"BİLMİRİK, BU BAHALAŞMANIN SONU NECƏ OLACAQ..." - "Son 7 ayda intensiv bahalaşmanı idxal qiymətləri ilə əlaqələndirmək olar”

"Ərzaqların qiymətinə baxıb, bir-iki şey alıb marketi tərk etməyə məcbur oluram. Çünki qiymətlər büdcəmizə uyğun deyil. İlin əvvəli ilə müqayisədə fərq çoxdur, qazancımız kəsilib, amma qiymətlər durmadan artır. Bilmirik, bu bahalaşmanın sonu necə olacaq". Bunu "AzPolitika.info"-ya paytaxtdakı ticarət mərkəzlərinin birində apardığımız sorgu zamanı Samir adlı alıcı deyir.

Digər həmsöhbətimiz Esmira Əliyeva isə bildirir ki, əvvəl bazarlığa nəvələri ilə gəlirdi, indi isə yox: "İndi istədiklərini ala bilmədiyim üçün onları gətirmirəm ki, əlavə xərcim çıxmasın. Hər dəfə gələndə yeni qiymətlərlə qarşılaşıram. Sadəcə, lazım olanı alıram. Əlavə şeylərə pulumuz çatmır".

Adının çəkilməsini istəməyən satıcı isə deyir ki, qiymətlər tez-tez qalxır, onlar daməcburən aldıqlarını 5-10 qəpik baha satırlar: "Məhsulu topdansatış məntəqələrindən alırıq. Alıcılar haqlı olaraq qiymət artımından şikayətlənirlər, amma bu, bizdən asılı deyil".

Azərbaycanda sonuncu dəfə maaş, pensiya artımları 2019-cu ildə baş verib. Nəticədə minimum əmək haqqı 250 manata, təqaüdlər isə 200 manata çatdırılıb.

Yaşa görə müavinət təyin edilənlər isə dövlətdən cəmi 130 manat alırlar. Həmin tarixdən iki ilə qədər vaxt keçib, bu müddətdə ölkədə kommunal xidmətlər, yanacaq və nəqliyyatda gediş haqları xeyli bahalaşıb.

Məsələn, 2021-ci ilin yanvarından dizelin 1 litri 60 qəpikdən 80 qəpiyə, Aİ-92 benzininin qiyməti isə 90 qəpikdən 1 manata qaldırılıb. Ölkəyə idxal olunan Aİ-95 və "Super" markalı yanacağın qiymətində də iki dəfə dəyişiklik olub. Hazırda onların qiyməti müvafiq olaraq 1.45 manat və 1.60 manat təşkil edir.

İl ərzində əhaliyə satılan təbii qazın qiymətində də 33 faizdən artıq bahalaşma qeydə alınıb, habelə suyun tarifi kanalzizasiya xidmətləri ilə birgə hər kubmetrə 1 manat təşkil edib. Əlbəttə, bu bahalaşma digər istehlak mallarının, xüsusən ərzağın qiymətinə təsirsiz ötüşməyib.


Bahalaşmanı Dövlət Statistika Komitəsi (DSK) də qismən etiraf edir. Qurumun yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib.

"Daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində qeydə alınıb",-deyə DSK-nın məlumatında bildirilir.

Dövlət Gömrük Komitəsinin(DGK) məlumat bazasında yazılıb ki, 2021-ci ilin ilk 7 ayı ərzində ölkəyə 4.1 milyard manat dəyərində yeyinti məhsulları idxal olunub. Məlumata görə, Azərbaycanın xarici ölkələrdən ən çox idxal etdiyi məhsullar bitki yağları, un məmulatları, ət məhsulları və meyvə-tərəvəzdir. Qeyd olunur ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1%-i Rusiya, 14,8 %-i Türkiyə, 12,6 %-i Çin, 8,8 %-i Almaniya, 5,2 %-i ABŞ, 3,9 %-i İran, hər biri 3,8 % olmaqla Birləşmiş Krallıq və Ukrayna, 3,1 %-i İtaliya, 2,0 %-i Norveç, 1,9 %-i Koreya, 1,6 %-i Avstraliya, 1,5 %-i Polşa, hər biri 1,4 -i olmaqla Hindistan və Yaponiya, 19,1 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşür.

Rəqəmlərdən görünür ki, əhalinin istehlak etdiyi əksər ərzaq məhsulları xaricdən gətirilir. O zaman qiymət artımının üç səbəbi haqda danışmaq olar:

Ərzağın qiymətinin istehsalçı ölkələrdə artması;

İdxalçı şirkətlərin kartel sövdələşməsinə gedərək qiymətləri artırması;

DGK-nın rüsum və s. ödənişləri rəsmi və ya qeyri-rəsmi formada artırması.

Bahalaşmanın səbəblərini "AzPolitika.info"ya şərh edən iqtisadçı ekspert Elmir Səfərli də qiymət artımının bəzi sahibkarlar tərəfindən süni şəkildə yaradıldığını düşünür. Onun sözlərinə görə, dövlət qurumları birmənalı olaraq ərzağın qiymətinin optimallaşdırılması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirməlidir.

Ekspert qeyd edir ki, paralel olaraq daxildə istehsal olunan ərzaq məhsullarının qiymətlərinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələrinin olması məqsədəuyğundur: "Rəsmi statistikaya əsasən, cari ilin 7 ayı iləötən ilin müvafiq dövrünü müqayisə etsək, ərzaq məhsullarının qiyməti ortalama 5.1 % həcmində artıb. Tütün məhsullarında isə artım bir qədər çox - 6faiz həcmində olub. Bunlar da bütovlükdə ölkə üzrə inflyasiya səviyyəsinə ciddi şəkildə təsir edib".

İqtisadçı bildirir ki, ərzaq məhsullarının qiyməti bir çox səbəblərdən arta bilər: "Son 7 ayda intensiv bahalaşmanı birbaşa idxal qiymətləri iləəlaqələndirə bilərik. Bundan əlavə, son iki ildə dünyada tüğyan edən pandemiya şərtlərindən asılı olaraq ərzaq məhsullarının istehsalı azalıb. Bu da təbii ki, məhsulun qiymətinə təsir edir. Bundan əlavə, istər daxildə istehsal olunan məhsulların, istərsə də idxalın maya dəyərini formalaşdıran faktorlar əsas götürülməlidir. Bu kontekstdə yanacağın qiymətinin son 1 ildə artması birbaşa məhsulların maya dəyərinin artmasına səbəb olacaq".

"Sosial Tədqiqatlar Mərkəzi"-nin İqtisadi Təhlil Departamentinin müdürü Seymur Əliyev isə "AzPolitika.info"-ya bildirib ki, 2021-ci ilin ilk üç rübü üzrə vətəndaşların gəlir və xərc analizi üçün monitorinqlər aparılıb. Onun sözlərinə görə, 2020-ci ildə aylıq orta əmək haqqı 703 manat civarında olub: "Rəy sorğularına görə, respondentlərin 31.4 faizi aylıq gəlirlərinin azaldığını, 60.2 faizi isə dəyişməz qaldığını bildirib. Rəyi soruşulanların cəmi 6.3 faizi aylıq gəlirlərində artım dinamikasının olduğunu qeyd edib. Ümumilikdə cari ildəəhalinin gəlirləri 32 milyard manat təşkil edib ki, bu da ötən illə müqayisədə 0.2% artım deməkdir".

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay