SON DƏQİQƏ! Azərbaycanda daha SƏRT QADAGALAR... - Hec belə olmamışdı!!!

Vaksin olunmaq üçün uzun növbələr yaranıb, "Mall”lar peyvənd pasportunu yoxlamağı mühafizəçilərə tapşırıb, kafe-restoranlar isə indidən "qan ağlayır” ki, qərar sərt karantinin bir növüdür...

Sovet dönəmində 1 sentyabr çox böyük həyəcanla gözlənilirdi. Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlər və məktəblilər hazırlıq görürdülər. Şagirdlər üçün çantalar, geyimlər, ayaqqabılar, dəftər-qələm, karandaş alınırdı, ailələr üçün xərc yükü olsa da, məktəblilərdə bir bayram sevinci olurdu. İndi isə 1 sentyabr təqvimi bir başqa asossiyasiya yaradır. Çünki nə yeni tədris ili başlanır, nə bayram əhval-ruhiyyəsi var. Əksinə, ajiotaj, izdiham, növbələr, qaçaqaç müşahidə olunur. Səbəb bu tarixdən ölkə ərazisində bütün ticarət mərkəzlərinə, kafe-restoranlara giriş-çıxışın məhdudlaşdırılmasıdır.

Əgər kimsə "COVİD19” vaksini olmasa, sözügedən obyektlərə daxil olması mümksünsüzləşəcək. Buna dolayısı ilə sərt karantinin bir metodu da demək olar. Çünki vaksin olmayan şəxs demək olar heç yerə girə bilməyəcək. Yalnız kiçik ticarət məntəqələrinə, məhəllə marketlərinə vaksin pasportu olmadan girişə icazə verilir. Hətta Daxili İşlər Nazirliyi avqustun 26-da məlumat yayıb ki, mülki geyimli polis əməkdaşları da xidmətə cəlb olunub. Yəni cərimə olunmaq istəməyən mütləq vaksin olmalıdır. Ona görə hazırda poliklinikalarda uzun növbələr yaranıb, onlayn növbə götürmək çətinləşib.

Eyni zamanda, şəhərdəki iri ticarət mərkəzləri, kafe-restoranlar də hazırlıq görməkdədirlər. Onlar özləri gələn müştəriləri yoxlamalıdırlar. Əgər vaksini olmayan şəxs içəri buraxılsa, həm sahibkar, həm müştəri cərimələnə bilər. Ticarət mərkəzləri girişdə mühafizəçilər tərəfindən vətəndaşların vaksin pasportu olub-olmadığını yoxlayacaqlar. Restoranlar da eyni qaydada giriş qapısında bir nəfər saxlamaqla müştərilərdən vaksin sənədi tələb edəcək. Ancaq kafe sahibləri deyirlər ki, vaksin pasportu tələbi onların işinə təsir edəcək. İstər-istəməz vaksin olmayanlar kafe-restoranlara etməyə risk etməyəcəklər.

Hazırda bu məhdudiyyətlərin olacağı səbəbdən peyvənd prosesində böyük ajiotaj yaşanır. Növbə gözləyən vətəndaşlar gözləməkdən giley-güzar edirlər, poliklinikalarda tibbi işçiləri isə axının olduğunu səbəb göstərirlər. Lakin heç də 1 sentyabra qədər bütün əhalini peyvəndləmək mümkün olmayacaq. Hətta deputat Rəşad Mahmudov da bildirmişdi ki, payıza qədər əhalinin 60 faizi belə vaksin olmayacaq. Bununla belə, insanlar tələsirlər, irəlidə cəmi 4-5 gün qalıb. Müşahidələrimizə əsasən, onu da söyləmək olar ki, insanlar arasında son günlər yoluxmaların kəskin artım dinamikasından qorxaraq açıq havada tibbi maska taxanların olduğunu görmək mümkündür. Halbuki açıq havada maska məcburiyyəti aradan qaldırılıb. Söhbətləşdiyimiz insanlar bunu risklə izah edirlər. Onların sözlərinə görə, açıq havada maska tələbi olmaya bilər, amma heç kəs zəmanət vermir ki, yanınan keçən şəxs virus daşıyıcısı deyil. O mənada qabaqlayıcı tədbir görürlər.

"Hazırda COVİD-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov belə deyib. O əlavə edib ki, sentyabrın ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq. İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyindən isə bildirilib ki, bəzi vətəndaşların vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etmələri sıxlığa səbəb olur. Məlumata görə, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən şəxsləri hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar:

"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, peyvənd olunmaq üçün sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə müvafiq poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün köməklik göstərilir”.

Xatırladaq ki, Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən "COVID-19” pasportu tələb olunacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin "COVID-19”-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb ki, koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərin payına düşür.

Mənbə: "Yeni Müsavat”

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay