Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağda separatçıların rəhbəri Arayik Harutyunyan barəsində cinayət işinin açıldığını, istintaq getdiyini və onun tezliklə məhkəmə qarşısına çıxarılacağı barədə açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamadan sonra Qarabağdakı separatçılar ciddi şəkildə məsələni müzakirəyə çıxarıblar.

Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələdən belə məlum olur ki, onlar Arayik Harutyunyanın həbs olunmasına önəmli yanaşmırlar. Onları bu hadisənin Qarabağda yaşayan ermənilərə hansı təsirlər edəcəyi tərəfinin düşündürür.

Azərbaycana qarşı aktiv təbliğat və kampaniyalar aparan, “Alen Ghuluyan” adlı səhifənin rəhbəri, habelə blogger Alen Quluyan yazır ki, Azərbaycanın əsas hədəfi Laçın “dəhlizi”nə sahib olmaqdır. Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin Laçında keçirilməsi də bunun əyani göstəricisidir. “Azərbaycan Laçın “dəhlizi”ni çoxdan özünün hərbi hədəfi elan edib. Elə əsas döyüş də həmin “dəhliz”də olacaq”.

Alen Quluyan iddia edib ki, Azərbaycan Qarabağda ikinci “Üzük” əməliyyatına start verməyə hazırlaşır. “Həmin vaxt çoxlu sayda 88-ci il fəalları, 90-cı illərin komandirləri həbs olundular. Bu dəfə də eyni şey təkrarlanacaq. Artıq Bakıdan düymə basılıb. Qalır, əməliyyatın start götürməsi”.

Erməni blogger sonda bildirib ki, bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları indidən bununla bağlı tədbir görməlidirlər. “Ümid edirəm ki, rus sülhməramlıları bu istiqamətdə konkret addımlar atılacaq. Əks təqdirdə, Qarabağda bir erməni belə qalmayacaq”.

JAMAZ.İNFO xatırladır ki, Quluyanın dediyi “Üzük” əməliyyatı 1991-ci ilin aprelində Qarabağda keçirilib. Əməliyyatda DİN və MTN qüvvəllərindən istifadə olunub. Məqsəd erməni separatçılarını zərərsizləşdirmək və Qarabağ və ermənilərin yaşadığı ətraf rayonlarda Azərbaycanın nəzarətini bərpa etmək olub.

Bu əməliyyatın nəticəsində Xankəndidə erməni silahlı dəstələrinin 10-a yaxın başçısı həbs edildi, şəhər əhalisindən silahlar yığıldı, Hadrut rayonunda ermənilərin blokadaya aldıqları azərbaycan kəndlərinin blokadası yarıldı və 14 erməni kəndinin əhalisi Ermənistana köçürüldü. Həmin kəndlərdə Ermənistan qaçqınları və məshəti türklər məskunlaşdırıldı. Bundan başqa, Xanlar rayonu. Gəncə ətrafı və Kəlbəcər yolunun üstündə yerləşən Azad, Kamo, Çaykənd, Mənəş, Ərkəc və başqa kəndlərdəki erməni yaraqlıların ən böyük hərbi silah- sursat, ləvazimat bazaları və 80-ə yaxin erməni yaraqlısı məhv edildi. Şaumyan(Ağcakənd) rayonunda bir neçə erməni kəndləri boşaldılıb, Ermənistana köçürüldü.

Eyni zamanda Ağdərə (Mardakert) və DQ-ın başqa rayon mərkəzlərində və kəndlərində pasport yoxlama rejimi tətbiq olunmaqla Ermənistan, Suriya, Livan, Fransa, ABŞ və başqa ölkələrdən gəlmiş bir çox erməni “boyevikləri” və emissarları aşkar olunub, həbs edildilər.

Lakin əməliyyat başlayandan dünya ermənilərinin qopardıqları səs-küy, əməliyyatın gedişində məcburi fasilələr yaratdı. 1991-ci ilin avqustunda isə məlum QKÇP hadisəsi ilə əməliyyat dayandırıdı və sona çatdırılmadan bitdi.

Onu da bildirək ki, “Üzük” əməliyyatına OMON-un iştirakı ilə Əbil Rzayev rəhbərlik edib. Onun ölümündən sonra isə əməliyyatı Milli Qəhraman Riad Əhmədovun başçılıq etdiyi MTN-nin xüsusi təyyinatlı dəstəsi həyata keçirib.

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay