Xəbər verildiyi kimi, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə gedən və "Laçın dəhlizi” kimi adlandırılan yolun alternativini inşa etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, yeni yol Ermənistan sərhəddindən başlayıb, heç bir yaşayış məntəqəsindən keçmədən Xankəndiyə birləşəcək.

Qeyd edək ki, Ermənistan tərəfi tikinti işlərini diqqətlə izləməklə yanaşı, baş verənlərdən narahtlığını da gizlətmir. Çünki alternativ yol onların ümidlərini doğrultmayacaq və daha əvvəlki kimi istədikləri formada istifadə olunmayacaq.

Artıq erməni mediası bununla bağlı çeşidli məlumatlar yaymağa başlayıblar.  "Hraparak” qəzeti yazır ki, Azərbaycan tərəfi "Laçın dəhlizi”nin başlanğıcında, yəni Ermənistan sərhəddində yeni sərhəd zastavası və gömrük keçid məntəqəsi inşa edir. Qəzetin iddiasına görə, proses iki ay bundan əvvəl başlayıb. Həmin xəbərə görə, sərhəd zastavası artıq hazır olmaq üzrədir. Gömrük-keçid məntəqəsinin inşası isə sürətlə aparılır.

Ermənistan müxalifətinin liderlərindən biri olan, Daşnaksütun partiyasının sədri İşxan Saqatelyan isə erməni mediasına verdiyi açıqlamasında "Hraparak”ın yazdıqlarını təsdiq edib. O bildirib ki, yaxın günlərdə həmin zastava və gömrük keçid məntəqəsinin fotolarını da paylaşacaqlar.

Qeyd edək ki, rəsmi Bakı bununla bağlı hər hansı açıqlama vermir. Yalnız "Laçın dəhlizi”nin inşası ilə bir neçə ümumi xəbər verməklə kifayətlənir. Həmin ərazidə hər hansı sərhəd zastavası və gömrük məntəqəsinin inşası barədə isə ümumiyyətlə, rəsmi bilgi yoxdur.

Şübhəsiz ki, Azərbaycan tərəfinin "Laçın dəhlizi”nin başında, yəni Ermənistanla sərhəddə birləşən yerində belə bir addım atması təqdirolunandır. Çünki bu həmin "dəhliz”in nəzarətdə saxlanılması deməkdir. Yəni, orada ermənilər daha əvvəlki kimi sərbəst hərəkət də edə bilməyəcəklər.

Bundan başqa, bölgədəki rus sülhməramlılarının da müşahidə və mühafizə sahəsi bir qədər kiçiləcək. Onlar yalnız yolun təhlükəsizliyini təmin edəcəklər.


QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay