Son Dəqiqə!!! SƏRHƏDDƏ GƏRGİN DÖYÜŞ: ERMƏNİ ORDUSU BÖYÜK İTKİLƏR VERİB! - Xeyli sayda erməni hərbçisi saxlanılıb + FOTO (Yenilənib)

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiyinə dair məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Hətta Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Bu təxribata cavab olaraq görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Erməni tərəfi isə həmişəki kimi tam fərqli məlumat yayıb.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan tərəfinin Ermənistanın şərq sərhədlərində erməni silahlı qüvvələrini atəşə tutaraq, irəliləməyə cəhd göstərdiyini iddia edib. Rəsmi məlumatda erməni hərbçilərinin Azərbaycan tərəfindən tərkisilah olunaraq həbs edildiyi açıqlanmayıb.

. Ancaq Ermənistanın “Hraparak” qəzeti xeyli sayda erməni hərbçisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü yazıb. Qəzet hazırda sərhəddə ağır hərbi texnika və artileriyadan istifadə olunmaqla atışmanın davam etdiyini bildirir.

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə 12 hərbçisinin əsir düşdüyünü bəyan edib. Məlumatda qeyd olunur ki, əsir düşənlərin 7-si müddətdən artıq xidmətdə olan hərbçilərdir. Nazirlik itkilərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.

Həmçinin, bildirilir ki, döyüş əməliyyatları səngiməyib.

Zəngəzurun Noravan kəndinin icra nümayəndəsi Slavik Papyan isə Azərbaycan hərbi birləşmələrinin kəndə doğru 2 kilometr irəlilədiyinə dair məlumat verib.

Düşmən ölkənin KİV-nin məlumatına görə, Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

Eyni zamanda, vurğulanır ki, Ermənistan tərəfi 11 döyüş mövqeyini itirib. Rəsmi İrəvan isə həıləlik 4 döyüş mövqeyini itirdiyini etiraf edib.
Caliber.az saytı isə yazır ki, sözügedən insident zamanı erməni tərəfi yeni itkilər verib: “Bizim düşmənin itkilər verdiyinə dair etibarlı mənbələrə əsaslanan məlumatımız var. Bizim sərhədlərimizə hücum cəhdi erməni cəmiyyəti üçün fəlakətlə nəticələndi...”
Hələ ki, ələ keçirilən erməni hərbçilərinin sayı, itkilər barədə dəqiq və ətraflı məlumat verilməsə də, sərhəddə vəziyyətin çox gərgin olduğu şübhə doğurmur. Yəqin ki, yaxın saatlarda sərhəddəki durumla bağlı daha müfəssəl məlumatlar əldə olunacaq.

Son Dəqiqə!!! SƏRHƏDDƏ GƏRGİN DÖYÜŞ: ERMƏNİ ORDUSU BÖYÜK İTKİLƏR VERİB! - Xeyli sayda erməni hərbçisi saxlanılıb + FOTO (Yenilənib)

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay