Erməni deputatları Qarabağa BURAXMADILAR: Laçından suyu süzülə-süzülə geri qaytardılar
Bu gün Ermənistan parlamentində təmsil olunan müxalifətdən olan deputatlar Qarabağa səfər etmək istəyiblər.
Parlamentin iclaslarını boykot edən müxaliflər, Qarabağda təkcə Xankəndiyə baş çəkmək fikrində olmayıblar. Onlar həmçinin Fərrux kəndinə və Ağdərəyə getməyi planlaşdırıblar.
Erməni mediasının xəbərinə görə, deputatlar Fərrux istiqamətində təxribata da əl atmaq fikrində olublar. Belə ki, onlar Azərbaycan Ordusunun yerləşdiyi mövqelərlə üzbəüz ərazilərdə Qarabağdakı separatçıların əski parçasını asmaq niyyətindəymişlər.
Lakin bu gün Qarabağa getmək istəyən erməni deputatları elə yoldanca geri qaytarıblar. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın vitse-spikeri İşxan Saqatelyan bildirib ki, onları Laçının girəcəyindəki postda saxlayıblar. Xeyli danışıqlar aparsalar da, heç bir nəticə olmayıb. "Postda dayanmış rus sülhməramlıları bizi geri qayıtardı. Bildirdilər ki, siz Qarabağa buraxa bilmərik. Bu Nikol Paşinyanın bir daha Qarabağı satdığını və onu Azərbaycana verdiyini göstərir”.
Gorusa geri dönən Saqatelyan və dəstəsi orada Qarabağdan gəlmiş "deputat”larla görüş keçiriblər. Ağvan kəndində baş tutan görüşdə qərara alınıb ki, Azərbaycanla sərhəddə Qarabağdakı separatçıların əski parçasını qaldırsınlar.
QAYNAR.MEDİA
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay