"Amnesty International": 44 günlük müharibədə Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib

"Amnesty International" təşkilatı 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb.

APA-nın xəbərinə görə, hesabatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib.

Hesabatda bu hücumlardan sağ çıxan, yaralanan şəxslər və həlak olan şəxslərin qohumlarından müsahibələr yer alıb.

Hesabatda bildirilir ki, oktyabrın 11-də, gecə saat 2 radələrində Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 mülki şəxs həlak olub. Raket şəhərin mərkəzində, Zəfər Parkı ilə üzbəüz, Rəfibəyli küçəsindəki yaşayış binasına düşmüşdü. ANAMA-nın məlumatına görə, həmin zərbədə Ermənistan tərəfi “SCUD-B” ballistik raketindən istifadə edib. Zərərin həcmi bu cür silahla vurulan zərbəyə uyğundur.



Hesabatda deyilir ki, oktyabrın 17-də “SCUD-B” ballistik raketinin Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərovanın 15 yaşlı qızı Nigar doğum günündən bir gün həlak olub.

“O mənim tək övladım idi”, - deyə Südabə Əsgərova "Amnesty International"a bildirib.

64 yaşlı Ramiz Qəhrəmanov da həmin hücumda 34 yaşlı qızı Xatirəni, 11 yaşlı nəvəsi Orxanı, 6 yaşlı nəvəsi Məryəmi və 18 yaşlı nəvəsi Ləmanı itirib.

Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə kasetli bomba zərbəsi nəticəsində 5 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.

Ölənlərdən biri - 7 yaşlı Aysu İsgəndərova zərbə vaxtı bağlarındakı yelləncəkdə oynayırmış.

Hesabatda qeyd olunur ki, erməni qüvvələri oktyabrın 28-də cəbhədən 20 km-dən uzaq məsafədə yerləşən Bərdə şəhərinə bir neçə iriçaplı raket atıb. Üç raket şəhərin mərkəzinə, onlardan ikisi şəhərdəki iki xəstəxananın yaxınlığına düşüb. Üçüncüsü isə 72 ədəd 9N235 kasetli başlıqdan ibarət Rusiya istehsalı 9M55 “Smerch” raketi olub ki, bu da insanların sıx olduğu mərkəzi prospektə düşüb, nəticədə 21 mülki şəxs həlak olub.

“Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin beş üzvü həlak olub, onların evinə ciddi ziyan dəyib", - deyə hesabatda qeyd olunur.

"Amnesty International" hesabatında bildirib ki, sentyabrdan noyabradək davam edən 44 günlük müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanların ölümü ilə nəticələnib.

Qeyd olunub ki, Ermənistan tərəfi mülki əhalinin yaşadığı ərazilərdə qeyri-qanuni olaraq qeyri-dəqiq silahlardan, o cümlədən beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan və geniş ərazilərə yayılan digər partlayıcı silahlardan istifadə edib.

Hesabat müəllifləri hesabatı hazırlayarkən bu zərbələrdən sağ çıxan, yaralanan və ya qohumlarını itirən 51 şəxsdən və 8 rəsmi şəxsdən müsahibə aldıqlarını bildiriblər.

Zümrüd Paşkin

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay