[“Avropanın tarixində belə hadisə çox olub. Təcavüzkarın mərmilərinin partlayış sədaları, tanklarının gurultusu özündən zəif qonşuda dəhşət və xaos yaradıb. Bu dəfə edam kötüyünə uzadılan qurban 44 milyonluq əhalisi ilə Ukrayna, cəllad isə Rusiyadır. Həmin irticaçı-təcavüzkar Rusiyanın hökmdarı Vladimir Putin beynəlxalq hüququ, yazılmış və yazılmamış bütün sivil qaydaları vecinə almamaqda israrlıdır”.

QAYNAR.MEDİA xəbər verir ki,Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı dərc etdiyi redaksiya məqaləsində belə deyilir.

Bildirilir ki, Putinin nəzərində Ukraynanın suveren hüquqları yox dərəcəsindədir: “Strateji cəhətdən olduqca vacib qitədə dinc həyat növbəti dəfə od-alov içindədir, qan xirtdəyə qalxmaqdadır. Amma hələ gec deyil. Ən müxtəlif bəhanələrlə körükləndirilən bu münaqişəni Avropanın şərq hüdudlarında lokallaşdırmaq mümkündür. Fəqət alov dillərinin daha geniş coğrafiyaya yayılma təhlükəsi hər gün artır. Yenə də Birləşmiş Ştatlar hər şeyə görə ittiham obyektidir”.

Məqalədə vurğulanır ki, amerikalıların çoxu Avropada müharibəyə qarışmağın əleyhinədir, çünki bu, istər-istəməz Amerikaya, onun iqtisadiyyatına, bazarlarına da mənfi təsir edəcək. Ancaq “Vaşinqton Post”un redaksiyası hesab edir ki, ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin təcavüzkar aktlarına sərt reaksiya verməkdə haqlıdır, çünki 740 milyon insanın yaşadığı Avropada sülh və əmin-amanlıq Amerikadan ötrü də həyati əhəmiyyət daşıyır və Kreml cilovlanmasa, əvvəl-axır bundan amerikalılar ziyan çəkəcək, ABŞ-ın Avropadakı maraqlarına böyük zərbə dəyəcək.

Məqalədə bildirilir ki, bir yandan baxanda “təhlükəsizlik”, “ərazi bütövlüyü”, “beynəlxalq hüquq” gəlişigözəl, dəbə minmiş şablon, mücərrəd ifadələr kimi səslənir: “Amma o biri yandan praktik planda bu ifadələrin real dəyəri, qiyməti var, çünki bunlar fərdlərin və millətlərin azad inkişafını nəzərdə tutur. Sovet İttifaqının dağılmasından sonrakı üç onillik ərzində transatlantik birlik, ola bilsin, sülh və azadlığı öz-özünə bərqərar olan dəyərlər sayırdı. Bəlkə əsas yanlışlıq elə bunda imiş. İndi Putin meydana atılıb və həmin arxayınlığı özünə xas formada dağıtmağa girişib. Üstəlik, kinayəli şəkildə bəyan edir ki, Rusiya Ukrayna ilə müharibəyə başlamalıdır, çünki Kiyev Moskva üçün təhlükə mənbəyidir. Əslində onun həqiqi qorxusu NATO deyil. Putin mədəni cəhətdən ona yaxın olan qonşunun nümunəvi, demokratik ölkəyə çevrilməsini öz kleptokratik üsul-idarəsinə təhlükə sayır. İndi onun məqsədi qurbanını udub onunla vahid orqanizmə çevrilməkdir. Əgər Birləşmiş Ştatlar vəziyyəti tarixin ümidinə buraxmayıb, təmkinini itirmədən, qəti şəkildə, müttəfiqləri və həmfikirləri ilə bərabər Ukraynanın tərəfində dayansa, cəlladın niyyəti ürəyində qalacaq”.

Mənbə:
Washingtonpost.com

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay