SON DƏQİQƏ!!! Qazın qiymətinin artması ilə bağlı SƏRT BƏYANAT: Yüz minlərlə şəxs...
















“Azəriqaz” İB yanında İctimai Şura qazın tariflərinə yenidən bağılması ilə bağlı Bəyanat yayıb.

Bəyantda deyilir:

"Azərbaycan Respublikası Tarif Şurasının 16.10.2021 tarixli iclasında qazın tariflərinə yenidən baxılmışdır. Beləliklə iclasda qəbul olunan qərarla, qazın tarifinə əlavə dəyişikliyin edilməsi qərarlaşdırılmış, nəticədə qazın ilkin 1200 kub metrlik qiymətini 20 % (iki qəpik) artırmışlar.

Biz “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura olaraq hesab edirik ki, qazın qiymətinə yenidən baxılması və nəticədə tariflərin artması indiki şəraitdə doğru qərar deyil.

Qazın qiymətinin qaldırılması cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur. Bir il müddətində ikinci dəfə qiymətin artırılması və xüsusən də qış fəsli öncəsi bu addımın atılması, 44 günlük müharibə zamanı və ondan sonra cəmiyyətlə dövlət arasında formalaşmış yüksək etimada və inama söykənən milli birliyə kölgə salır və əhalinin aztəminatlı kəsiminin həyat şəraitinə, iqtisadi - sosial durumuna mənfi təsir göstərəcəkdir. Koronavirus pandemiyası zamanı xeyli sayda insan iş yerini itirdi, o cümlədən pandemiyanın yaratdığı problemlər üzündən yüz minlərlə sahibkarlara da ciddi maddi zərər dəymişdir. Biz başa düşürük ki, bugün dünyada qlobal iqtisadi problemlər var və bu krizis dünya iqtisadiyatının bir parçası olan Azərbaycandan da yan keçmir . Ancaq hesab edirik ki, bir il müddətində bir neçə dəfə olmaqla qaz ixracatçısı olan ölkədə qiymət artımına getməyə elə bir zərurət yox idi. Azərbaycan Respublikasının dövlət büdcəsində neft və qaz gəlirləri hazırkı qiymətindən dəfələrlə aşağı qiymətlə hesablanıb, yəni dünyada neft və qaz qiymətlərinin artımı Azərbaycanın dövlət gəlirlərinin müsbət dinamikasına öz təsir göstərməyə bilməz.

Hesab edirik ki, qaz tariflərinin artımı sahibkarlıq mühitinə və biznes qurumlarına da öz təsirini göstərəcək. Artım bir çox sahələrdə qiymətlərin bahalaşmasına , sosial - iqtisadi böhranın dərinləşməsinə səbəb olacaqdır. Belə ki, həm qazla işləyən təsərrüfat sahələrinə o cümlədən istixanalarda yetişən tərəvəz məhsullarının, insan qidası üçün vacib hesab olunan un və un məhsullarnın bahalaşmasına öz təsirini göstərəcəkdir.

Bununla yanaşı bir vacib məqamı xüsusi olaraq qeyd etmək istərdik .

QHT-lər qeyri-kommersiya, gəlir gətirməyən və əldə etdiyi gəliri özünün fəaliyyətinə sərf edən, öz üzvləri arasında bölməyən təsisatdır. Belə olduğu halda Qeyri Hökumət Təşkilatları üçün müəyyən olunmuş qaz tarifi gəlir qazanan biznes şirkətləri ilə eyni səviyyədə nəzərdə tutulmuşdur. Burada ciddi boşluğun və yalnışlığın olduğunu da Tarif Şurasının diqqətinə çatdırırıq. Necə ola bilər ki gəlir qazanan ticari məqsədli qurumlarla, qeyri-kommersiya, idarəçiliyinin və fəaliyyətinin əsasını könüllülük təşkil edən qurumlar eyni tariflə ödəniş etsinlər? Tarif Şurası həmçinin 30 İyin 2021-ci il iclasında qəbul etdiyi qanunla (illik istehlak həcmini 2500 min kub metirdən 1200 kub metrə salınması) Azərbaycan Respublikasının qanunlarını kobud pozmuşdur, eyni zamanda o günə qədər hesabında 2500 kub hesabı ilə əlavə vəsaiti olan istehlakçılara da ciddi zərər dəymişdir .

Belə ki, 30 İyun 2021-ci ildə qəbul olunan qanunu 01 Yanvar 2021ci ildən hesablanmağa başlanmışdır. Yəni illik 1200 kub metrlik limiti qanun qüvvəyə mindikdən sonra hesablamaq əvəzinə , ilin əvvəlindən hesablamağa başlamışlar. Beləlik qanunun geriyə qüvvəsi olmaz prinsipi pozulmuşdur . Bu yalnışlıqların da tez bir zaman aradan qalxmasına və bu məsələlərin həlli istiqamətində addım atılacağına ümid edirik.

Biz İctimai Şura olaraq həm Tarif Şurasını həm də ölkə rəhbərliyini bu məsələyə yenidən baxmağa, qaz tariflərinin ən azı 16.10.2021-ci il (30 iyun 2021-ci il) tarixinədək olan köhnə vəziyyətinə qaytarılmasını arzu edirik.

Əminik ki, qaz qiymətlərini ucuzlaşdırmağın yollarından biri qaz istehsalatı zamanı yol verilən itkilərin qarşısının alınmasıdır belə olarsa ekoloji çirklənmənin qarşısı alınar, eyni zamanda qazın maya dəyərinin ucuzlaşmasına xidmət etmiş olar.

Qeyd. İctimaiyyətin nəzərinə çatdırırıq ki, bəyanatımız “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şuranın mövqeyidir və Azəriqaz İB-nin rəsmi mövqeyini əks etdirmir ."

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay