Rusiya siyasi dairələri, xüsusən son zamanlar Kremlə bağlı ekspertlər açıq şəkildə Qarabağla bağlı təhlükəli açıqlamalar verirlər. Bir qədər əvvəl "rus icması” oyununa başlayan Moskva, ardından Sstanislav Tarasovun dili ilə Bakını hədələməkdən çəkinməmişdi.

Tarasov deyirdi ki, əgər Azərbaycan Qarabağı tam olaraq öz ərazisinə qatarsa, Rusiyanı qarşısında görəcək. Bundan başqa, o, həmçinin Moskvanın buna imkan verməyəcəyini də bildirmişdi.

Dünən isə Tarasova daha bir rus eksperti qoşulub. Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin NEWS.am saytına verdiyi müsahibəsində deyib ki, Qarabağla Krımdakı vəziyyət arasında müəyyən oxşarlıq var. O bildirib ki, Rusiya üçün Krımla bağlı vəziyyətdə Krım əhalisinin mövqeyi çox vacib idi. "Krım əhalisinin 80%-ni ruslar təşkil edirdi. Onlar Rusiyaya qoşulmaq istəyirdilər, Rusiya buna getdi. Bu zaman Rusiya tərəfi də diqqətini Qarabağda yaşayan insanların əhval-ruhiyyəsinə yönəldir. Niyə o deyir ki, gələcəkdə problemləri həll etmək lazımdır? Təbii ki, bu rəyin təsdiqlənməsi üçün Qarabağda referendum keçirilməlidir”.

Onun sözlərinə görə, Qarabağın status ilə bağlı bir neçə variantı var. Lepexin qeyd edir ki, birinci variant Azərbaycanın tərkibində qalmaqdır. "İkincisi "müstəqil respublika” kimi qalmaqdır. Üçüncüsü Ermənistanın tərkibində, dördüncüsü isə Rusiya Federasiyasının tərkibində olmaqdır”.

Bununla bağlı ekspert qeyd edib ki, Qarabağda yaşayan ermənilər birinci bənd barədə nə danışmayacaq, nə də düşünməyəcəklər. "Onlar qalan üç bəndi nəzərdən keçirəcəklər. Eyni zamanda, Ermənistan rəhbərliyi Qarabağı rədd etdiyi üçün orada yaşayan ermənilər Ermənistanın bir hissəsi olmaq barədə düşünmürlər. Ermənistanın hazırkı rəhbərliyinin Qarabağla bağlı danışıqları intensivləşdirməyə çalışdığı və Avropadan statusu tez müəyyən etməyi tələb etdiyi bir şəraitdə, əslində, söhbət yalnız bir şeydən gedir: birinci statusdan, mövcud vəziyyəti düzəltməkdən, yəni Qqarabağın Azərbaycanın bir hissəsi kimi qalmasından. Onlar hesab edirlər ki, bununla da problem həll olacaq”.

Lepexin hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyinin mövqeyi tamamilə əks-məhsuldardır. "Oonlar birinci variantı real şəkildə həyata keçirməyi, yəni Qarabağdan xilas olmağı, onu Azərbaycanın tərkibində buraxmağı təklif edir və bununla problemi həll edəcəyinə inanır. Bu, problemi o mənada həll edəcək ki, indiki elitanın başağrısı olmayacaq. Çünki onlar şəxsi korporativ işləri ilə məşğuldurlar və məşhur Qarabağ klanına, xüsusən də klanın rəhbəri Köçəryan və digər liderlərinə nifrət bəsləyirlər”.

Rusiyalı ekspert ermənilərə ağıl verməkdən, yol göstərməkdən də çəkinməyib. O deyib ki, Ermənistan Rusiyanın mövqeyini dinləməlidir. "Çünki Ermənistan özünü gücləndirməlidir. Ermənistana güclənmək və gələcəyə daha inamla baxmaq üçün vaxt lazımdır və heç bir halda o, tələsməməlidir, yəni müharibənin nəticələrini Azərbaycanın xeyrinə möhkəmləndirməlidir. Biz bu nəticələrin qeyri-müəyyənliyini hər cür uzatmalı və Rusiya Federasiyasına arxalanmalıyıq və eyni zamanda özümüzü iqtisadi, hərbi cəhətdən gücləndirməliyik ki, Azərbaycanın yenidən hansısa ekspansionist siyasətə keçdiyi bir şəraitdə Ermənistan Rusiyanın köməyi buna müqavimət göstərə bilsin. Bu, çox ciddi vəzifədir, elitadan ciddi hazırlıq tələb edir və Avropa siyasətçiləri ilə rahat şəraitdə pivə içmək üçün Brüsselə səfərlər deyil. Birbaşa sərhəddə işləmək, silahlı qüvvələr yaratmaq, iqtisadiyyatla məşğul olmaq lazımdır. Görünür, rahat həyata öyrəşmiş Ermənistan hökumətindəki bəzi insanlar bu günü istəmirlər”.

Vladimir Lepexin onu da vurğulayıb ki, təbii ki, Azərbaycan Rusiyanın Qarabağdakı hərbi mövcudluğundan xilas olmaq istəyir. "Çünki bu, Azərbaycanın Cənubi Qafqazın xəritəsini öz xeyrinə tamamilə yenidən cızması üçün yeganə maneədir. Ancaq türklər bunda daha çox maraqlıdırlar. Və prinsipcə, hər gün Türkiyə tərəfinin bir növ aktivləşməsini gözləmək olar. Hətta təəccüblüdür ki, türklər öz maraqlarını təbliğ etmək baxımından niyə o qədər də aktiv deyillər. Amma görünür, ümid edirlər ki, bəzi erməni liderlərinin əli ilə problemlərini həll etmək mümkün olacaq. Və onlar fəal şəkildə Ermənistanın maraqlarını təslim etməyə və bu regionda Rusiyanın rolunu azaltmağa sövq edirlər”.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay