibənin bitdiyini elan edən bu sənədin imzalanmasından keçən hər gün əslində proseslərin bir-birinə zəncirvari bağlılığını göstərir. O da anlaşılır ki, qanunsuz erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması bəzi dairələrin fəaliyyətini qısa zamanda deaktivləşdirə bilərdi. Məhz bu səbəbdən sülhməramlı kontingent Qarabağda qalmaq üçün hər hoqqadan çıxır.

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutdu. Eyni təxribat martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində qeydə alındı.

Əslində çoxları bu hadisələri normal, artıq öyrəşdiyimiz bir olay kimi qeyd edə bilər, amma elə deyil. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqeyi görünür Moskvanı bərk hiddətləndirib. Artıq yeni müttəfiq obyektiv istiqamət tutaraq "nə şiş yansın, nə kabab" məntiqindən çıxış edərək sərgilədiyi mövqeyə görə Bakıya cəza kəsmək niyyətini gizlədə bilmir. Mart ayının əvvəllərindən artıq demək olar ki, hər gün Azərbaycan ərazilərində baş verən erməni təxribatları bunu deməyə əsas verir. Əsasımız bununla kifayətlənmir...

Rusiya Federasiyası Müdafiəsinin İdarəetməsi Milli Mərkəzinin rəisi Mixail Mezin ötən gün bildirib ki, "Dağlıq Qarabağdan Ukraynaya humanitar yardım göndərilib". Sirr deyil ki, Qarabağda yaşayan separatçılar məhz Rusiyanın humanitar yardımları hesabına bu gün həmin ərazilərdə güclə dirəniş göstərə bilirlər. Belə olan təqdirdə Qarabağın dağlıq hissəsində, başqa sözlə desək Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasındakı separatçı rejim qalıqları tərəfindən "Dağlıq Qarabağ" adından hansı humanitar yardımdan söhbət gedir? Demək burada məqsəd məhz "Dağlıq Qarabağ" ifadəsini yenidən meydana atmaqla, gözə soxmaqla Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə söhbət mövzusudur. Rusiya hərbi-siyasi rəhbərliyi yoxsa 44 günlük müharibənin nəticəsini, müharibədən sonra vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatları, bütün bunlar azmış kimi fevralın 22-də Azərbaycan və Rusiya dövlət başçılarının imzaladıqları müttəfiqlik haqqında Moskva Bəyannaməsini də unutdu?!

Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya "Dağlıq Qarabağ" ifadəsinə görə xəbərdarlığı gecikməyib: "Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər". Rusiyanın nümayiş etdirdiyi bu mövqe şübhəsiz ki, Azərbaycanla üçtərəfli byanatlarda üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün son zamanlar fəaliyyətini artıran rəsmi İrəvanın, onun müxalifət qüvvələrinin, revanşist dairələrin yenidən rəsmi Bakıya qarşı barışmaz mövqe tutmasına, Qarabağda təxribatların sürətlə artmasına səbəb ola bilər. Çox güman ki, Rusiya tərəfi bu cür bəyanat səsləndirmədən öncə bu məsələni mütləq gözə alıb.

Azərbaycan tərəfinin adekvat cavabı görünür Rusiyanın xoşuna gəlməyib. Bəli, əgər dünənə kimi sülhməramlıların müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sırf revanşist qüvvələrin tapşırıqları, sifarişləri əsasında baş verdiyi güman edilirdisə, bundan sonra Qarabağda istənilən daşın altından rusun əlinin çıxacağı ehtimalları artır. Çünki Mixail Mezinin sözügedən bəyanatının ardınca erməni silahlı birləşmələrinin Azərbaycanla sərhəd boyu fəallığı açıq aydın sezilməyə başlayıb.

Belə ki, martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktı azmış kimi, düşmən artıq Naxçıvan istiqamətində də azğınlaşmağa doğru gedir. Bu gün səhər saat 07:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutması Ermənistana vəziyyəti gərginləşdirmək üçün ona verilən şansdan yararlanmaq cəhdindən başqa bir şey deyil.

Ermənilərin əsas bədbəxliyi orasındadır ki, Rusiyanın indiki beynəlxalq konyukturda "Dağlıq Qarabağ"ı müstəqil subyekt kimi təqdim etməsini onlar dəstəkdən çox zərbə kimi qiymətləndirə bilmirlər. O hətta ədalətli və humanist addım olsa belə, Ukrayna olaylarının davam etdiyi bir zamanda təşəbbüsün arxasında Moskvanın dayanması istənilən siyasi-diplomatik dividendi istisna edir. Digər tərəfdən isə nəhayət, Qərb ictimai şüurunda Donbas ilə Qarabağ arasında məntiqi paralellərin aparılması üçün zəmin yaranır.

Şübhəsiz ki, Mixail Mezin bunu öz başından söyləməyib. Moskva belə bir bəyanatla çıxış edərkən sözsüz ki, ilk öncə erməni separatçı rejim qalıqlarının Qarabağda əl-qolunu açmaq, manevr imkanlarını böyütmək imkanı verməyi nəzərdə tutub. Bununla da "gözün üstə qaşın var" deyənin tapılmadığı silahlı erməni terrorçularının Azərbaycan torpaqlarında növbəti təxribatına zəmin yaradılmış olur. Lakin Azərbaycan nə Rusiya tərəfindən edilən bu açıqlamanı qulaqardına vurmaq fikrindədir, nə də ağasından aldığı "tapşırığı" yerinə yetirmək üçün erməni separatçı quldurlarına əl-qol açmaq üçün fürsət vermək haqda düşünür. Belə deməyə elə dünən sözügedən bəyanatın ardınca Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırığı əsas verir.

Bununla da Azərbaycan Ermənistana, oradakı revanşist qüvvələrə xəbərdarlıq etdi ki, "Ağanızın verdiyi bu arxayınlıqdan istifadə istəyi sizə baha başa gələ bilər". Amma görünür ermənilər hələ də reallıq hissinin nə demək olduğunu anlamaqda çətinlik çəkirlər. Bu, törətdikləri təxribat fonunda ermənilərin çəkə biləcəyi ən yüngül çətinlik ola bilər.

Əslində Azərbaycan bu xəbərdarlığı ilə tək erməni revanşist qüvvələrini yox, onlara manevr imkanları verən havadarlarına da bir mesaj vermiş oldu. Rəsmi Bakı bu xəbərdarlıqla daha əvvəlki kimi heç bir dövlətdən, heç bir qüvvədən onun ərazisində hər hansı bir sülhü, atəşkəsi tənzimləmək üçün addım gözləməyəcəyini, bundan sonra sözügedən addımı məhz özünün, öz bildiyi şəkildə atacağını bəyan etmiş oldu.

Azərbaycan mövqeyində qəti görünür. Çünki rəsmi Bakı 44 günlük müharibədən sonra istər Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı, istərsə də erməni qanunsuz silahlı birləşmələrinin təxribat cəhhdləri ilə bağlı hələ bu qədər adekvat reaksiya verməmişdi deyə bilərik.

Rusiyaya da indiki halda Cənubi Qafqazdakı mövqeyinin də sarsılmağı heç cürə sərf etmir. Moskva anlamalıdır ki, Bakı istər bölgəsəl, istərsə də qlobal səviyyədə onun etibar edəcəyi ən uğurlu seçimdir. Rəsmi Bakının etimadını sarsıtmaq Rusiyanın əlinin nəinki daha da zəifləməsi, bu, onun regiondakı mövqeyinin itirilməsi ilə nəticələnə bilər.

Milli.az

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay