Alyansın baş katibi tələb edir ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır; Elxan Şahinoğlu: “Hələ 4 il var, biz rəsmi şəkildə bu tələbi dilə gətirmirik”

NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. “Yeni Müsavat”ın xəbərinə görə, NATO baş katibinin bu tələbi Rusiyanın MDB məkanında separatizmi dəstəklədiyinin açıq ifadə olunması anlamı daşıyır. Çünki Rusiya qoşunları Ukrayna, Gürcüstan və Moldovada birmənalı şəkildə separatçıları müdafiə etmək vəzifəsini yerinə yetirir.

Bəs Stoltenberqin bu açıqlamasının Xankəndində məskunlaşmış erməni separatçılarına ağır zərbə olacağına, Rusiya sülhməramlılarının ərazimizdən çıxacağına ümidləri artırdığını ifadə edirmi? Rusiya sülhməramlıları 2021-ci il noyabrın 10-da Qarabağa gətirilib. Və bu, məlum bəyanatdan sonra baş verib. Amma digər ölkələrdən fərqli olaraq, Rusiya bura zorla deyil, Azərbaycanın razılığı ilə gəlib. Belə olan təqdirdə NATO baş katibinin məlum açıqlamasını öz xeyrimizə yozmağımız doğrudurmu? Ümumiyyətlə, NATO rus sülhməramlıları Qarabağdan çıxarmaq gücündədirmi? Hətta nəzəri olaraq, rus sülhməramlıları bölgədən çıxsa, onları kim əvəzləyəcək?

Həmin açıqlama Rusiyaya qarşı yönəlmiş olsa da, əslində MDB məkanında mövcud olan separatizm fəaliyyətini də birbaşa hədəfə alır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıların narahatlıq keçirmələri üçün ciddi səbəblər mövcuddur. Amma fərq ondadır ki, rus qüvvələri Qarabağa müqavilə əsasında yerləşiblər və fəaliyyət müddəti başa çatmayıb. Əgər 2025-ci ildə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, onlar getməlidirlər, getməsələr, NATO və Qərbdən bu çağırışlar səslənməlidir.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat” bildirdi ki, NATO baş katibi belə açıqlama versəydi, bizim faydamıza olardı: “O ölkələrin adlarını çəkib ki, NATO üzvlüyünü hədəf qoyublar. Bizim belə hədəfimiz yoxdur. Amma gərək ayrı-seçkilik etməzdi. Sadəcə, biz rus hərbi qüvvələrinin Qarabağdan çıxmasını istəyirikmi? Çünki hələ 4 il var. Biz rəsmi şəkildə bu tələbi dilə gətirmirik”.

E.Şahinoğlu hesab edir ki, Ukrayna, Gürcüstan və Moldova rəsmi şəkildə rus qoşunlarının çıxmasını tələb edir: “Biz ictimaiyyət olaraq rus sülhməramlılarının çıxmasını istəyirik. Ancaq rəsmi deyilmir ki, rus qüvvələri getsinlər. Azərbaycan hökuməti düşünür ki, müqavilədə göstərilib, 4 il sonra 6 ay qalmış getməlidirlər. Ona görə NATO baş katibi özünə yaxın ölkələrin adlarını çəkib. Bundan başqa, Stoltenberq Kremlə demək istəyir ki, sən bizə qarşı çox tələb irəli sürürsən, elə bizim də tələblərimiz var. Bu, Rusiyaya xatırlatmadır ki, tək Ukraynadan deyil, Gürcüstan və Moldovadan da çıxmasını tələb edirik”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay