"Bu, Ukraynaya bir sillədir" - Almaniyanın bu qərarı DÜNYANI ŞOKA SALDI
Berlin polisi bildirib ki, mayın 8-i və 9-da Ukrayna da daxil olmaqla bayraq və simvolları qadağan edib. Polis bunu "çox incə riskli vəziyyət” kimi qiymətləndirib.
QAYNAR.MEDİA bizimyol.info-ya istinadən xəbər verir ki, "RND"xəbər verir ki, bu günlərdə Almaniyanın paytaxtında İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş 50-dən çox anım tədbiri və nümayişlər keçiriləcək. Ukrayna da daxil olmaqla bayraq və simvolların istifadəsi qadağan edilib. Ukrayna səfiri Andriy Melnik bunu "fəlakətli siyasi qərar" və "böyük qalmaqal" adlandırıb.
"Berlin polisinin mayın 8-i və 9-da Ukrayna ilə bağlı bayraqları qadağan etməsindən şoka düşdük. Bu, Ukraynaya və Ukrayna xalqına bir sillədir",- deyə Melnik bildirib.
Berlin polisinin rəisi Barbara Slovik öz növbəsində deyib ki, hüquq-mühafizə orqanları "layiqli xatirəni” qorumaq istəyirlər, lakin "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə hər cür dəstək, təsdiq və hətta tərifləməyə” qarşı tədbirlər görürlər.
Daxili İşlər Nazirliyinin senatoru İris Spranger (SPD), "Təxribatların və eskalasiyanın qarşısını almaq vacibdir" deyib.
Berlin həmçinin Rusiya və Sovet bayraqlarının və İkinci Dünya Müharibəsinin simvollarının nümayişini qadağan edəcək. Bundan əlavə, Böyük Vətən Müharibəsi sovet veteranları istisna olmaqla, başqalarına hərbi forma geyinmək qadağan edilib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolzu "güclü addım” atmağa və Rusiyanın 2-ci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsini qeyd etdiyi mayın 9-da Kiyevə səfər etməyə çağırıb. Almaniya liderinin qərarı hələlik məlum deyil.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay