Moskva NƏ İSTƏYİR: “HƏRBİ BAZA QARŞILIĞINDA XANKƏNDİ...” – SENSASİON DETALLAR

Azərbaycan Ordusunun Şuşa istiqamətindəki mövqeləri dünən gecə yarısı intensiv atəşə tutulub. Müdafiə Nazirliyi bəyan edib ki, düşmənə qarşı tədbirlər görülüb, nəticədə qarşı tərəf itki verib, hadisə barədə Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Qarşı tərəf isə insidentin baş vermədiyini iddia edib.

Son aylarda bu cür insidentlər Şuşa şəhəri ətrafı da daxil olmaqla Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqelərində tez-tez təkrar olunur. Ötən həftə Müdafiə Nazirliyində Silahlı Qüvvələr rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə nazir Zakir Həsənov bu cür təxribatlara cavab olaraq anti-terror əməliyyatlarının keçirilməsinin mümkünlüyünü anons edib. Şuşada baş verən dünənki təxribatla bağlı Nazirlik bildirib ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda adekvat tədbir görüləcək.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu cür təxribatlar gözləniləndir: "Nazir nəyə görə deyirdi ki, düşmən təxribat törədəcək? Deməli, nələrisə bilirik, planlaşdırırıq, mən bilən, başqa şeylər də olacaq..."
Moskva NƏ İSTƏYİR: “HƏRBİ BAZA QARŞILIĞINDA XANKƏNDİ...” – SENSASİON DETALLAR

Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, Qarabağda qanunsuz silahlı dəstələrə qarşı hərbi əməliyyat keçirmək mümkündür.

Onun sözlərinə görə, bu cür əməliyyatı Rusiya ilə anlaşaraq keçirmək olar, əks halda mümkün deyil: "Amma Rusiya buna razı olacaqsa, hərbi əməliyyata nə ehtiyac? Rusiya istəsə, Ermənistandan gələn qüvvələri geri göndərər, yerli silahlıları da tərksilah edər və məsələ bir güllə atmadan 2-3 günə həll olunar. Əsas sual budur ki, Rusiya bunu istəyirmi? Rusiya münaqişə tərəflərindən birini ortadan qaldırıb, Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı?"

Ş.Cəfərli qeyd edir ki, Rusiya hələ ki, bunu istəmir: "Məsələnin komik tərəfi odur ki, bu cür situasiya, yəni tərəflərdən birinin yox olması 10 noyabr Bəyanatına da ziddir. Bəyanata əsasən, Qarabağda təmas xətti və qarşı duran tərəflər var. Bunlar aradan qalxacaqsa və Azərbaycanın suverenliyi Xankəndində təmin olunacaqsa, onda sülhməramlılar orada nə edəcək və ümumiyyətlə, Rusiya niyə bizə 10 noyabr Bəyanatını imzalatdırırdı? Çünki özümüz onsuz da məsələni həll edirdik".

Ekspertin sözlərinə görə, bir ehtimal qalır: "Rusiya yerli ermənilərin təhlükəsizliyini təmin etmək üçün orada daimi hərbi baza yaratmağa Azərbaycanın razılığı müqabilində Xankəndində Bakının hakimiyyətinin təmin olunmasına razılıq versin – SSRİ dövründə olduğu kimi".

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay