10 noyabr 2020-ci ildən etibarən Qarabağda yerləşən Rusiya sülhməramlıları yeni qaydalar tətbiq etməyə başlayıb. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, əgər əvvəllər Ermənistandan Qarabağa gələn ermənilər və digər ölkələrin vətəndaşları sərhəddi maneəsiz keçə bilirdilərsə, artıq buna imkan verilmir.

Qəzetin yazdığına görə, bir neçə gündür Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarından viza tələb olunur. Maraqlıdır ki, həmin vizanın Ermənistandan deyil, Azərbaycandan alınması tələbi də qoyulub. Yəni, əgər əvvəllər xarici ölkə vətəndaşları Ermənistana giriş üçün viza əldə edib, onunla Qarabağa gələ bilirdilərsə, indi Azərbaycandan viza alınmaları lazımdır. “Məsələn, başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olması üçün viza tələb olunur. Lakin Ermənistan vətəndaşlarının maneəsiz çıxışı var və bu məsələdə heç bir maneə yoxdur”.

Erməni nəşri Qarabağ ermənilərinin rus sülhməramlılarından şikayətçi olmadıqlarını da yazıb. “Rus sülhməramlıları kifayət qədər gücləniblər. Onlar əvvəlcədən təlimatlandırılıblar. Özləri də deyirlər ki, Qarabağda olmalarına dair təlimatları var və onları həyata keçirməklə məşğuldurlar. Onlar şəhərlərə və kəndlərə zərurət olmadıqca girmirlər. İçkili küçədə gəzmirlər”.

Qeyd edilir ki, əvvəllər ruslar ermənilərə və azərbaycanlılara neytral və bərabər münasibət bəsləyirdilərsə, indi balans tamamilə ermənilərin xeyrinə dəyişib. “Amma bütün bunlar o demək deyil ki, rusların azərbaycanlılara qarşı çıxmaq istəyi və əmri var. Əksinə, azərbaycanlıların tələbləri məqbul olan yerdə, Qarabağ ermənilərinin mənafeyinə uyğun olmasa belə, bunu sakitliklə edirlər”.

Erməni mediası yazır ki, son günlər Ermənistandan Qarabağa gələnlərin sayı xeyli azalıb. Üstəlik, Qarabağdan gedənlərin də sayı çoxalıb. “Ermənistan vətəndaşlarının Qarabağa səfərləri çox azalıb. Qarabağ ermənilərinin fikrincə, bu, çox pis haldır. Ruslar da Qarabağa daxil olanları qeydə alır. Ən dəhşətlisi isə odur ki, Qarabağ erməniləri könüllü olaraq Qarabağda yaşamaqdan imtina edirlər. Bu hal son zamanlar kütləvi şəkil alıb”.

QAYNAR.MEDİA

Son xəbərlər

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Əslində 11 saylı Lənkəran Neft Terminalı Bazasının direktoru Namiq Bağırov KİMDİR

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

ATİAHİ-nın Astara Komitəsində Cabir Hüseynov "RÜZİGARI" - Səttar Mehbalıyevin nəzərinə!

Qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytardı

288 nömrəli tam orta məktəbdə QANUNSUZLUQ - İDDİA

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

Sabunçuda yerləşən 255 nömrəli tam orta məktəbdə Yeni ilə pul yıgılır - Emin Əmrullayevin NƏZƏRİNƏ

Cəsarət Qasımov: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir, zəfərdən zəfərə aparır"

Qax Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR - Rəis “otkat” alır - İDDİA

Siz Aztur ilə - heyrətamiz yeniliklər, təcrübəli bələdçilər, unikal marşrut, premium yaşayış və yaxşı nəqliyyat olan epik səyahətlərlə qarşılaşacaqsınız

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Qazax şəhər 5 nömrəli tam orta məktəbində qanunsuzluqlar baş verir

Şəmkirin Abbaslı 2 saylı kənd tam orta məktəb NƏLƏR BAŞ VERİR - Şikayət

Balakən rayon Kortala kənd tam orta məktəbinin direktoru barədə CİDDİ İTDİHAMLAR

Qəbələ şəhər orta məktəblərində qanunsuz repetitorluqla məşgul olan müəllim - ARAŞDIRMA

Yevlaxın vergidən yayınan repetitor müəllimləri KİMLƏRDİR

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ramil İsgəndərovu KİM `VURUR`? - Ruslan Əliyevin əlinə düşən ŞANS...

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Salyan rayon 4 sayli tam orta məktəbin direktoru Gülər Quliyevadan QANUNSUZLUQ

LƏNKƏRAN TƏHSİLİNƏ KİM RƏHBƏRLİK EDƏCƏK?

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Bərdə şəhər Muğanlı kənd orta məktəbinin direktoru Könül Kazımova kimdir? Arxasında kim dayanır?

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Şəmkirin icra başçısı NƏ İŞLƏ MƏŞGULDUR - ŞOK FAKTLAR…

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

Elçin Əsədov: "Bu şanlı qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi"

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay